Akademikin, elm adamının, rektorun seyfi ola bilərmi? Seyf o adam saxlayır ki, biznesmendir, pulu çoxdur. Amma o da var ki, indi texnologiya inkişafdadır, oliqarxiya pullarını yastığın altında yaxud seyfində saxlamağa üstünlük vermir. Bunun üçün müxtəlif kart hesabları, banklarda hesablar açdırmaq olur. Eyni zamanda məsələyə təhlükəsizlik aspektindən yanaşırlar.
Bəs, akademikin, elm adamının şadlıq sarayı, restoranı olarmı? O da yox! Bizim “çarıqlı milyoner” Abel Məhərrəmov isə hər ikisinə malikdir.
Reportyor.info-ya bu tarixçənin qaynağının sözlərinə görə, Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov xeyli zaman əvvəl Bakıda seyf dükanlarından birinə üz tutur. Onunla birlikdə köməkçisi olur və mağazada ən yaxşı seyflərdən birini seçirlər. Buna görə təbii ki, yaxşı bir məbləğ ödəniş edirlər. Rektora bu seyf hər il BDU-dakı tələbələrdən yığılan 3,6 milyonı saxlamaq üçün lazım olub, yoxsa A.Məhərrəmova məxsus olduğu iddia edilən “Mona Liza”, “Monte Kristo” restoranlarından gələn gəlirləri toplamağa zəruri imiş, onu təxmin etmək çətindir. Amma biznesmen-rektorun seyf aldığı bəllidir və bu faktın özü akademikin elmi fəaliyyətindən çox uzaq haldır. Elm adamının seyfi yox, kitab rəfi olar, akademikin əsərləri olar, şadlıq sarayları yox.
Yeri gəlmişkən, A.Məhərrəmovun bir neçə il öncə 510 səhifədə yer almış “Biblioqrafiya”sı çap olunub. 510 (!) səhifəlik “Biblioqrafiya” yazdırıb elmlə bağlılığı olmayan adamlara özünün “alim” olduğunu hayqırmaq heç də böyük alimlikdən, yüksək mənəvi keyfiyyətlərdən, elmə, millətə, dövlətə səmimi olmaqdan soraq vermir.
BDU rektoru heç vaxt bir gün də məşğul olmadığı sahələrə (analitik kimya, qeyri-üzvi kimya, yer quruluşu kimyası, bioloji kimya, neft kimyası, fiziki kimya, fenollar kimyası, kükürdlü üzvi birləşmələr kimyası, kristallokimya, kvant kimyası, nanotexnologiya, kimya tədrisi metodikası, biofizika…) aid yüzlərcə elmi məqalənin, tezisin, kitab-kitabın, neçə-neçə patentin, dərsliyin, dərs vəsaitinin avtoru olub, elmi məqalə və tezislərinin, patent və kitablarının sayını fantastiktik həddə qədər artırıb – seyflə və “Monte Kristo” ilə məşğul olarkən…
Bu təzad, fundamental şəkildə bir-birindən fərqlənən fəaliyyət növləri əslində, Azərbaycan reallığıdır.
Bu ölkədə onlarla biznesmen rektor, biznesmen deputat, biznesmen professor var. Lap “Evləri köndələn yar” tamaşasındakı mənzərə yada düşür. Ona görə də hörmətli Abel müəllimin onlardan nəyi əskikdir ki?
İspaniyadakı səfir də onun oğludur. Yəni restoranlar onların ailə biznesidir. Anar Məhərrəmov da bu biznesə öz töhfəsini verir – İspaniyadan çaxır göndərir.
Beləcə, həm onların obyektində təmiz ispan şərabı olur, həm də onlara çox ucuz başa gəlir”. Hə, deməli, 510 səhifədə yer almış “Biblioqrafiya”sı da belə hazırlanıbmış…
Və bu imkanlara malik rektor Qaradağın icra başçısı Süleyman Mikayılova hüquq fakultəsindən niyə diplom bağışlamasın?!
