31.07.2018

Elçibəy mövzusundakı qaranlıq məqamlar barədə

İlqar Məmmədov

Alparslan Türkeş kimi tanınan şəxs heç türk də deyildi. Keçmiş NATO (agenti) zabiti olan bu şəxsin əsl adı-soyadı Hüseyn Feyzullah idi və Osmanlının Kiprə sürgün etdiyi yəhudi ailəsinin övladıydı. Ona verilən əsas vəzifə Türkiyədə türk gənclərini islam dini ilə sintez edilmiş bir türk milliyyətçliyi adı altında təşkilatlandırıb, türk millətini ərəbləşdirərək Sovet İttifaqına qarşı qalxan kimi istifadə etmək, Türkiyədə kommunizm ideolologiyasının yayılmasının qarşısını almaq idi. 90-cı illərdən sonrakı vəzifəsi isə Sovetlərdəki türk dövlətlərini Sovetə qarşı tirkalamaq və o türk dövlətlərini Sovetlərdən iyrəndirib NATO-nun, Qərbin imperialist dövlətlərinin qucağında oturtmaq idi...
Etiraf etmək lazımdır ki, bu mövzuda Azərbaycanda başarılı oldu.
Bu Hüseyn Feyzullahla bağlı sübut olunmuş çoxlu faktlar var, amma təəssüf ki, Elçibəy haqqında hələ çox faktları ya sübut eləmək olmur, ya da zamanı gəlincə açılacaq.
Hələ fanatların yaydığı bir çox boş arqumentlər var ki, gülməlidir. Məsələn, hamı bilir ki, Elçibəy gündə 3 paçka və daha çox siqaret çəkirdi və ən yaxşı araqdan içirdi... Əcəb eləyirdi, bu onun əlbəttə ki şəxsi işidir, bizi maraqlandırmaz... Amma fanatlar yayıb şüvən salırlar ki, bəs guya Elçibəyin qızı gəlib deyib ki, ay ata, ayaqqabım cırılıbdır, mənə ayaqqabı al, fağır kişi də deyib ki, qızım, hələ maaş almamışam, qoy maaşımı alım... Lap adamı ağlamaqğı tutur...)))
Ayə, o vaxt "Marlboro" siqaretinin bir paçkası 15 manat idi, üstünə də bir dənə bərkgedən arağın pulunu gəlsək, 10 dənə ayaqqabı almaq olardı... Necə bəyəm, gündə 3 paçka "Marlboro" çəkən, yaxşı yeyib içən kişi qızına ayaqqabı ala bilmirmiş?)))
Məsələn, 1991-ci ildə müəmmalı şəkildə vurulan o vertolyot hadisəsini, 1992-ci ildə bir ilə yaxın iqtidarda olan Elçibəy hökuməti niyə açmaq istəmədi? Niyə? Kim mane oldu? Hökumət tam onların ixtiyarında idi və demək olar ki, hamı təxminən bilirdi o cinayəti kimlər törədib... Açmaq onlar üçün elə çətin iş olmamalı idi... Amma açmadılar, ya da açmaq işlərinə yaramadı...
Dediyim kimi, Elçibəy mövzusunda hələ qaranlıq məqamlar çoxdur...

Комментариев нет:

Отправить комментарий