07.07.2018

Bizim milli mentalitetimiz bizim üçün yaxşıdır

Rizvan Şıxızadə

10-15 il əvvəl Azərbaycanda yeni bir ədəbi mühit- postmodernist ədəbiyyat yaranmağa cəhd etdi. 
Rafiq Tağı, Murad Köhnəqala, Seymur Baycan, Aqşin Yenisey, Aysel Əlizadə, Cəlil Cavanşir, Günel Mövlud, Mövlüd Mövlüd və sair müəlliflər ədəbi əsər yaratmaq əvəzinə xalqa müasir əxlaq dərsi keçməyə başladılar.
Onlar savadlı olduqları üçün kiməsə danışmağa imkan vermirdilər.
Biri deyirdi bacım əgər istəyirsə bir neçə nəfərlə yata bilər, ancaq savadlı mütəxəssis olsun, biri deyirdi qızım oğlanlarla toydan qabaq yatsın, ancaq yalan danışmasın. Biri deyirdi kişi kişi ilə evlənə bilər, əgər sevirlərsə. 
Klassikləri bəyənməyən, Sovet əxlaqını gerilik bilən, mentalitetə yuxarıdan aşağı baxan bu adamların taleyi çox təəssüf ki acınacaqlı oldu.
Rafiq Tağını heç bilinmədi niyə öldürdülər.
Aqşin Yenisey və Aysel Əlizadə birincinin alkaşlığı ucbatından ayrılası oldu.
Murad Köhnəqala ailəsindən ayrılıb qızından balaca biri ilə yaşadı.
Mövlud özünü 17-ci mərtəbədən atdı.
Seymur Baycan 50-yə yaxınlaşdı, heç ailə qurmadı.
Cəlil Cavanşir canlı efirdə damarlarını kəsdi.
Bu statusu kimlərisə aşağılamaq üçün yazmamışam. Deməyim odur ki Avropa mədəniyyəti yaxşıdır, ancaq özləri üçün.
Bizim milli mentalitetimiz bizim üçün yaxşıdır.
Avropadan heç kim 2 min, 3 min dollar maaşı gətirmək istəmir, ancaq avroviziya, formula 1, gey parad, mavilərin huquqları bizə tez gəlib çatır.

Комментариев нет:

Отправить комментарий