10.07.2018

Cavad xan ətraf ellərdən yığdığı töycü hesabına Gəncədə Osmanlı qarnizonu saxlayan birisi idi. Dəfələrlə Osmanlı sultanına məktub yazmışdı ki, Gəncə xanlığını Osmanlı sultanlığının tərkibinə alın. Osmanlı sultanının canişini və vuran qolu Krım xanı ilə regionun sünniləşdirilməsi ilə başlı danışıqlar aparırdı. Ruslar Gəncəni alanda bizə milli-qıllı qəhrəman kimi sırıdılan bu adamın hərəmxanasından 365 qız-gəlin çıxdı: xanımız onları ətraf ellərdən, xüsusən Şəmşəddil ellərindən zorla toplayıb yığmışdı, qalasına gətirib özünə və Osmanlı qarnizonundakı kürd paşalarına arvad etmişdi. Bu qız-gəlinlər uzun ayrılıqdan sonra ellərinə, yurdlarına getsələr də, namus və qeyrət məsələsinə görə onları evlərində qəbul etmədilər, çoxu çöllərdə qalıb didərgin halda yaşadılar, məhv oldular.

Комментариев нет:

Отправить комментарий