20.02.2016

ŞİRİN ZƏHƏR

Dostlar, mən sizə deyəndə ki, qənd-şəkər və şəkər tozundan istifadə edilmiş şirniyyatlardan imtina etmək lazımdır, siz mənə inanmırsınız. Baxın, bu da adının çəkilməsini istəməyən araşdırmaçının faktları. Kim istəsə onun adını xüsusi deyə bilərəm.

-Qəndə heyvan sümüklərindən üyüdülmüş toz qatırlar ki, bərk olsun. Bir də kimyəvi şəkər deyilən bir zəhər var. Bir vedrə suya bir damcı tökürsən, olur şipşirin. Bu da insanların sürətlə xərçəngə tutulmaq arzusunu reallaşdırır.

-Bu məlumatın nəyə əsaslanır?
-Mən ixtisasca əmtəəşünasam. Bütün qida məmulatlarının necə, nədən və hansı şəraitdə hazırlandığını bilirəm. Faktiki necə hazırlandığı haqda məlumatları isə məxfi mənbələrdən əldə edirəm.

-Kimyəvi şəkərin adı “saxarin”dir?
-Deyəsən elədir. Müxtəlif adlarda yazırlar. Bizim dildə “kimyəvi şəkər” deyilir. Amma elmi adı var, yadımdan çıxıb. Bu çox dəhşətli şeydir. Satışda olan bütün şirniyyat, şokalad, limonad məhsullarında bundan istifadə edilir. Mən əvvəllər belə şeyləri çox paylaşırdım, sonra gördüm ki, heç kim vecinə almır. Bu xalq özünü ölümə məhkum etmişdir. Mən də buna mane olmaq imkanında deyiləm. 10 ildir yüzlərlə araşdırmam olub bu mövzularda. Ümumiyyətlə qlobal qida terrorundan özünü müdafiə imkanları az qala sıfıra endirilib. Yuksək məlumatlı adam üçün qorunma imkanı maksimum 50%-ə bərabərdir. Qalanları əzablı ölümə məhkumdur.

-Sənin o araşdırmaların dururmu?
-İnternetdə olanların 90%-i silinib. Çünki saytların bəziləri ləğv olunub, bəziləri arxivini silib. Qəzetlərdə olanlardan bəzilərini arxivimdə saxlamışam, bəzilərinin fayl variantları var. Ümumiyyətlə bu sahənin başını buraxmışam, çünki bizim xalqa xeyiri yoxdur. Hər hansı bir həqiqəti Allah şəxsən özü gəlib desə belə inanmayacaqlar. Ona görə də mən özümü və ailəmi qorumaqla kifayətlənirəm, bir də mənə bu barədə müraciət edən insanları. Hər kəs öz başına çarə qılsın.

-Təşəkkür edirəm. Səni kimi insanların varlığı mənə təsəlli verir.
-Sağ ol. Hərdən baxıb görəndə ki cəmiyyətin mənəvi və fiziki sağlamlığı üçün təmənnasız mübarizə aparan adamlar hələ də var, təsəlli tapıram ki heç olmasa bir hissəni xilas etmək olar. Mən borcumdan cıxdım, 15 il şiddətli mübarizə apardım, buna görə bir neçə dəfə işdən qovulmuş, aylarla işsiz qalmış, müxtəlif çoxsaylı problemlərlə üzləmişəm. Sonra gördüm ki, mənim əsas borcum ailəmin heç olmasa minimum yaşayışını təmin etməkdir və bunu etmək üçün də gecə-gündüz işləməliyəm. Deməli artıq başqa işlərə vaxt qalmır. Qalsa belə mən uzun illərin təcrübəsindən gördüm ki, adamlar vecinə də almır, hətta öz aralarında məni lağa qoyurlar. Onlardan bəziləri xərçəngə tutulub, 2 qat morfinin təsirinə baxmayaraq gecə səhərədək işgəncə içində vəhşicəsinə bağıranda, mən onlara gülmədim, amma sadəcə dedim ki, mən sənə bunu qabaqcadan demişdim. Mən gördüm ki, cəbhənin o tərəfində çox nəhəng qlobal güclər iş aparır. Bunlarla bacarmaq mümkün deyil. Artıq SSRİ də yoxdur. Bəşəriyyəti bu qlobal satanistlərin əlindən ala biləcək heç bir qüvvə yoxdur. Yalnız Allah özü şəxsən Yerə gəlib burada dəhşətli məhkəmə qurmalıdır. Buna da əmin deyiləm. Bəşəriyyət özünün sonuncu onilliklərini yaşayır. Allah rəhmət eləsin. Bütün vəhşiliklərinə baxmayaraq maraqlı məxluqat idi…

-Çox gözəl və dəyərli cümlələr yazdın və ürəkağrıdıcı. Bilirsən mən ilahiyyatdan məlumatlı adamam. Məlumatlı olduğum qədər bütün dinlər dünyanı xilas edəcək Xilaskar obrazından danışırlar. İslam alimləri və ardıcıllarının inam prinsipidir bu. Deyirlər ki, bəli, Allah Özü şəxsən yerə müdaxilə edəcək. Buna  da çox qalmayıb. Mən inanıram ki, biz o günü görəcəyik…
-Bilirəm. Amma mövcud vəziyyəti görəndə  başa düşürəm ki, Xilaskar gələnəcən artıq bəşəriyyət zombiləşdiriləcək. Yaxın vaxtda hamını çipləşdirməyi düşünürlər. Artıq qidalarla qidalarla orqanizmə xırda çiplər yerləşdirilib qanda dövr etdirilir. Lazim gəlsə bir düymə ilə hamının ürəyini yatızdıra biləcək texnologiya var. Nə isə, ümidvaram Xilaskar bəşəriyyət tamamilə məhv edilməmişdən əvvəl özünü çatdıracaq. Artıq xeyli gecikir…

Araşdırmaçı ilə səhər söhbətimdən                  Dilman Şahmərdanlı

Комментариев нет:

Отправить комментарий