Əvəz Zeynallının Zərdüşt Əlizadə ilə müsahibəsindən
– Deyir mənə leytenant rütbəsi verdilər və dedilər ki, birinci işə gedəcəksən. Moskvadan istintaq qrupu gəlib, bir azərbaycanlı dissidentin istintaqı gedir, rus dilini bilmir, sən tərcüməçi olacaqsan. O dissident kim ola, kim ola?.. Əbülfəz Əliyev. Birinci istintaqından tutmuş sonuncu istintaqına qədər tərcüməçi mən olmuşam. Sual-cavab, mən tərcüməçiyəm. Onlar birinci istintaqdan dedilər ki, biz səni 1969-cu ildən izləyirik. Sənin işin ondan ibarətdir ki, girirsən auditoriyada Sovet hökumətini yamanlayırsan, gedirsən namizədlik, doktorluq müdafiələrində içirsən, durub söyürsən Sovet hökumətini və s. Sovet hökuməti sənə neyləyib ki, sən onu belə söyürsən? Deyir, Əbülfəz bəy çox ötkəm dedi ki, siz imperiyasınız, mənim xalqımı müstəmləkə eləmisiniz, istismar eləmisiniz. Dedilər, çox gözəl, gəl açaq. Bax, bu, Azərbaycanın statistik göstəriciləri, bu da müstəmləkə olmayan Türkiyənin, İranın və İran Azərbaycanının göstəriciləri. İqtisadi, mədəni və s. Baxın, müstəmləkə Azərbaycanın Elmlər Akademiyası, televiziyası, radiosu – ana dilində, universitetləri, institutları, zavodları, fabrikləri, hər kəndinə klubu. Deyirsiniz ki, dilinizi məhv eləmişik, nəzəri fizika, nəzəri kimya, nəzəri biologiya, nəzəri riyaziyyatın Azərbaycan dilində dərslikləri var. Azərbaycan alimləri dünyanın aparıcı jurnallarında çap olunur. Nəsə, bu, söz tapmadı. Dedilər ki, bəs sən nə üçün deyirsən ki, bu, müstəmləkədir? Müstəmləkənin inkişafı, maşallah, müstəqil ölkələrin inkişafından qat-qat yaxşıdır. Dedi, yox, siz bizi rüşvət bataqlığına salmısınız. Dedilər, lap yaxşı, indi sən bizə cavab ver. Sənin atan müharibədə həlak olub, anan da kəndçi arvaddır, Naxçıvanın bir ucqar kəndində. Sən məktəbi yaxşı oxumusan, rüşvət vermisən? Deyib, yox. Gəlib imtiyazlı Şərqşünaslıq fakultəsinə girəndə rüşvət vermisən? Deyib, yox. Sən baxmayaraq ki, rus dilini zəif bilirdin, amma səni Misirə tərcüməçi göndəriblər, oranı bitirəndə rüşvət vermisən? Yox. Oradan qayıtmısan, aspiranturaya girmisən, rüşvət vermisən? Yox. Müdafiə eləmisən, rüşvət vermisən? Yox. Universitetə müəllim götürüləndə, rüşvət vermisən? Yox. Sən verməmisən, almamısan, bəs haradan bilirsən? Yox, mən bilirəm. Siz bizim xalqın mənəviyyatını məhv eləmisiniz. Deyiblər ki, bağışla, sənin bir filmini çəkmişik, istəyirsən, göstərək. Xırp kəsilib. Dedilər, mənəviyyatdan danışma. Sonra dedi, məni bağışlayın. Dedilər ki, tövbə ərizəsi yaz, səni bağışlayaq. Oturdu, qələm götürdü, o zaman Azərbaycan KQB-sinin sədri vardı, general Qorelovski. Onun adına ərizə yazdı: “Mən bütün törətdiyim səhvləri anlayıram, boynuma alıram. Əgər mənim günahımdan keçib məni Sov.İKP sıralarında saxlasanız, ömrümün sonuna qədər Leninin beynəlmiləl siyasətini müdafiə edəcəyimə söz verirəm. Əbülfəz Əliyev” Götürdülər, dedilər, məhkəmə bunu nəzərə alacaq. Ondan sonra mənim əlimi sıxdılar, dedilər, sən yaxşı tərcüməçi idin, sağ ol. Mən də getdim öz işimə. Deyir, 3-4 ildən sonra bir dəfə Əbülfəzi “Baksovet” metrosunun yanında gördüm, artıq buraxılmışdı, üzünü çevirdi və məni görməzlikdən gəldi. Mən də dedim, yaxşı ki, görüşmədik. Ondan sonra onun öz həyatı, mənim öz həyatım.

Комментариев нет:
Отправить комментарий