Tanınmış amerikalı dilçi alim, filosof, elm xadimi və siyasi şərhçi Noam Xomski Yaxın Şərqdə təkfirçilik ideologiyasının səbəbləri barədə danışıb.
Siyasi şərhçi və yazıçı Noam Xomski sonuncu müsahibəsində radikal “cihad” ideologiyasının ABŞ tərəfindən yaradıldığını bəyan edib.
İnterAz-ın “PressTV” telekanalına istinadən məlumatına görə, bu barədə tanınmış filosof “Truthout” qəzetinə müsahibəsində danışıb.
Onun sözlərinə görə, “İŞİD”in və ümumiyyətlə radikal “cihad” təfəkkürünün formalaşdırılması ABŞ-ın Yaxın Şərqdəki fəaliyyətlərilə əlaqədardır: “Hazırki durum ABŞ üçün faciəli olsa da bu onun işğalçılıq siyasətinin təbii nəticəsidir. ABŞ və İngiltərənin təcavüzkar siyasətinin labüd nəticələrindən biri məzhəb zəminində münaqişələrin alovlandırılması idi, hansı ki, İraqda böyük çaxnaşmalara yol açmaqdadır və radikal təkfirçi fikirlər bütün regiona yayılıb.”
Xomski ABŞ-ın Suriya ərazisində Bəşər Əsəd hökumətindən icazə almadan hava əməliyyatları keçirməsinə də münasibət bildirib: “ABŞ və müttəfiqlərinin Suriya hava ərazisində əməliyyatlar həyata keçirməsi BMT xartiyasının açıq-aşkar pozulması deməkdir və müasir beynəxalq hüquq prinsiplərinə ziddir”.
“İŞİD” təkfirçi terror qruplaşmasının ideoloji köklərinin Səudiyyə ekstremizminə əsaslandığını da qeyd edən N.Xomski bu tipli terror təşkilatlarının əsas maliyyəçilərinin Səudiyyə Ərəbistanı və körfəz ölkələri olduğunu bildirib.
Səudiyyə Ərəbistanını dünyanın ən radikal ölkəsi adlandıran politoloq Səud hökuməti barədə bunları deyib: “Bu ölkə özünün zəngin təbii sərvətlərindən qazandığı vəsaitləri radikal vəhhabi-sələfi ideologiyasının yayılmasına sərf edir, bunun üçün məktəblər, məscidlər inşa edir və digər üsullardan da istifadə edir”.
interaztv.com
Комментариев нет:
Отправить комментарий