Əminəm ki, ölkəmiz ətrafında cərəyan edən proseslərin son nəticəsinin təsiri altında ingilis təsirindən, o cümlədən tarix elmimiz də azad olacaqdır.
***
Mən də dəfələrlə bildirmişəm ki, Sovet dövründəki tarix elmi məlum ideoloji yüklərdən azad etməklə yenidən çap edilməlidir.
***
Xahiş edirəm qeyri-təvözəkarlıq kimi qəbul etməyəsiniz, mənim məhz Sovet dövründə əldə etdiyim biliklər indi daha çox karıma gəlir. Bununla belə bir gün də olsa, mütailəsiz keçinmirəm.
Hər bir insanın formalaşıb kamilləşməsində, mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində, cəmiyyət hadisələrinə çevik reaksiyasında, məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında, bir çox hallarda isə həyat yolunun müəyyənləşməsində və vətəndaş tərbiyəsində mütaliənin rolu müstəsna əhəmiyyət kəsb edir.
Təbii ki mən Stalin kimi mütailəni nəzərdə tutmuşam. Stalinin qızı Svetlanın həyat yoldaşı Q.Morozov xatirələrində yazır: “Evdəki kitabların bolluğundan və mövzu rəngarəngliyindən heyrətə gəlmişdim. Bir çox kitablarda Stalinin öz əliylə etdiyi qeydlər göstərirdi ki, o bunların çoxusunu oxuyub”.
Həqiqətən də, Stalinin kitabxanası sadəcə kitablar saxlanan yer və ya onun kabinetinin sadəcə yaraşığı deyildi. Ordakı kitabların böyük əksəriyyətini Stalin ən azından vərəqləyir, bir çoxunu isə dərin maraqla oxuyurdu. Bunların bəzilərini isə o dəfələrlə oxumuşdu. Qiraət zamanı əlində və ya masasında mütləq ya bir, ya da bir neçə ədəd, həm də müxtəlif rənglərdə karandaş olurdu. Bir çox ifadələrin, abzasların altından o bunlarla xətt çəkir, qeydlər edir, öz fikirlərini yazırdı. Karl Marksın beləbir fikri vardı: “Kitablar – mənim qullarımdır”. Marks bu tərzdə oxuduğu bütün kitabların səhifələrini qara-qura qeydlərlə doldururmuş, səhifələrin ətəyini qatlayırmış, gərəkli yerləri asan tapmaq üçün ora nə isə qoyurmuş. Stalin də kitablarla eyni şəkildə davranırmış. Buna görə də yüzlərlə kitabın səhifələrində onun qiraət prosesinin aşkar izlərinə rast gəlmək mümkündür.
Mən indiki ziyalılarımıza da məhz belə mütaliəçilik arzulayıram.
Комментариев нет:
Отправить комментарий