08.11.2018

Şiə düşməni olan axar.az, publika.az saytları İsrailin ölkəmizdəki "təsir agentləridir"

Dövlətin heç bir sözçüsündən, saytından, qəzetindən, nümayəndəsindən İranın əleyhinə bir söz eşidə bilməzsiniz. Dövlətçiliyi "dəstəkləyən" İsrail agenturası isə İranın, şiənin əleyhinə yazır.
Azərbaycan xalqının böyük əksəriyyəti şiədir. Özünü isə xalqdan biri hesab edən axar.az saytının rəhbərliyi şiə əleyhinə (bu, həm də xalq əleyhinə deməkdir) təbliğat aparmaqdadır. Məsələ bundan ibarətdir ki, hər il İmam Hüseynin (ə) qırxı mərasimi (Ərbəin günü) ilə əlaqədar dünyanın müxtəlif ölkələrindən İraqa zəvvarlar axışmaqdadır. Öz imamını, dinini, kitabını, peyğəmbərini (s) sevən insanlar İmam Hüseyni (ə) ziyarət etməyi özlərinə borc bilirlər. Təbii ki, Azərbaycan xalqı da müsəlmandır, şiədir, öz imamının (ə) ziyarətinə getməsi təbii qarşılanmalıdır. 
Amma məlum səbəblərdən bir neçə gündür axar.az, publika.az saytları Ərbəinə gedən azərbaycanlı zəvvar haqqında "araşdırma" aparır və belə qənaətə gəlir ki, Ərbəin günü İmamın (ə) ziyarətinə gedənlər İranın siyasətinə alət olurlar. Saytlar neçə gündür məqalə yazır, biri dərc edir, o biri də ondan "copy" edir. Bundan qabaq adı çəkilən saytlarda "Həcc, yoxsa Ərbəin: İslamın təməllərini yıxan siyasət" başlıqlı məqalə işıqlanmışdı. Həmin məqalədəki şər-böhtanların cavabını verdik. (Maraqlanmaq istəyənlər üçün: http://nur-az.com/az/articles/view/5213/36).
Öz həyasızlığına davam edən saytlar isə növbəti dəfə şiə-sünnü söhbəti salmağa başladı. Biz bu yazımızda onların növbəti şər-böhtanlarına cavab veririk. Sübut edirik ki, axar.az saytının rəhbərliyinin idarə etdiyi holdinqə daxil olan saytlar sionist israil rejiminin ölkəmizdəki təsir agentləridir.
"İran Azərbaycanda "təsir agentlərini" necə yetişdirir?" məqaləsinin müəllifi Asif Nərimanlı isə sanki Mossadın mətbəxində qələm tutmaq öyrənib.
İsrail agenturası iddia edir ki, Ərbəin ziyarətini İran təşkil edir, məqsədi regionda şiəliyi gücləndirməkdir. Çox gözəl iş görür, şiəliyin güclənməsi yezidliyin, israilin zəifləməsi deməkdir. Belə də olmalıdır. Ərbəinə dünyanın hər yerindən zəvvarlar gəlir. Hər kəs bu yolda xidmət göstərir, İran da şiə dünyasının bir parçası olduğu üçün ziyarətçilərə əlindən gələn xidməti edir. Əgər İran Ərbəin üzərindən siyasət qursaydı, elə bunu bütün dünyanı Məşhəd ziyarətinə dəvət etməklə də edə bilərdi. Əgər israil agenturası olan saytların iddia etdiyi kimi İran ayətullahları özlərindən Ərbəin fəzilətləri haqda hədislər uydururlarsa, bu uydurmaları Məşhəd ziyarəti barədə də edə bilərlər. Dünya İraqa axışırsa və İraq da müstəqil dövlətdirsə, burada İran niyə qınanmalıdır ki?
Ərbəin məsələsi sadəcə bəhanədir. Sionist başçıları isə dəfələrlə İranın, şiənin, hüseynçilərin nüfuzunun artmasından qorxduğunu etiraf ediblər. Sionistlərin ölkəmizdəki quyruq bulayanları da qələmlərini şiə əleyhinə işə salıblar. 
Məqalənin ilk söhbəti Hizbullahla başlayır: "İran şiə məzhəbinin yayıldığı müxtəlif ölkələrdə dini-siyasi qruplaşmaların yaradılmasında adətən Livanda fəaliyyət göstərən və bu ölkədə, eləcə də Yaxın Şərqdə ciddi hərbi gücə çevrilən “Hizbullah” modelindən istifadə edir. Əhalisinin əksəriyyəti şiə məzhəbinə inanan Azərbaycanda din üzərindən siyasi təşkilatlanma həyata keçirməyə, Azərbaycan dövlətinə qarşı dini-siyasi qruplaşmalar yaratmağa cəhd edən İranın “Hizbullah” modelini ölkəmizdə də tətbiq etmək planı sirr deyil".
