İlkin Əkbərli
Şair gərək olsun həmişə şir kimi şair,
Məna yaşada nəzminə dair kimi şair.
Muncuq kimi yığsın sapa hər bir sözü daim,
Düzsün sətirə ləli-cəvahir kimi şair.
Məntiqlə təfəkkür ola vəhdət şəkilində,
Kamilliyə qalxar dəxi mahir kimi şair.
Söz əhli onun kölgəsi altında yığışsa,
Düz yol və kəramət yetirər pir kimi şair.
Vardır elə sözlər ki keçirtməz qələmindən,
Qəlbində onu dəfn eləyər sirr kimi şair.
Millət necə yatdı, yuxuya getdi ömürlük,
Hətta oyada bilmədi Sabir kimi şair.
İlkin, o talış xalqıma candan da əzizdir,
Dünyada tapılmaz Əli Nasir kimi şair.

Комментариев нет:
Отправить комментарий