04.11.2018

Şərqi Azərbaycanın sabiq valisi Qarabağ müharibəsi zamanı İranın Azərbaycana yardımlarından danışdı

Heydər Əliyev məni öz yanında oturtdu və hamıya dedi: “Bu kişi mənim qardaşımdır, İrandan gəlib və Şərqi Azərbaycan valisidir. Mən deyirəm: Əgər bunlar olmasaydı, mən bu gün diri deyildim və buz bağlamışdım”.

Həqiqət QHT (Truth NGO) – “Səhənd” televiziya kanalınn “Karnamə” verlişinin son proqramında Şərqi Azərbaycanın sabiq valisi Əli Əbdüləlizadənin gördüyü işlər araşdırılıb və sabiq vali verlişdə iştirak edib.
Sabiq valinin gördüyü işlərdən bəziləri də quruculuq, investisiya və xarici münasibətlərlə bağlı olub. Əbdüləlizadə su anbarlarının yaradılması mövzusunda 1374-cü ildə Nəhənd Su Anbarının yaradılması ilə bağlı araşdırmalardan, bu işin Haşimi Rəfsəncaninin Azərbaycan Respublikasına səfəri ilə eyni vaxta düşməsi və onun əli ilə işin başlanmasına təsadüf etməsindən danışıb. Vali deyib: “Su anbarının yaradılması üçün 30 ay nəzərdə tutulmuşdu. Biz öhdəmizə aldıq ki, anbarın istifadəyə verilməsi 30 aydan qabaq baş tutsun. İşin ortalarında Nəhənd layihəsinə baş çəkmək üçün ora getdim. İşin zəif getməsindən gileyləndim. Texniki avadanlıq probleminin olduğunu dedilər. O vaxt ermənilər Azərbaycan Respublikasına hücum etmişdilər. Biz gördük ki, Azərbaycanın mühəndislik texnikaları ermənilərin əlinə düşəcək. Bunun qarşısını almaq üçün Azərbaycanın o vaxtkı dövləti ilə razılaşaraq texniki avadanlığı Araz çayının cənubuna və Xudafərin düşərgəsinə köçürtdük. Layihənin işinin sürətlənməsi üçün həmin texniki avadanlıqdan istifadə etdik”.
Sabiq vali Qarabağ müharibəsi ilə bağlı deyib: “Qarabağ müharibəsində bizim üçün yaranan ilk problem bu idi ki, ermənilərin hücumundan sonra hücuma məruz qalmış şəhərlərin əhalisi özlərini Araz çayına vuraraq İrana gəlirdilər. Yəni müharibədən qaçırdılar. Biz tədbir görərək azərilərin İrana daxil olduğu təqribən 40 km ərazidə öz qüvvələrimizi yerləşdirdik, İrana daxil olan azəriləri müxtəlif yollarla, o cümlədən Parsabad sərhədindən yenidən Azərbaycan ərazisinə aparırdıq, Qırmızı Aypara vasitəsilə onlara müvəqqəti məskənlər yaradırırdıq, qida maddələri və digər ilk yardımlarla təmin edirdik. Bu tədbirə görə Qarabağ müharibəsindən sonra İran ərazisində heç bir azəri qaçqın qalmadı”.
Əbdüləlizadə İranın qeyrətli gənclərinin Azərbaycana kömək məqsədilə Qarabağ müharibəsinə yollanmasına da işarə edərək deyib: “Ermənilər Xudafərin körpüsünə çatmaqda idi. Biz o vaxt Bakı ilə müzakirələr edir, onların fikrini öyrənməyə çalışırdıq. O zaman cəbhədə döyüşdə olmuş ölkəmizin qeyrətli cavanlarından bir neçəsi azərilərə kömək etmək istəyirdi. Biz onlardan bir neçəsini təşkilatlandırdıq, amma müharibəyə müdaxilə etmək haqqımız olmadığına görə müşavir kimi Azərbaycan Respublikasına göndərdik. Bundan sonra müharibə cəbhəsində vəziyyət tamamilə dəyişdi, azərilər