14.07.2018

Yayılan dezinformasiyalar barədə

Rizvan Şıxızadə

Dezinformasiya cəmiyyəti yanlış istiqamətləndirmək üçün, həqiqəti gizlədib yalan məlumat verməkdir. Son zamanlar informasiyanı sosial şəbəkələrdən aldığımıza görə çoxlu yalan xəbərləri həqiqət kimi qəbul edirik. Bir neçəsini yazıram, siz də bildiklərinizi əlavə edərsiniz.
1) Futbolçu Kristian Ronaldo Fələstinə yardım edir, Messi isə İzrailə. Bu Ronaldo sevənlərin uydurmasıdır. Bütün futbolçular öz qazanclarının müəyyən hissəsini xeyriyyə məqsədinə xərcləyirlər. Sadəcə Ronaldo daha çox məşhurdur, tez gözə dəyir. Argentinalı Messi üçün Qəzza zolağında baş verənlər maraqsızdır. Necə ki bizə Afrikanın cənubunda baş verənlər maraqsızdır.
2) Xorvatiyanın xanım prezdenti gözəl qadındır, ancaq şəkillərdə gördüyünüz çılpaq qadın o deyil, hansısa modelin şəkillərini onun adından tirajlayırlar. Bir neçə gün əvvəl "Azadlıq" qəzetinin səhifəsindı yazılmışdı ki, guya bu xanım Rusiya-Xorvatiya oyununu birbaşa azərkeşlər oturan tribunadan izləyib, ancaq hamı görürdü ki, o Medvedev əyləşən lojada idi.
3) Azərbaycana internet gələndən ən çox yayılan dezo İranda edam səhnələridir. Guya kimsə özünə Türk deyib, kimsə özünə Kürd deyib, buna görə onları edam ediblər. Ancaq hər şəkilin az qala tarixçəsi subut olunub ki, heç kim elə-belə asılmayıb. İranda edam olunanlar əsasən azyaşlıları zorlayanlar, iki və daha artıq şəxsi öldürənlər olub.
3) Şimali Koreya prezdenti Kim Çen İr kim xoşuna gəlmədisə, edam etdirir. Hətta dayısını qumbaraatanla vurub partladıb. Təbii ki bu məlumatlar da yalandır. Ş.Koreyada təhsil, səhiyyə vs pulsuzdur. İş problemi yoxdur və dövlət öz əhalisinə pulsuz mənzillər verir. Nədənsə bunlardan danışan olmur.
4) Yaponiyada elə bilirlər dünya müharibəsini Stalin başlayıb, Xerosimo və Nagasakiyə atom bombasını ruslar atıb.
5) Türkiyə və Osmanlı dövləti bizə xilaskar kimi sırınır, ancaq tarixi oxuyanlar bilir ki Səfəvilər dövlətinin zəifləməsinin ən böyük günahkarı Osmanlı olub. "Möhtəşəm yüz il"ə baxıb fərəhlənən azərbaycanlı bilmir ki, yəhudi Sultan Süleyman 4 dəfə Azərbaycana hücum çəkib, ellərimizi viran edib, şəhərlərimizi xaraba qoyub.
Qısası, hər oxuduğunuza inanmayın.

Комментариев нет:

Отправить комментарий