Tək bu fak deyil: rektor təyin olunan günün səhəri öz ailə üzvlərindən birini pedaqoqika kafedrasına keçirərək oranın dissertantı keçirib. 20.05.2003-cü ildə pedaqoji elmlər namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etdirərək (ilk elmi nəşri: “Bakı Dövlət Universiteti- 80” Elmi Konfransın Materialları. Bakı, 1999, s.472) onu öz sərəncamı ilə kafedraya müəllim təyin edib. Elə o ərəfədə başqa bir ailə üzvünü tələm-tələsik biologiya fakultəsinə dissertant keçirtdi, o da 28.02.2003-cü ildə AMEA Torpaqşünaslıq və Ağrokimya İnstitutunda (institut direktorunun oğlu İbrahim Məmmədov da 2004-cü ildə BDU rektorunun rəhrərliyi altında BDU-da dissertasiya müdafiə edib) biologiya elmləri namizədi (ilk elmi nəşri: BDU-nun 80-illiyinə həsr olunmuş “Gənc bioloq-99” Elmi konfransının materiallarında, 1999-cu il), 2008-ci ildə isə biologiya elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiəsini gerçəkləşdirib. Yeni kafedra açaraq öz sərəncamı ilə onu kafedraya müdir təyin edib.
Bu imkanlara, resurslara sahiblənmiş biznesmen-rektor xeyli zaman əvvəl aldığı seyfində pullar yığarkən, bir müddət əvvəl tarix fakültəsinin 4-cü kurs tələbəsi Ramilə Kitçiyevanın başına oyun açmağa görə heç bir məyusluq keçirmədi. Aynurə adlı müəllimə ondan rüşvət istəmişdi. Şəhid qızı olduğunu qeyd edən tələbənin dediyinə görə, dəfələrlə nazirliyə və universitetə şikayət edib, amma nəticə olmamışdı. O zaman 4-cü kurs tələbəsinin çıxışı zaldakı tələbələrin alqışları ilə qarşılanmışdı. Ondan 70 manat pul istəndiyini bildirən şikayətçi tələbəyə, rektor “pul versəydin, qiymət alardın” deyərək cavab vermişdi. Rektor həmin tələbə ilə bağlı məhkəməyə müraciət edilməsi və universitetdən uzaqlaşdırılmasına dair tapşırıq vermişdi.
Bu ilk qalmaqal deyildi. Ötən il Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekan müavini Aytəkin Zeynalova tələbələrə səsli mesaj göndərərək hədələmişdi. 2013-cü ildə vəzifəyə təyin olunan gənc dekan müavini tələbələrdən tələb edirdi ki, dekanlıq haqqında sosial şəbəkələrdə bir cümlə belə yazmasınlar. Əgər kim tənqid etsə, şəxsən onun təqdimatı ilə həmin tələbəyə töhmət verdirəcəyini bildirmişdi.
Bakı Dövlət Universitetinin (BDU) İlahiyyat fakültəsinin dekan müavini, dosent Nigar İsmayılzadə də həmkarından geri qalmamışdı. Həmin fakültənin 4-cü kurs tələbəsi Zəka Mirağayevi məhkəməyə vermişdi. Yasamal Rayon Məhkəməsinə müraciət edən dekan müavini tələbənin Cinayət Məcəlləsinin (CM) 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsini istəyib. 14 fevral 2017-ci il tarixdə mətbuatda N.İsmayılzadə haqqında “BDU-nun İlahiyyat Fakültəsində nələr baş verir – Şikayət var” başlıqlı yazı dərc olunduğunu deyib: “Yazıda göstərilib ki, “24 illik tarixi ərzində heç vaxt rüşvət hadisələri ilə gündəmə gəlməmiş İlahiyyat fakültəsində təəssüf ki, bu gün dekan müavini, dosent Nigar İsmayılzadənin sayəsində rüşvətxorluq adıçəkilən təhsil ocağında “çiçək açıb”. İlahiyyat fakültəsinin dekan müavini Nigar İsmayılzadə tələbələrə rüşvətlə qiymət yazdırmaqdan başqa onlar arasında ayrı-seçkilik edir, imkansız və imkanlı tələbələrlə ünsiyyətdə istifadə etdiyi dil bir-birindən kəskin fərqlənir”.