çoxlu qələbələr əldə etdilər. Sepahın o dövrkü komandiri cənab Möhsin Rizayi zəng edib məni sorğu-suala çəkdi, Azərbaycana kömək üçün getmiş döyüşçülərdən birinin adını çəkərək, onun dərhal Tehrana qayıtmasını və özünü təqdim etməsini istədi. Elçibəydən sonra Heydər Əliyev hakimiyyətə gəldi və vəziyyət çox dəyişdi. Heydər Əliyev çox tədbirli və müdrik şəxs idi. O vaxt cənab Haşimi Rəfsəncaninin göstərişi ilə bizim Azərbaycanla münasibətlərimiz də genişlənmişdi, çoxlu get-gəllərimiz baş tuturdu. Bir dəfə Heydər Əliyev gecə yarısı Haşimiyə zəng edib demişdi ki, səhərə kimi bizə çörək çatdıra bilməsəniz, artıq biz yoxuq. Elə həmin gecə Haşimi mənə zəng etdi və məsələni xəbər verdi. Həmin gün günortaya kimi bizim çörək yükümüz Bakıya çatdı. O gün cənab Heydər Əliyev mənə zəng edərək təşəkkür etdi. Sonralar mən cənab Heydər Əliyevlə söhbət etdim və Azərbaycanı unla təmin etmək barədə müqavilə bağladıq. Bir müddət bu iş davam etdi. Naxçıvan mühasirəyə düşdükdə dörd aya yaxın Naxçıvana da bu xidməti göstərdik. Naxçıvan mühasirədə olan illərdə onlara lazım olan məhsulların bir hissəsini Təbrizdən, bir hissəsini də xaricdən hazırlayaraq Naxçıvana çatdırırdıq. Azərbaycan Respublikasından İrana ən çox səfər edən şəxslərdən biri də Afiyəddin Cəlilov idi. O Bakıda terror oluncaya qədər var gücü ilə Azərbaycan-İran münasibətlərini yaxşılaşdırmağa təlaş etdi. Həmin dövrlərdə xarici şirkətlər lobbilərin dəstəyi ilə Azərbaycan Respublikasında quruculuq işləri aparmaq üçün bu ölkəyə daxil olurdular, amma heç şirkət Naxçıvana getmək istəmirdi. Naxçıvana səfərlərimin birində xəstəxanalardan birinin bütün şüşələrinin sındığını gördüm. Ora doğum evi edi. Mənə dedilər ki, dünən axşam bu doğum evində bir ana və körpəsi soyuqdan ölüb. Çünki Naxçıvanın istilik sistemi mərkəzləşmiş idi və mərkəzi mühərrik sistemi də yanacaq qurtardığı üçün sönmüşdü. Mən bu xəbəri eşitdiyim gündən Təbrizdən getdiyim günə qədər hətta bir gün də olsun Naxçıvanın mərkəzi istilik sistemi sönmədi. Çünki sönsəydi, bütün Naxçıvan soyuqdan donardı. Biz davamlı olaraq Naxçıvana yanacaq göndərirdik”.
Şərqi Azərbaycanın sabiq valisi söhbətlərinin davamında deyib: “Belə düşünürəm ki, bu xidmət heç vaxt unudulmayacaq. Heydər Əliyevin and içmə mərasiminə mən də getmişdim. Heydər Əliyev məni öz yanında oturtdu və hamıya dedi ki, bu kişi mənim qardaşımdır, İrandan gəlmişdir və Şərqi Azərbaycan valisidir. Mən deyirəm ki, əgər bunlar olmasaydı, mən bu gün diri deyildim və buz bağlamışdım”.
Mühəndis Əbdüləlizadə sonda deyib: “Bizim azərilərlə əlaqəmiz iqtisadi deyildi, biz sevgi ilə, səmimi qəlbdən azərilərə yardım edirdik. Naxçıvanın xəstəxanalarının şüşələrini də bərpa etdik, hətta parlament binasını da qızdırıcılarla istiləndirdik. Bütün bu işləri səmimi qəlbdən və ixlasla həyata keçirirdik”.

Комментариев нет:

Отправить комментарий