Burdan bir neçə mil uzaqda baş verən dəhşətli faciələrin və bəlkə də, yaxın gələcəkdə qarşılaşacağımız ən qorxulu fəlakətlərin fonunda özünün bütüb abstraktlığı və qeyri-müəyyənliyi ilə dünyanın tezliklə yaxşılaşmağına xidmət edə biləcək prespektivlərdən danışmaq səhv və hətta ağır olardı.
Mən bir neçə dəfə Livanda olmuşam və Livan xalqının təsirli hazırlığı ilə yüngülləşən böyük ümidlər anı kimi, böyük ümisdizlik anının da çətinliklərə sinə gəlmək və yenidən yoluna davam etmək olduğunu görmüşəm.
Mənim ilk səfərim,əgər bunu belə adlandırmaq mümkünsə, düz 60 il əvvəl olub- təxminən düz vaxtında. Bir dəfə gecə biz həyat yoldaşımla İsrailə məxsus Qalileyin şimal hissəsində gəzirdik, onda bizə bir cip yaxınlaşdı və bizə geri qayıtmaq əmr olundu. Sən demə biz sərhədi təsadüfən keçməklə başqa ölkəyə gəlib çıxmışıq. O zaman sərhəd qeyd olunmamışdı, indi isə çox güman ki, silahla işarələnmişdir.
Bu kiçik hadisə idi, amma o mənə aydın şəkildə göstərdi ki, sərhədlərin (ümumiyyətlə elə dövlətlərin də) leqimitimliyi, ən yaxşı halda, şərti və müvəqqəti bir şeydir.
Praktiki olaraq, bütün sərhədlər zorakılıq vasitəsilə müəyyən olunur və müdafiə edilir, özü də əsassız olaraq. Livan-İsrail sərhədi 100 il əvvəl Osmanlı İmperiyasını imperialist Britaniya və Fransanın maraqlarına əsasən bölən Sayks-Piko müqaviləsi ilə müəyyən olunmuşdur. Amma nə bu torpaqlarda yaşayan insanlar, nə də onun landşaftı heç kəsi maraqlandırmırdı. Bu sərhəd tamamilə mənasızdır və məhz buna görə də bu haqda bilmədən onu belə asanlıqla keçmək mümkün idi.
Əgər bütün dünyanı bürüyən dəhşətli konfliktlərə nəzər salsaq aydın olacaq ki, onların demək olar ki, hamısı imperialist cinayətlərin mirasıdır və böyük derjavaların öz maraqları üçün həyata keçirdikləri sərhədlər tərəfindən doğurulublar.
Deyək ki, puştunlar Britaniyanın Pakistanı Əfqanıstandan ayırdığı Düran Xəttini heç vaxt qəbul etməyiblər, bundan əlavə, onu heç bir əfqan hökuməti də qəbul etməyib. Amma müasir imperialist derjavalar üçün bu sərhədi keçən puştunları “terrorist” adlandırmaq və onların evlərini amerika pilotsuz təyyarələri və xüsusi təyinatlı qüvvələri üçün hədəfə çevirmək sərfəlidir.
Dünyada Meksika və Birləşmiş ştatlar – iki dost ölkə arasında olan sərhəd kimi ən müasir texnologiyalarla qorunan və ehtiraslı ritorikaya xidmət edən sərhədlər azdır. Bu sərhəd XİX əsrdə ABŞ-ın işğalçılığı nəticəsində müəyyən edilmişdir. Amma prezident Bill Klinton onu hərbiləşdirən “Gatekeeper” əməliyyatını başlayana, 1994-cü ilə kimi sərhəd tamamilə açıq idi. Ona qədər insanlar öz yaxınları və doğmaları ilə görüşmək üçün sərhədi rahat şəkildə keçirdilər. Çox güman ki, “Gatekeeper” əməliyyatı həmin il baş vermiş daha bir hadisə ilə də bağlıdır, daha dəqiq desək, azad ticarət haqda Şimali Amerika müqaviləsinin həyata keçirilməsi ilə. Qeyd etmək lazımdır ki, “azad icarət” ifadəsi bu sənədin mahiyyətini düzgün ifadə etmir.
Klinton administrasiyası, şübhəsiz başa düşürdü ki, meksikalı fermerlər nə qədər effektiv təsərrüfat yürütsələr də, ABŞ-ın aktiv şəkildə subsiydiyalarla təmin edilən aqrosənayesi ilə rəqabət apara bilməzlər və Meksika biznesi Meksikada xüsusi səlahiyyət qazanmış müqavilə şərtlərinə əsasən Amerikanın transmilli korporasiyaları ilə rəqabət aparmağı bacarmaz. Bu dəyişikliklər labüddən immiqrantları kütləvi şəkildə sərhədi keçməyə məcbur etməli idi.
Bəzi sərhədlər onların təmsil etdiyi və dəstəklədiyi kin və münaqişələrin zəifləməsinə paralel olaraq dağılır. Buna ən xarakterik nümunə- Avropadır. O, dünyada yüzilliklər ərzində iyrənc və qanlı müharibələrlə əhatə olunmuş ən qəddar region olub. Məhz bu münaqişlər zamanı hazırlanmış texnologiya və müharibə mədəniyyəti Avropanın sülh qazanmasına imkan verdi. Bununla belə, təsvir edilməz barbarlığın -İkinci Dünya müharibəsinin- sonuncu qığılcımından sonra avropalılar bir-birini məhv etməyi dayandırdılar.
