Rizvan Şıxızadə
Son "Qarabağ" mitinqi cəmiyyətdaxili münasibətləri çılpaq şəkildə göstərdi. Xalqın ən böyük, ağrılı probleminə münasibəti, icazəli olsa belə 2 min nəfərdən artıq olmayan mitinq oldu.
Niyə 1 milyon qaçqının 1 faizi mitinqə gəlmədi? Bu mitinq kimə lazım idi? Mitinqin nəticəsi nə oldu? Növbəti belə mitinqlərin mənası nədir?
Ermənistanın yeni lideri Paşinyan Qərbin adamı olsa da artıq dərk etməyə başlayıb ki, Qafqazda Rusiyanı nəzərə almadan öz bildiyini etməyin Gürcüstan, Ukraniya kimi nəticələri var (Gürcüstan Osetiyanı, Ukraniya isə Krımı, Donbası, Luqanskı itirdi).
Düşənbədə görüşən Əliyev və Paşinyan ilk olaraq "Atəşkəs"in sadiqliyinə söz veriblər. Daha erməni əsgəri də, bizim əsgər də kefi istəyəndə səngərin o tayını atəşə tutmaz. İkincisi, liderlər arasında 30 dəqiqə ərzində birbaşa əlaqəni təmin etmək razılaşdırılıb. Ermənilər orda yaşayan əhalinin əksəriyyətinin erməni olduğunu nəzərə alıb Qarabağı bizə verməyə razı deyillər. Ancaq Qarabağsız 7 rayonun qaytarılması həmişə aktualdır. Bunu Rusiya açıq deyir, ermənilər də könülsüz də olsa razıdırlar.
Qalır Qarabağın özü.
Bir çoxu publika xətrinə, yarısı da səmimi olaraq yeganə çıxış yolunu müharibədə görür.
2016-da 5 gün vuruşduq, sonrası?
90-cı illərdə hər evdə 10 uşaq olurdusa, indi hər kəsin bir oğlu var, camaata yazığınız gəlmir?
25 ildə silahlanmaya xərclənən 10 milyardlarla vəsaiti iqtisadiyyata xərləsəydik, indi işsizlik problemi olmazdı.
Bu ölkədə haqqı deyə bilən, bu milli münaqişənin insani hisslərlə həllini göstərən ziyalı təbəqəsi yoxa çıxıb. Kimi dindirirsən, qan-qan deyir.
Bu gün Qarabağ münaqişənin nə sülh yolu ilə, nə də müharibə yolu ilə həlli yoxdur.
Müharibə xətadır- biz uduza da bilərik, başqa rayonlarıda itirə bilərik.
Sülh də ona görə mümkün deyil, çünki həm erməni xalqında, həm də bizdə bir-birinə qarşı nifrət, qisas hissi var. Qisas hissi olan yerdə sülh ola bilməz. Bu gün istənilən qərbi azərbaycanlı (yeraz) Yerevanda yaşamaqdan qorxar, o cümlədən ermənilər də bizim tərkibimizdə yaşamaqdan qorxar. Buna zaman lazımdır.
Biz müharibə edən idiksə, gərək bu 25 ili edəydik, madam ki sülh istəyirik gərək müəyyən güzəştə gedək.
Əgər razılıq əldə olunsa, Qafqazda sülh bərqərar olacaq, daha əsgər ölümü xəbərləri eşitməyəcəyik. Orduya, silahlanmaya xərclənən milyardlar xalqa qalacaq.
Bu gec-tez belə olacaq, sədəcə müharibənin uzanması xaricə sərf etdiyi üçün davam edir.
Qayıdım "Qarabağ" mitinqinə. Akif Nağı, İskəndər Həmidov, Pənah Hüseyn, Mirmahmud Fəttayev, İlham İsmayıl və mitinq təşkilatçıları xalqın ağrılı yerindən istifadə edib, camaatı ayağa qaldırıb, iqtidara biz də varıq, bizi də müxalifət hesab edin demək istəyirdilər.
İqtidar da bundan məharətlə istifadə etdi, Rusiya, İran və Ermənistana göstərdi baxın, bizdə belələri də var.
Yenə də ən salamatı mənəm.
Yaşı 60-ı keçən Akif Nağını, İskəndəri, Pənahı, Mirhahmudu görəndə adamın İlham Əliyevə hörməti artır...
Dünəndən bu mitinq şəklini erməni səhifələri paylaşır və yazırlar ki, Qarabağ azərbaycanlılara lazım deyil, lazım olsa idi, bir milyon adam tələb edərdi....
Qurban Məmmədov da deyir xalqa yeriməyi öyrədirəm, lazım olanda qaça bilsinlər deyə.
Bu millət Nemət Pənahlının "Oturmayan ermənidir" kəlməsi ilə necə oturdusa, indi heç ayağa da qalxa bilmir, nəinki qaçmaq.
Комментариев нет:
Отправить комментарий