Tahir Fikri
Sevgilim sözünü az demişəmsə,
Bağışla sevgilim, bağışla məni.
Nə vaxtsa xətrinə mən dəymişəmsə,
Bağışla sevdiyim, bağışla məni.
Bəlkə də bu sözü işlətməmişəm,
Bu demək deyil ki, sevməmişəm mən.
Hər zaman səninlə fəxr eyləmişəm,
Eşqimi qəlbimdə gizlədmişəm mən.
İlahi tərəfdən bəxş edilmisən,
Bəxtəvər deyirlər arxamca mənə.
Çöhrəsi nur saçan leylivəşimsən,
Doymuram baxdıqca sənin çöhrənə.
Saçmasaydı günəş inan səmada
Yetərdi üzünün nuru cahana.
Quşlar da uçardı aydın fəzada,
Çatardı bu nurun inan hər yana.
Ay üzlü nigarım qaldınmı razı,
Söylə bir şerimi bəyəndinmi sən?
Sən Allah lütv elə, qalma narazı,
De ki, bu əşarı tam bəyənmisən.
Sevgilim sözünü az demişəmsə,
Bağışla sevgilim, bağışla məni.
Nə vaxtsa xətrinə mən dəymişəmsə,
Bağışla sevdiyim, bağışla məni.
Bəlkə də bu sözü işlətməmişəm,
Bu demək deyil ki, sevməmişəm mən.
Hər zaman səninlə fəxr eyləmişəm,
Eşqimi qəlbimdə gizlədmişəm mən.
İlahi tərəfdən bəxş edilmisən,
Bəxtəvər deyirlər arxamca mənə.
Çöhrəsi nur saçan leylivəşimsən,
Doymuram baxdıqca sənin çöhrənə.
Saçmasaydı günəş inan səmada
Yetərdi üzünün nuru cahana.
Quşlar da uçardı aydın fəzada,
Çatardı bu nurun inan hər yana.
Ay üzlü nigarım qaldınmı razı,
Söylə bir şerimi bəyəndinmi sən?
Sən Allah lütv elə, qalma narazı,
De ki, bu əşarı tam bəyənmisən.
Комментариев нет:
Отправить комментарий