23.11.2018

Gendən gələn dəyərsizlik

...Tural Sadıqlının hazırkı davranışları onun genindən gələn dəyərsizliklə əlaqələndirilə bilər. El dili ilə desək, qanıpozuqluqdan! Elə isə keçək əsas və danılmaz əlahəzrət faktlara...
Tural Sadıqlının və qardaşı Elgiz Sadıqlının ata xətti ilə babaları Əhəd Sadıqov 1951-ci ilin oktyabrında azyaşlıqızı zorladığına görə azadlıqdan məhrum edilib və layiqli cəza alıb. Üstəlik, bu çirkin əməlinə görə həbsxananın yazılmamış qanunları baxımından, dustaqlar tərəfindən cəzalandırılıb. Verilən “dərsdən” nəticə çıxarmayan Ə.Sadıqov ikinci dəfə 1961-ci ildə quldurluğa, üçüncü dəfə isə 1969-cu ildə başqasına ağır bədən xəsarətləri yetirməyə görə həbsə alınıb. Tural və Elgizin ana xətti ilə babaları da dinc adam olmayıb. Belə ki, Səməd Hümbətov adlı babaları da “repressiya qurbanı” olub- 1976-cı ildə törətdiyi bir cinayət hadisəsinə görə həbs olunub. T.Sadıqlının qardaşı Elgiz isə 2015-ci ildə narkotikadan istifadəyə görə həbs olunub. Onu da xatırladaq ki, 2015-ci illdəki həbsi Elgizin ilk məhkumluğu olmayıb. O, ilk dəfə 1998-ci ildə, hələ qardaşına görə “siyasi əzabkeş” olmaq ağlının ucundan keçmədiyi zamanlarda məhkum edilmişdi. O Vətənə hərbi xidmətdən boyun qaçırdığına- fərariliyə görə Bakı qarnizonunun hərbi tribunalı tərəfindən iki il azadlıqdan məhrum etmişdi.
Göründüyü kimi, bu şəcərədə əzəldən Vətənə doğru-dürüst xidmət etmək marağı olmayıb və bu gün ortada olan faktlar, xüsusilə T.Sadıqlının Avropadakı “vətənpərvərliyi” özü-özlüyündə həmin amilləri isbatlamaqdadır. Onu da qeyd edək ki, Elgiz növbəti dəfə həqiqətən də qardaşına görə həbsdə yatıb. Belə ki, Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin (hakim Nüşabə Ağayeva) 29 iyun 2007-ci il tarixli hökmündən çıxarışda deyilir: “Sadıqov Elgiz Əlövsət oğlu Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla beş il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Cəzaçəkmə müddətinin əvvəli 26 fevral 2007-ci il tarixdən hesablanılmışdır”. Xatırladaq ki, həmin maddə adam oğurluğundan (!) bəhs edir, konkret halda isə söhbət bəlli səbəblərə görə adını yazmaq istəmədiyimiz bir qızın zorla qaçırılmasından gedir. Beləliklə, nəvələrin baba yolu ilə getmələri bu xüsusda da özünü kifayət qədər sübuta yetirir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri üzrə məhkəmə kollegiyasının 26 may 2009-cu il tarixli 1(102)-266/09 qərarında deyilirdi: “Onun əməli CM-nin 29, 144.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Həmin maddə ilə məhkəmə E.Ə.Sadıqova cəza təyin edərkən barəsində CM-nin 62-ci maddəsini tətbiq edib maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddən də aşağı cəza təyin edilmişdir”.
Qeyd edək ki, Sadıqovların məcburi köçkün ailəsi olması, bu cinayət işi üzrə Elgizin doğma qardaşı Turalın da eyni maddə ilə məhkum edilməsi, ailəsinin olduqca ağır vəziyyətdə yaşaması müstəsna hal kimi qiymətləndirilmiş və onun barəsində azadlıqdan məhrumetmə cəzası beş ildən üç ilə endirilmişdi. Həmçinin, Sadıqovlara yaxın şəxslər bu humanist addımın atılmasına qızın ailəsinin səbəb olduğunu deyirlər. Daha doğrusu, Sadıqovlardan birinin adına ləkə saldıqları qızla ailə quracağı vəd edildiyindən qız belə cinayətlərdə ağırlaşdırıcı hal kimi nəzərə alınacaq ifadə verməmişdi.
Nəticədə bu kimi rüsvayçı hadisədən sonra BDU-dan qovulan Tural Sadıqlı yarımçıq qalmış təhsilini Naxçıvan Dövlət Universitetinin (NDU) magistraturasında davam etdirərək, bu sistemdə təhsil ala-ala işə də götürülmüşdü. Fəqət, T.Sadıqlı bu dəfə də dinc dayanmayaraq, NDU-da təhsil alan Mona Zeydan adlı misirli qıza evlənəcəyini vəd edir. T.Sadıqlı NDU-nun yardımı ilə Misirə elmi ezamiyyəyə gedərkən Mona ilə dini nikah kəsdirir. Amma bu “nikah” Azərbaycanda rəsmiləşdirilmir. Çünki o, eşq macəralarını davam etdirirdi. Artıq ali təhsil müəssisəsində onun barəsində kifayət qədər pozğun həyat tərzinə söykənən söz-söhbətlər yaranmışdı və oradakı şəxslər Sadıqlını qeyri-ciddi fərd kimi tanımağa başlamışdı. Nəticədə Turalın pozğunçu və tərbiyəsiz hərəkətlərindən bezən tələbə qızların, eləcə də universitetin gənc xanım əməkdaşlarının şikayətlərinə əsasən o NDU-dan da uzaqlaşdırılır.
“Asqıran ağıza tövbə yoxdur” prinsipinə sadiq qalan T.Sadıqlı öz çirkin əməllərinə o qədər dərindən aludə olmuşdu ki, həmin əməllərindən nəinki əl çəkmək, hətta davam etdirmək barədə düşünürdü. Görünür, bu səbəbdən o öz “macəralarını” bir daha reallaşdırmaq üçün yenidən Bakı şəhərinə geri dönür və bu dəfə AMEA-nın Şərqşünaslıq İnstitutuna elmi işçi götürülür. Əvvəl kazanovalıq portreti tamamlansın deyə sifətində kosmetik əməliyyat etdirir. Sonra isə siyasət meydanına baş vurur, Müsavat partiyası isə “perspektivli şərqşünas ailm”i öz sıralarına qəbul edir. Tural partiyanın gənc və iddialı bir üzvü kimi meydanlarda, mitinqlərdə, sosial şəbəkələrdə fəallıq edir. Tural isə əvvəl ona humanistlik etmiş Şərqşünaslıq İnstitutunun rəhbərliyini ittiham edib işdən uzaqlaşır, sonra da Müsavatı opportunizmdə, hakimiyyətə satılmaqda ittiham edib “yeni müxalifət” yaratmaq qərarına gəlir. “Yeni müxalifət” dediyi isə mühacirət etdiyi Almaniyada qurduğu Avropa Demokratiyaya Dəstək Alyansı (ADDA) adlı təşkilat və “Azad söz” adlı internet resursudur. /sesqazeti.az/

Комментариев нет:

Отправить комментарий