Əkrəm Əylisli, "Daş yuxular":
Bakının böyük xəstəxanalarından birinin travmatologiya şöbəsinə indicə gətirilmiş xəstənin vəziyyəti olduqca ağır idi. Təkərli xərəyin üstündə huşsuz uzanmış xəstəni xəstəxana binasının bütöv bir mərtəbəsi boyunca uzanıb gedən alaqaranlıq koridorun ortası ilə o başdakı cərrahiyyə otağına tərəf aparırdılar. İki nəfər ağxalatlı qadın, iki nəfər də ağxalatlı kişiydi. Təmkini, sifətinin ağayana ciddiliyi və xalatının məxsusi ağlığı ilə yanındakılardan seçilən arıq, ağsaçlı, ortaboylu cərrahın özü də xərəyin yanınca gedirdi. Gündəlik xəstəxana həyatının bu adi, epizodik mənzərəsində yad və yersiz görünən bir şey vardısa, o da xəstəni xəstəxanaya gətirənin görkəmində və hərəkətlərindəki faciəvi komiklik idi. Arıq, xırdaca sifəti yekəcə, yupyumru qarnı ilə heç cür uyuşmayan 55-60 yaşlı bu balacaboy qıvraq kişi həkimin sağına-soluna keçə-keçə, demək olar ki, eyni sözləri elə bir hey təkrar-təkrar üyüdüb tökürdü.
-Doktor, sənə qurban olum, doktor ... öldürürdülər. Bu boyda insanı döyə-döyə məhv eləyirdilər. Yerazlar, doktor, yerazlar. Beş-altı yeraz gədəsi... Bu qaçqın köpəyuşağı heç adam-zad da tanımır, sənə qurban olum, doktor. Bunnar nə artist tanıyır, nə şair-yazıçı tanıyır. Deynən ermənidir, vəssalam. Sal ayağının altına, tapdala, təpiklə vəhşi kimi. Lap dart, ciyərin çıxart, əttövbə, bir adam yaxın düşə... Deyirəm, vurmayın, dayanın, bu adam erməni deyil, öz xalqımızın oğludu, millətimizin fəxridi, vicdanıdı. Ha de, eşidən kimdi. Heç qoymadılar öz adımı deyəm. Böyrümə bir təpik vurdular ki, az qaldı, nəfəsim kəsilə. Bax, buramnan, doktor, sağ böyrümnən. Hələ də göynüyür yeri...

Комментариев нет:
Отправить комментарий