Xeber.info-ya daxil olan məlumata görə, Azərbaycan cəmiyyətinin dühalarını və müqəddəslərini təhqir etməklə gündəmə gələn Elşad Miri həbs oluna bilər. Onun Türkiyədə həbs edilmiş Adnan Oktarla əlaqələri üzə çıxıb. Mənbə bildirir ki, Elşad Mirinin Adnan Oktarla əlaqələrini Türkiyə tərəfi üzə çıxardıb və Azərbaycan hüquq mühafizə orqanlarına təqdim edib: "Yaxın günlərdə Elşad Miri barəsində istintaq işi açıqlanacaqdır. Belə ki, Elşad Mirinin Azərbaycanda 2 milyon dollar dəyərində təsisi etidyi "MEDİA TƏQİB MƏRKƏZİ" Adnan Oktarın sağ qolu olan və həbs edilən Oktar Babunaya aid imiş. Bu mərkəzi yaratmaqdan əsas məqsəd Azərbaycanda iş adamları, dövlət qurumları ilə əlaqələri genişləndirmək və maliyyə imkanlarını artırmaq olub".
Qeyd edək ki, Elşad Miri həmişə müqəddəsləri və xalqın inancını təhqir etməklə gündəmə gəlib. Bu günə qədər onun Adnan Oktarla çox yaxın münasibətdə olduğunu isbatlayan sübutlar olub ki, Elşad Miri son zamanlar bu münasibətləri təkzib edirdi.

Комментариев нет:
Отправить комментарий