Bu sözlərin müəllifi olan İsrail agenturası Hizbullaha İsrailin, ABŞ-ın eynəyi ilə baxır. Amma gəlin görək Hizbullahın mövcud olduğu Livan dövlətinin Hizbullaha münasibəti necədir? Məlumdur ki, Hizbullah Livanda QHT-dir və Livanın ordusu hesab edilmir. Müxtəlif dinlərin, islami məzhəblərin mövcud olduğu Livanda Hizbullah şiələrdən ibarət müstəqil ordudur. Daim Livanın müstəqilliyi üçün müharibə aparıb. Bundan ötrü BBC-nin 2006-cı ildəki Hizbullah-İsrail savaşı barədə dediklərini qeyd etmək kifayətdir: "Livan ordusu kiçikdir, cəmi 38 min hərbi qulluqçusu var. Üstəlik, ordunun keçmiş generalı Amin Xoteytin sözlərinə görə, pis silahlanmışdır. O qeyd etmişdir ki, Hizbullah Livanın müdafiəsinin tərkib hissəsidir. Hizbullah 1980-ci ilin əvvəllərində, 1982-ci ildə İsrailin Livana müdaxiləsindən sonra meydana gəlmişdir. Onu İsrail qoşunlarını Livanın cənubundan çıxarmağa məcbur etmək məqsədi ilə bir qrup şiə yaratmışdır. Hərəkata Şeyx Həsən Nəsrulla başçılıq etmişdir. İsrail qoşunlarını Livandan 2002-ci ildə çıxarmışdır. Livan ordusunun keçmiş generalı Elias Xanna deyir: "Hizbullah ərəb dünyasının şərəfini qorumuşdur, tariximizdə ilk dəfə olaraq Livanın cənubunu azad etmişdir. Livanlıların çoxu İsrail işğalına son qoyduğuna görə Hizbullaha minnətdarlığını bildirmişdir. İsrail təkid edir ki, onun əməliyyatlarından məqsəd yalnız Hizbullahdır. Hələlik isə Livan uğrunda ancaq Hizbullah vuruşur" (Bax: https://azertag.az/xeber/NA_UCHUN_HIZBULLAH_DOYUSUR_LIVAN_ORDUSU_ISA_YOX-351600) Deməli, İran Hizbullahı yaradıbsa Livan xalqına xeyirdən başqa heç nə verməyib. Təki belə bir təşkilatı İran Azərbaycanda da yaratsın, erməni işğalına son qoyaq. Əlbəttə, o zaman israil agenturası olan axar.az, publika.az saytları məyus olacaqdır.
Sayt yazır: "Hərçənd Azərbaycanda Hizbullah qədər böyük qruplaşmanın yaradılması mümkün olmasa da, Tale Bağırzadə və qruplaşmasının timsalında onun kiçik modeli formalaşdırılmışdı". Əgər Hacı Tale İranın Azərbaycandakı Hizbullahıdırsa, bu, gözəl haldır. O zaman yuxarıda dediyimiz kimi Qarabağı ermənilərdən xilas edə bilərdik. 
Hacı Tale haqda İsrail rejiminin və agenturasının hiyləsinə uyanlar çox böyük səhvə yol veriblər. Çünki biz Hacı Taleni Hizbullah hesab etsək və İran tərəfindən ərsəyə gətirildiyini nəzərə alsaq, belə çıxır ki, Hacı Tale ilə ermənilərə müqavimət göstərməli idik, necə ki, Hizbullah bunu edir. Azərbaycan Müdafiyə naziri də Hacı Taleyə təşəkkür etməli idi. Yox əgər Hacı Tale dövlət əleyhinə bir adam idisə o zaman o, İranın təsis etdiyi Hizbullahın rəhbəri ola bilməz. Çünki İranın təsis etdiyi Hizbullah Livanda vətənini, sərhədlərini düşməndən qoruyur. Hacı Tale bunun əksini edirsə deməli İranın təsis etdiyi Hizbullah deyil. Mümkün deyil ki, onun həm İranın Hizbullahı olduğunu düşünək, həm də dövlətçilik əleyhinə olduğunu qənaət edək. Çünki Livandakı Hizbullahı Livan dövləti terrorçu kimi deyil, qəhrəman, vətənpərvər kimi tanıyır. Hizbullah isə İsrail rejiminin dərisinə saman təpdiyi üçün axar.az, publika.az saytlarının xoşuna gəlmir.