Alimlər bunu demokratiyanın sülh bərqarər etmək ideyası ilə əlaqələndirilər, hansı ki, demokratik ölkələrin bir-birilə müharibə etməyi sevmədiyini nəzərdə tutur. Amma, bəlkə avropalılar sadəcə anlayıblar: onların əlində elə bir dağıdıcı güc var ki, növbəti dəfə sevimli oyunlarını oynamaq onlar üçün son ola bilər.
Avropa ölkələri arasındakı sıx inteqrasiya ciddi problemlərsiz ötüşmür, amma əvvəl olanlarla müqayisədə, bu irəli atılmış böyük addımdır.
Son zamanlara qədər sərhədlərin faktiki olaraq olmadığı Yaxın Şərqdəki hadisələrin analoji inkişafını presedentsiz adlandırmaq çətin olardı. Yaxın Şərq sərhədləri də dağılır, amma dəhşətli metodlarla.
Görünür, Suriyanın intihara doğru qarşısıalınmaz sürünməsi ölkəninin süqutu deməkdir. Hazırda "The Independent"də çalışan, Yaxın Şərq üzrə təcrübəli müxbir Patrik Kokbern proqnoz verir ki, Suriya hadisələri və onun regional nəticələri Sayks-Piko rejiminin sonuna gətirib çıxara bilər. Suriyadakı Vətəndaş müharibəsi 10 il əvvəl başlanmış amerikan-britaniya qoşununun İraqa soxulmasının ən qorxulu nəticələrindən biri olan sünnilər və şiələr arasında konfliktin yenidən qızışmasına səbəb oldu. İraqın və Suriyanın kürd regionları muxtariyyətə doğru irəliləyir və qarşılıqlı əlaqələri möhkəmləndirirlər. Bir çox analitiklər hesab edirlər ki, kürd dövləti Fələstin dövlətindən qabaq yarana bilər.
Əgər Fələstin nə vaxtsa hakim beynəlxalq konsensusa yaxın bir əsasda müstəqillik qazansa, onun İsraillə sərhədləri,çox güman ki, normal kommersiya və mədəniyyət mübadiləsi vasitəsilə yuyulacaq, necə ki, keçmişdə dinclik vaxtında bu baş verirdi.
Bu daha sıx regional inteqrasiyaya və -bəlkə də- Qalileyi İsrail və Livan arasında bölən süni cizginin yox olmasına doğru atılmış addım olardı. O zaman insanlar mənim həyat yoldaşımla 60 il əvvəl keçdiyim sərhədi yenidən sərbəst keçərdilər.
Sərhədlərin yuyulması və dövlətlərin leqitimliyi ilk planda Yer Kürəsinin kimə məxsus olması haqda ciddi məsələləri ortaya çıxarır. Deyək ki, parnik qazları ilə çirkləndirilən, hansı ki, may ayında miqdarı haqda xüsusilə təhlükəli həddi keçdiyimizi öyrəndik, dünya atmosferi kimə məxsusdur?
Yer Kürəsinin yaxınlaşan ekoloji fəlakətdən müdafiəyə ehtiyacı olması faktı istənilən ağıllı və savadlı insana aydındır. Bu böhrana olan reaksiyalar arasındakı fərq – müasir tarixin ən maraqlı simalarındandır.
Təbiətin müdafiəsi üçün mübarizədə ön yerlərdə tez-tez “primitiv” adlandırılan insanlar- yerli və qəbilə birliklərinin üzvləri, imperiyaların hücumlarına məruz qalmış xalqların qalıqları dayanır. Təbiətə olan hücumlara isə özlərini inkişaf etmiş və mədəni adlandıran-ən zəngin və güclü dövlətlər başçılıq edir.
Ümumi dəyərlər uğrunda mübarizə müxtəlif formalar alır. Bu mübarizə kiçik formada Türkiyə meydanı Taksimdə aparılır, harda ki, cəsur kişi və qadınlar İstambulda ümumi sərvətin son parçalarından birini bu qədim xəzinələri məhv edən həm kommersiyalaşdırma buldozerindən, həm avtokratik idarəetmədən qoruyurlar.
Taksim meydanının müdafiəçiləri- bizim ümumi sərvətlərimizin bu buldozerdən müdafiəsinin dünyəvi mübarizəsinin avanqardıdır. Əgər sərhədsiz dünyadakı insanlığın ləyaqətli yaşaması üçün bizə ümid lazımdırsa, biz hamımız bu mübarizədə qətiyyətlə və cəsarətlə iştirak etməliyik. Biz bütün insanlara məxsus olanları qorumalıyıq, yoxsa onlar məhv olacaq.
Məqalə Noam Xomskinin 14 iyun 2013-cü ildə Beyrutun Amerika Universitetində söylədiyi nitqin redaktə olunmuş formasıdır.
eco-socialistsofazerbaijan.blogspot.com
Комментариев нет:
Отправить комментарий