07.07.2018

Vahhabi Əkrəm Həsənov niyə Elmarı tənqid etmirdi?

Elmar Vəliyev vurulandan sonra təbii olaraq sosial şəbəkələrdə müzakirələr səngimək bilmir. Müzakirələrə qoşulanlardan biri də özünü ilahiyyat üzrə fəlsəfə doktoru kimi təqdim edən vahhabi meyilli, terrorist düşüncəli, İŞİD xassiyyətli Əkrəm Həsənovdur. Adam cəmisi beş il "ilahiyyat" fakultəsi oxuyub. Necə oldu beş il dərs oxuyan adam ilahiyyat üzrə fəlsəfə doktoru oldu?
Gələk adamın Elmarın vurulması fürsətindən istifadə edib şiələri təhqir etməsinə. Özünü reklam etmək üçün yazır: "Ölkəmiz radikal fars meyilli dindarlar tərəfindən təsir, təzyiq, təhdid altındadır və ölkəmizi müdafiə etdiyimiz üçün haqqımızda radikal fars meyilli dindarlar və onların formalaşdırdığı baza müxtəlif şər, böhtan, yalan tirajlayır..." Elə fikir formalaşdırmağa çalışır ki, sanki Rafiq Tağını, Elmarı vuran adamlar iranameyilli (yaxud şiə) dindarlar olub, indi də Əkrəm böyük bir adamdır deyə onu öldürmək istəyirlər.
Fars meyilli deyərkən təbii ki, şiə İranla bir məzhəbi bölüşən şiələri nəzərdə tutur və şiəyə sataşdığı üçün də vahhabi olduğu məlumdur. Vahhabilər isə tarix boyu məqbərə dağıtmaq, terror etmək, İŞİD-i təşkil etməklə tanınıblar. 
Əgər bu adam dindar, imanlı insan, ilahiyyatçıdırsa bilməlidir ki, farsların içində yaxşı insanlar da vardır. Üstəlik ilahiyyatçı olduğunu iddia edən adam güya "Salman əl-Farisinin erkən islam tarixində rolu" adlı namizədlik dissertasiyası da yazıb. Bəs onun nəvə-nəticəsini indi Əkrəm niyə bəyənmir? Farsların içində yaxşı insanlar olduğu üçün, imanlı, elmli insan bütün farsları pis qələmə verib "radikal" yazmamalıdır.
İndi isə özünün də başa düşmədən yazdığı cümlələrə baxın; "Bildirdim ki, hansısa məmurun günahı varsa, onda bunun da qanuni yolları var". Burda sual olunur ki, sən əgər indiyədək Elmarın zalım olduğunu bilməmisənsə deməli sənin dünyadan xəbərin yoxdur. Tanımısansa niyə gündə şiələrə hürdüyün halda bir dəfə Elmarı tənqid etməmisən? Axı sən "imanlısan", "alimsən", İslam Peyğəmbərinin (s) zalımı məhkum etdiyini "bilirsən". Niyə qanuni yollarla ondan şikayət etməmisən?
Sonra yazır: "Dostluğumda olan, hətta özünə böyük hörmət göstərdiyim bəzi jurnalistlər belə cinayətə haqq qazandırıb alçaldıcı şərhlər yazmağa başladılar. Onları isə, təxminən 30 nəfərdən çox şəxsi dostluqdan çıxardım". Deməli, öz dostları da bilir ki, Elmar zalımın biri idi, amma durub Elmarı tənqid etmək əvəzinə şiələrə ağız atır. Üstəlik, dostlarını da tənqid etmir, ancaq şiəyə düşmənçilik edir. Deməli, hadisədən suyi-istifadə edib şiəyə olan ədavətini inkişaf etdirir.
Sonra yazır: "Bundan sonra sosial şəbəkələrdə guya cinayəti etdiyini etiraf edən cinayətkarın döyülmüş şəkli olduğu deyilən işğəncə görmüş bir şəxsin şəklini paylaşdılar. Bir müddət sonra rəsmi açıqlama gəldi ki, o işgəncə görən şəxs heç də Gəncənin icra başçısına güllə açan şəxs deyilmiş". Halbuki Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov özü deyib ki, o foto Yunisə aiddir və polislər onu zərərsizləşdirərkən güya o hala düşüb. Güya polis onu vuraraq yerə yıxıb. Amma deyilən odur ki, onu bölmədə başçının oğlu döyüb. Hər halda fotodan görünür ki, pis şəkildə döyülüb. Bu isə Əkrəmin varlığına inandığı qanundur. Əgər Yunis qanunsuz iş görübsə onu döymək də qanunsuzdur. 
Sonra deyir: "Guya mən vahhabiyəm, guya ölkədə sünni-şiə qarşıdurması yaradıram. Dövlətimizə qarşı apardığınız hər təhlükədə bizi qarşınızda görəcəksiniz". Bəli, vahhabinin yekəsisən. Vahhabinin buynuzu olmur ki? Şiəyə hürməyindən bilinir ki, vahhabisən. Üstəlik sünnü-şiə qarşıdurması salman ondan bilinir ki, xalqın 90 faizi şiədir, sən isə bu 90 faizi dövlət üçün təhlükə hesab edirsən. Halbuki təhlükə mənbəyi hesab etdiyin İran dövlətinin, qoruduğunu düşündüyün dövlətimizlə qarşılıqlı dostluq əlaqələri mövcuddur.
Yenə özünü lap rüsvay edərək deyir: "Halbuki Gəncənin icra başçısına güllə atan şəxslə Hacı Tale eyni ekstremist cinayət qruplaşmanın üzvləridir. Eyni fikirdə olan insanlardır". Əlbəttə zillətə boyun əyən, dini qeyrəti olmayan bir adamın Hacı Talenin mərdliyinə, qeyrətinə həsrət çəkməsi təbiidir. Bunun kimi adamlar saxta ilahiyyatçılıq edib Elmarı digər məmurlar kimi tənqid etməkdən qorxarlar. Dinin buyurduğu kimi məzlumun yanında olmazlar. Bunların dini işdən olmamaq üçün zalıma susmaqdır. Diqqət etsək görərik ki, Əkrəm Yunisi qanunsuz iş görməkdə suçlayır, deyir qanuna müraciət etmək lazım idi. Amma eyni zamanda terrorçu bildiyi adamı Hacı Talelə bir tutur. Halbuki Hacı Tale onu təhqir edən "Xəzər TV"-ni qanuna müraciət etməklə məhkəməyə vermək istəyirdi. Terrorçu məhkəməyəmi müraciət edir?
Bütün bunlardan məlum olur ki, əvvəllər də indi də şiəyə hürməyi qarşısına məqsəd qoyan şəxs üçün Elmarın vurulması bir bəhanədir. Fürsəti fövtə verməyib şiəni ləkələməyə çalışır.

nur-az.com

Комментариев нет:

Отправить комментарий