11.09.2021

Covid kimi layihələrlə dünya ağaları insanlığın axırına çıxmaq istəyirlər

Aleksandr Krasnoqorski

“Böhranın dəf edilməsi” elan olunandan sonra başımıza yeni oyun gətirdilər: dünyanın yenidən formalaşdırılması proseslərinə başladılar. “Covid” əməliyyatı əvvəllər başımıza açılan oyunlardan universallığı və qloballığı ilə fərqlənir. Belə ki yaşından, cinsindən, irqindən, material və sosial vəziyyətindən asılı olmayaraq demək olar Yer kürəsinin hər sakininin başında çatlayır. İş prinsipi elementar dərəcədə sadədir. Laboratiyada quraşdırılmış hansısa xəstəliyi bəşəriyyət üçün ölümcül dərəcədə qorxulu təhlükə elan ediblər. Əzabverici ölüm qorxusu altında insanlar könüllü olaraq öz hüquq və azadlıqlarından imtina edirlər, özlərinin, hətta həddi büluğa çatmamış övladlarının bədənlərini doktor Menqelin ideoloji varislərinin cənginə verirlər. İnsanlar üzərində eksperimentlər nəinki adi həyat normasına, həm də vətəndaşlıq borcuna çevrilib. Buna qarşı çıxanlar isə insanlığın düşməni elan olunurlar, yaşamaq hüquqlarından məhrum edilirlər. 
***
Maliyyə instrumentlərinin və kompüter texnologiyalarının inkişafı havadan pul qazanmağa imkan verdi. Qiymətli kağızlarla spekulyasiya etməklə, yəni olmayan şeyi satmağa söz verməklə, yaxud real omayan pulu ödəməklə pul qazanırlar. Bizim dövrdə hətta qızıl alveri sarı metalın real alınıb daşınması ilə heç bir əlaqəsi olmayan formal kompüter əməliyyatları ilə aparılır. Nəticədə sahibkarların yerini fırıldaqçılar və avantüristlər tutdular, hansılar ki kələkbaz maliyyəçilərlə sıx əlaqədə total soyğunçuluq və talan yolu ilə varlanlırlar. Onları nə istehsalat, nə ticarət, nə faydalı qazıntıların çıxarılması, nə də kənd təsərrüfatı maraqlandırır. Onlar parazit kimi hər yeri sümürürlər. Biologiyadan bildiyimiz kimi parazitlərə sağlam və güclü bədən lazım deyil, xəstə və əldən düşmüş bədən lazımdır. Ona görə də artıq insanların bədənini hədəfə alıblar. Ümumdümya maliyyə elitası məhz bunu hədəfə alıb – sağlam, cəsur, aktiv bəşər övladını ayaq üstə qırxı çıxmış xəstə qula çevirmək istəyir. Bu qul hətta udduğu havaya görə belə özünün görünməz və məchul ağasına borcludur, hansı ki bu ağa hətta insan da yox, ucsuz-bucaqsız internetdə qərarlaşmış süni təfəkkür də ola bilər.
***
İlk növbədə anlamaq lazımdır ki, bizim həqiqi, əbədi düşmənimiz kimdir. Bu torpaqlarımıza iddia edən böyük məmləkətlər, insanlarımızı qorxuya salmağa çalışan terror qruplaşmaları, fəsadlı virus və bakteriyalar deyil. Bu Ümumdünya maliyyə sistemidir. Bu sistem qədim yunan mifologiyasındakı hamını öz zəhəri ilə zəhərləyən əcaib Lerna əjdahası kimi ələkeçməz və sarsılmazdır. Bu sistem qlobal korporasiyaların dayağı və milli dövlətlərin düşmənidir. Bu sistemin agentləri politoloq, jurnalist və ictimai xadim adı altında Böyük qlobal dəyişiklik və insanlığın total qullaşdırılması planlarını həyata keçirirlər. Dünyanın heç bir ölkəsi bu əcaib əjdahanı öldürmək iqtidarında deyil və horizontda buna qadir Herakl da müşahidə olunmur. Lakin biz onun öhdəsindən gələ bilmiriksə, demək sadəcə ondan uzaq durmalıyıq. Bəziləri deyə bilər ki, Sovet dövründə olduğu kimi dəmir pərdə çəkmək lazımdır. Bu da ola bilər, çünki başqa çıxış yolu yoxdur. Sağ qalmaq istəyən xalqlar, elektron konslagerə çevrilmək istəməyən dövlətlər üçün başqa yol qalmır. Onlar “maliyyə göbəkbağını” kəsməlidirlər, öz ağıllarına görə, öz pulları hesabına yaşamağa başlamalıdırlar. Məhz elə bu onlarçün xilasa ümid verən Böyük dəyişiklik olacaq.
