09.07.2018

Sizə bir şey deyim: "Turan" heç vaxt qurulmayacaq

Son vaxtlar bəzi yalançı patriotların feysbukda fəallaşmasından danışmaq istəyirəm...
Deməli, özəlliklə ifratçı türk milliyyətçiləri nisbət fərqi ilə üstünlük təşkil edir, hətta dostluğumda olan bir şəxs reytinq qazandığını görüb o mövzulara tez-tez baş vurur.
İlk öncə bunu qeyd etməliyəm ki, mənim üçün talış, türk, ləzgi olmağın heç bir üstünlüyü yoxdur, hər kəsin fərdi davranış və şəxsi keyfiyyətlərinə görə qarşımdakını dəyərləndirirəm.
Elə başlayaq pantürklərdən. Bu insanların digər etnik qruplara yuxarıdan aşağı baxışını tez-tez müşahidə edirəm. Sürü təfəkkürü, mənasız ideologiya davamçıları. Nəbilim, "Əldə Quran, göz bəbəyində Turan" kimi millətin idarəedicilərinin, rəhbərlərinin uydurduqları böyük yalan.
Sizə bir şey deyim, "Turan" heç vaxt qurulmayacaq, çünki qurulmağa nə haqqı var, nə də gücü...
Bilmirəm niyə, farslara kəskin nifrət bəsləyirlər. Adama deyərlər, a kişi fars sənə nə edib ki? Yaxşı, ərəbi bildik ki din gətirib, vəhşidir... Səbəb gətirirlər ki, İranın rəsmi dili fars dilidir... Bunun formalaşmasını fars etməyib ki, farsı günahlandırasan? İran başqa, fars başqa. Bunlar İran deyəndə fars nəzərdə tuturlar halbuki)))... İran ərazisi çox böyük coğrafi regiondur - ora istər Türk, Fars istərsə də Lər, Kürd, Ərəb və digər etnik birliklərin vətənidir... Yaxşı, onda sənin Nizami Gəncəvini kim məcbur edirdi ki, fars dilində yazsın? İranda min ilə yaxın türklərin hakimiyyəti olub, niyə dili dəyişmədilər? Hindistanı işğal edəndə niyə ora fars dilini apardılar, halbuki ora gedən türk Nadir şah Əfşar deyildi? 1812-1828 Gülüstan və Türkmənçay müqavilələrini Qacar türkləri Fətəli şah Qacar imzalamadı? İranı 1501-1736 Səfəvilər, 1736-1747 Nadir şah Əfşar, 1747-1925-ə qədər Qacarlar, 1925-1979 Lər qövmündən Pəhləvilər, sonra fars Xomeyni, sonra da Təbrizli türk Xamenei idarə edib. Görürsünüz, bu illər ərzində İranı cəmi bir fars idarə edib, amma farslara qarşı niyə bu qərəz var?
İran deyir ki, bura mənim ərazilərimdi, biz də deyirik Azərbaycanındır yarısı da İrandadır... Əslində, çox məntiqsiz iddia irəli sürürük. Səfəvilər Azərbaycan, yox İran dövləti qurmuşdular, sadəcə idarəedicilər türklər idi. Yəni bu İranın adına xələl gətirmir. İran dedikdə indiki Azərbaycan, Gürcüstan, Ermənistan, İraq, İran, Əfqanıstan, Pakistan və s. əraziləri nəzərdə tutulurdu.
Təbrizli filosof və «Təbriz məktəbi» kitabının müəllifi Cavad Təbatəbayi, Məşhəd şəhərində (Xorasan ostanı) son çıxışlarının birində İran dövlətçiliyi və İranda milli tarix mövzularına da toxundu. Bu çıxışın bəzi hissələrinə nəzər salaq. O bu çıxışında İran cəmiyyəti barədə irəli sürülmüş postmodern nəzəriyyələri qısa şəkildə tənqid edir.

"Bəziləri iranlıların yeni millət olduğunu deyərək, millət və milli sözlərini «nationalizm» sözündən tərcümə etdikləri millətçilik sözü ilə əlaqələndirirlər. Bunun nəticəsi odur ki, tarix müəllimi deyib, İranı Rza şah düzəldib!
Amma deməliyəm ki, İrandakı tarix və fəlsəfəyə əsasən bu düzgün deyil. Millət sözünün yeni mənasından əvvəl, biz millət olmuşuq. Bəziləri belə dəlil göstərirlər ki, millətin dövlətə ehtiyacı var. Dövlət vasitəsi ilə də anlayırıq ki, İran millət olubdur. İran öz dövlət və millətini ən azı Samanilər dövründən ümmətdən (xilafət) ayırdı, çünki mövzu dövlət və millətdir, ümmət yox.
Millət dövləti var, ümmət dövləti yoxdur.
Ərəb ideoloqları əşşəb ələrəbi (ərəb milləti) düzəltməyə çalışdılar, bəlkə hələ də çalışırlar və bunun ardınca millət dövlətinə çatmaq istəyirlər - nəticəsi olmayacaq. Bizimçün mühüm məqam və İranın fərqli cəhəti budur ki, öz milli vəhdətini dövlətindən almayıb, əksinə İranın milli vəhdəti olub ki dövlət yaranıb.
Həm də bu səbəbdəndir ki, çox təəccüblə deyirk Türk tayfaları min ilə yaxın burada hakimiyyətdə olublar, amma elə bunlar da fars dilini Hindistana apardılar.
İranın qalıcılı və davamlı olmasının səbəbi nədir? Bunun sirri nədir? Başqa ölkələrin də dövlətlərin milli dövlət olmasına baxmayaraq İranın davamlı və qalıcı olmasının sirri nədir?
Bəli, İranın fərqli cəhəti budur ki, öz milli vəhdətini dövlətindən almayıb, əksinə İranın milli vəhdəti olub ki, dövlət yaradıb.
Bu hadisə dünyanın başqa bir yerində görünməyib. İran elə mədəniyyət və sivilizasiya yarada bilib ki, onun vasitəsilə başqa işləri də təyin edib. Deməli, İran mədəniyyəti İran dövlətini yaradıb.
Ümumiyyətlə zəngin İran mədəniyyətinə uyğunlaşa bilməyən dövlətlər çöküblər. Humayun Katuziyanın nəzəriyyəsinin əksinə İran qısamüddətli cəmiyyət deyil, əksinə çox uzunmüddətli cəmiyyətdir, sadəcə qısa müddətli hökümətlər hökmranlıq ediblər.
Bundan əlavə qeyd etmək lazımdır ki, bu bəzi hallarda olub, həmişə yox. Nə üçün hökumətlər qısamüddətli olublar? Bu da əhəmiyyətli sualdır. Bəlkə də belə cavab vermək olar ki, hökumətlər özlərini İran cəmiyyətinə uyğunlaşdıra bilməyiblər. Bunu bacara bilmədikləri üçün köklü və əsil mədəniyyət və sivilizasiya hökumətləri aradan aparıb.
Yəni İranda millət hökuməti hakimiyyətdən kənarlaşdırır. Bu vahid millət və mədəniyyət zəngindir. Bu mədəni zənginliyi İranın vəhdəti ilə eyni halda qəbul edə bilməyən hökuməti həmişə millət hakimiyyətdən kənarlaşdırıb".

Doktor Cavad Təbatəbainin çıxışı, Məşhəd, 12.07.2017

Комментариев нет:

Отправить комментарий