Bax belə bitmək bilməyən qalmaqallar media resurslarında kifayət qədər var. BDU-ya rektorluğunun 20 ili tamam olacaq A.Məhərrəmov həm də diktatora çevrilməkdədir.
Onun 20 illik fəaliyyəti dövründə BDU dünya universitetlərinin reytinqinə yaxın belə gedə bilməyib. Bu, həm də Azərbaycan biliyinin göstəricidir. Əgər ölkənin ən mötəbər ali məktəbinə dünya reytinqində yer yoxdursa, qalan ali təhsil müəssisələrindən danışmağa dəyməz. Yada salaq ki, bu faktlar yeni ildən- yanvardan BDU-ya təzə və gənc rektor təyin olunmasını zəruri edir.
Onu da deyək ki, ötən ilin noyabrında prezident İlham Əliyevin sərəncamı ilə Bakı Dövlət Universitetinə publik hüquqi şəxs statusu verildi. Sərəncama əsasən, təhsil müəssisəsi müstəqil idarəçilik sisteminə keçməlidir. Bunun anlaşılan izahı budur ki, adıçəkilən universitetlərin dövlət büdcəsindən asılılığı minimuma endirilməli və özlərini maddi baxımdan idarə etmələrinə zəmin hazırlanmalıdır. Yəni, dotasiyaya son…
Əslində, 2000-ci ilin 13 iyulundan mərhum Heydər Əliyevin BDU-ya özünümaliyyələşdirmə muxtariyyəti verilməsi haqqında fərmanı var. Amma A.Məhərrəmov prezident sərəncamını gözardı edərək 1 ilə yaxındır onu icra eləmir. Publik hüquqi şəxs sisteminə keçiddən sonra dövlət büdcəsindən maliyyələşmə tamamilə dayandırılmalıydı. BDU-nun rektoru isə prezident İlham Əliyevin sərəncamını da quru kağız hesab edir. Məlum olur ki, rektor büdcədən ötənilki vəsaitlərdən iki dəfədən də çox pul istəyib. Bakı Dövlət Universitetinə 2012-ci ildə büdcədən 20 milyon 403 min manat, 2013-cü ildə isə 22 milyon 967 min 593 manat vəsait ayrılıb. Məhərrəmovun istəyi büdcə müzakirələri zamanı normal qarşılanmayıb və nəticədə BDU-ya 2018-ci il üçün 10 milyon manat ayrılmasına qərar verilib.
A.Məhərrəmovun universitetdə yaratdığı bürokratik əngəllər minlərlə tələbəni zərərə salır. Hər il sözügedən 20 min tələbədən təxminən 4500 nəfəri dövlət imtahanına buraxılır. Onlardan isə 15-20 faizi həmin imtahandan kəsilir. Tələbələrin minimum 10 faizi dövlət imtahanından keçmək üçün 4 min manat ödəmək məcburiyyətində qalır. 4500 nəfərin 10 faizi 450 tələbə edir. Bunu da 4 minə vurduqda normal təşkilatın dövlət büdcəsi formalaşır – 1,8 milyon manat).
İki rüblük imtahanlar da eyni qaydada həyata keçirilir. Bu halda birinci rəqəmi – 1 milyon 800 mini ikiyə vurmaq lazımdır. Bu halda 3 milyon 600 min manat alınır. Bu vəsait yalnız dövlət imtahanında yığılan məbləğdir. /reportyor.info/

Комментариев нет:
Отправить комментарий