Sayt daha sonra yazır: "İraqda ciddi təsir rıçaqlarına malik olan İran azərbaycanlı zəvvarlar üzərində təbliğatın aparılmasında bu ölkənin müctəhid və ayətullahlarından da istifadə edir. İraqda İranın təsirində olan din xadimlərinin Azərbaycan dilində internet resurslarının və sosial şəbəkə səhifələrinin yaradılması da bunu göstərir. Seyyid Əli Sistaninin internet səhifəsi buna nümunədir." Zavallı yazar anlamır ki, Ayətullah Sistani və İrandakı digər ayətullahlar (təqlid mərceləri) eyni statusa malikdir. Seyyid Əli Sistani İraqın faktiki olaraq dini lideridir, heç bir müctəhidin təsir altında deyil. O ki, qaldı Sistani ağanın rəsmi internet səhifəsinə, o, bir təqlid mərcəsidir, dünyanın müxtəlif ölkələrində müqəllidləri vardır. Azərbaycan da istisna deyil. Azərbaycandan rahat bir şəkildə dini suallar göndərmək üçün də saytın Azərbaycan versionu hazırlanıb. Məgər axar.az saytında rus, ingilis bölməsi varsa bu, o deməkdir ki, İsrail axar.az vasitəsiylə Britaniyaya, Rusiyaya təsir göstərməyə çalışır?
Ayətullah Sistani isə həmin adamdır ki, bir əmriylə İraq camaatını ayağa qaldırdı, xalq silahlanıb ordu təsis elədi. Həşdi-Şəbi Sistani ağanın Allahın izniylə meydana çıxardığı qüvvədir ki, öz xalqını, ərazibütövlüyünü qorumaqdadır. Hizbullahın öz vətənini qorumasından narahat olan İsrail agenturası Həşdi-Şəbinin öz vətənini qorumasından da narahat olub?
Öz vətənini sevməyən xainlərin vətənpərvər Hizbullahı, Həşd-Şəbini gözü götürmür.
Məqalənin qalan hissələrinə yuxarıda adını qeyd etdiyimiz və linkini yerləşdirdiyimiz məqlədə cavab vermişik. Təkrarçılığa yol vermədən keçirik iki mühüm məsələyə; birincisi budur ki, axar.az və publika.az saytları vətən xainidir. Baxın, Hizbullahın öz vətəni olan Livanı, Ayətullah Sistani ağanın da fətvası ilə meydanlara tökülüb ordu yaradan könüllülərin də öz vətənləri olan İraqı qoruduqlarını qeyd etdik. Amma bu iki ordunu gözü götürməyən axar.az və publika.az saytları görünür vətənlərini sevmir və xaindirlər.
İkinci mühüm məsələ isə bundan ibarətdir ki, bu saytlar dəfələrlə prezidenti, dövlətçiliyi dəstəklədiklərini dilə gətirir və bu haqda məqalələr, xəbərlər dərc edirlər. Bununla da İsrail agenturası olduqlarını ört-basdır etməyə çalışırlar. Amma bizim onların İsrail agenturası olmasına dair sübutumuz vardır. 
Diqqətlə araşdırın: Bu saytlar Azərbaycan dövlətini, prezidentini dəstəkləsəydilər hazırda dövlətin və prezidentin apardığı siyasətdən kənar siyasət aparmazdılar. Azərbaycan dövlətinin xarici siyasətinin əsas prinsipi isə dünyada, xüsusən də regionda sülhdür. Region isə qonşu ölkələrdir ki, onlardan ən əsası İrandır. Dövlətin heç bir sözçüsündən, saytından, qəzetindən, nümayəndəsindən İranın əleyhinə bir söz eşidə bilməzsiniz. Dövlətçiliyi "dəstəkləyən" İsrail agenturası isə İranın, şiənin əleyhinə yazır. 
Deməli nəticə etibariylə bu saytlar dövlətin xəttinə uyğun deyil. Deməli, bu saytlar o kəslərin mövqeyindən çıxış edir ki, Azərbaycanı dost bilir, İranı düşmən. Bu rejim isə ABŞ və İsrail rejimidir. İsrail rejimi öz agenturasına tapşırır ki, öz saytlarınızda Azərbaycan dövlətinin, Türkiyənin əleyhinə heç nə yazmayın. İşiniz-gücünüz ancaq İran, şiə, Rusiya, Suriya, Yəmən, Hizbullah, ayətullah olsun. Azərbaycan-İran dostluğunu pozmağa çalışan saytların Ermənistan agenturası olduğu da ehtimal edilə bilər. Amma Ermənistan heç vaxt öz agenturasına Azərbaycan dövlətinin lehinə yazı yazmağı tapşırmaz. Çünki o, heç şübhəsiz öz düşməninin (Azərbaycan dövlətinin) pisliyini arzu edir. Geriyə ancaq İran düşməni olan İsrail rejimi qalır ki, heç şübhəsiz tənqid etdiyimiz saytlar İsrail agenturasından başqa bir şey deyil. /nur-az.com/

Комментариев нет:

Отправить комментарий