01.03.2019

Xocalı ilə bağlı müəmmalar

Eynulla Fətullayev

Suallarıma kim cavab verəcək? İllərdir, suallarım cavabsız qalır.
Bəli, Azərbaycan Xalq Cəbhəsinin Xocalı faciəsində iştirakına dair acı suallarım:
1) Xocalını tərk edən minlərlə azərbaycanlı Ağdama yaxınlaşarkən nədən AXC-nın taborları qəflətən atəş açmağa başladılar? Bu hücuma və atəşə kim amr vermişdi? Niyə həmin şəxs tapılmadı və cəzalandırılmadı?
2) Həmin vaxt Ağdamda olan jurnalist Şamil Ələkbərli xatırlayır ki, ermənilərin Xocalıya hücumundan 4 gün öncə əhalini hələ də xilas etmək olardı. Lakin, AXC-nin o zamanki liderlərindən biri, Ağdamın müdafiəsinə məsul olan Tamerlan Qarayev Xocalının icra başçısı Elman Məmmədova zəng edərək, Xocalıdan çıxmağı tövsiyyə edir. Hətta deyir ki: "Narahat olmayın, bu gün sabah Xocalıda oturub çay içəcəyik"! Ş.Ələkbərli həmin an Qarayevin iş otağında idi.
3) Xocalının başçısı Elman Məmmədov özü "Memorial"a müsahibəsində etiraf edir ki, ermənilər Əsgərandan Ağdama humanitar dəhliz açmışdı. Və bu dəhliz haqda onun məlumatı var idi. Bu halda niyə əhalini bu dəhliz ilə tez bir zamanda xilas etməyib?
4) Niy o zamankı daxili işlər naziri, Tamerlan Qarayevin bibisinin əri Tofiq Kərimov prezidentə hücum haqqında məlumatı bir gün gec verir? Və Mütəlibov məcbur olub Dağlıq Qarabağ separatçılarının lideri Artur Mkrtçyana zəng etməli olur?
5) 15 fevral tarixində Şuşada Rəhim Qazıyevin rəhbərliyi altında yerləşən digər AXC qüvvələri Rusiyanın 366-cı alayını raket atəşinə tutur. Buna zərurət nə idi?
6) Axı Rəhim Qzıyevin özü etiraf edir ki, artıq 16 fevralda Xocalıya hücum olacağı haqda məlumatlı imiş. Bəs niyə bu halda rus bazasını atəşə tutur?
NƏHAYƏT ən əsas SUAL!
7) Hücuma rəhbərlik etmiş general Ter-Tadevosyan illər sonra etiraf etdi ki, Xocalıya hücumda 447 erməni əsgəri iştirak edib. Həmin vaxt Ağdamda Xalq Cəbhəsinin sərəncamında 12 T-72 markalı tank, 4 döyüş maşını, 4 B-21 markalı Qrad sistemi, 40 artilleriya qurğusu, 2500 əsgər olub. Niyə bu boyda qüvvə Xocalıya hücum etmiş ermənilərin qabağına çıxıb, mülki əhalini müdafiə etmədi?
Suallara cavab varmı?!

Комментариев нет:

Отправить комментарий