***
Özəl banklar sistemini bağlamaq lazımdır. Sələmçiliyə rəvac verməyə nə ehtiyac var? Bundan başqa, özəl banklar aksioner təşkilatdırlar, yəni bu bankların aktivlərinin bir hissənin sahibi xarici vətəndaşlardır ki, onlar bankın siyasətinə heç də dövlətin və xalqın xeyrinə olmayan təsir göstərə bilirlər. İstənilən özəl müəssisə kimi bank da qarşısına qazanc əldə etməyi hədəf qoymuşdur. Bankir deyə bilər ki, guya o əhaliyə, biznesə, hətta dövlətə xidmət göstərir və sadəcə buna görə öz haqqını alır. Amma bu yalandır! Bizim depozitə qoyduğumuz pullarla bankın nə iş gördüyünü biz bilmirik. Bank fəaliyyətindən gələn gəlir istənilən digər sahələrin, hətta səhiyyənin xidmətlərinin dəyərini qat-qat üstələyir. İstənilən halda havadan – puldan pul qayırılmasına son vermək lazımdır. Ölkədə cəmi bir bank – dövlət bankı olmalıdır. Yalnız dövlət qərar verməlidir ki, nə qədər pul buraxmaq, onları hansı layihələrə yönəltmək, ssudaları hansı faizə vermək lazımdır. Dövlət bankının fəaliyyəti ciddi şəkildə reqlamentləşdirilməlidir, mütləq şəffaf olmalıdır və sırf iqtisadiyyatın inkişafına yönəlməlidir.
***
İdarəedici elitalar milli maraqları unutduqca və “dünya ictimaiyyəti” adlı müəmmalı istiqamətə orientasiya olunduqca sıravi vətəndaşların həyatı dözəlməz hala gəlir. Qlobal ağalara təzim edən ölkə prezidentləri, hökumətləri və parlamentləri get-gedə öz ölkələrini nəhəng konslagerə çevirməyə başlayırlar. Onlar bunu qlobal ağaların xammal, covid, rəqəmsal, qanunvericilik kimi layihələrinin həyata keçirilməsinə qatılmaqla edirlər. Zəmanənin fürerləri və qaulyayterləri öz həqiqi ağalarının bütün bəşəriyyət üçün işləyib hazırladıqları metodiçkalara uyğun olaraq  canfəşanlıqla “yeni normallıq” formalaşdırırlar. Amma bilmirlər ki, özləri də tarixin zibilliyinə atılacaqlar; məcburetmə və əzmə sistemi mükəmməl hala gətirildikdən və sərbəst fəaliyyətə başladıqdan sonra bu icraçıların özlərini də kütlənin içinə qatıb ətçəkəndən keçirəcəklər.
***
Dünyanı faktiki olaraq dəli olmaq həddinə gətirən əclaflar psixoloji becərmənin ən müasir texnologiyalarından istifadə edirlər. Onlar yalan və ikiüzlülük industriyasını mükəmməl hala çatdırıblar. Bununçün sosial şəbəkələrin, televiziyaların və saytların köməyindən bəhrələnirlər. Lakin hər bir silahı onun yaradıcılarının özünə qarşı çevirmək olar. Bu gün şər tanrısı Moloxun himayəsinə sığınan hökumətlər insanları, hətta körpə uşaqları belə onun yolunda qurbana çeviriblər. Bununçün bizi inandırmağa çalışırlar ki, vaksinlər – xilasedicidir və təhlükəsizdir. Bir məsələ də var ki, get-gedə daha çox insanlar vaksinləşmənin doğurduğu fəsadlardan danışmağa başlayır, yaranmış təhlükəli mənzərəni ortalığa qoyur. Lakin onlara tibbi cəhətdən nəyisə izah etmək və yollarından döndərmək heç bir nəticə vermir. Bu yoldaşlara vacib deyil vaksinləşdirmə covidə qələbə salmağa kömək edəcək, yoxsa covidin yayılmasına səbəb olacaq – onlar məsələyə siyasi nöqteyi-nəzərdən yanaşırlar. Bizə qarşı qeyri-insani “sanitar müharibə” aparan bu əclafları yıxmağa yalnız kütləvi etirazlar kömək edə bilər. Eksperimental vaksinləşmə ilə bağlı yaranmış kütləvi ölümlər (çoxunu gizlədirlər) buna əsas verir. Bəsdir buna dözdük! Biz hansısa marginal azlıq deyilik ki, bizi ürəkləri istədiyi kimi qovub gettolara doldursunlar. Hansı xeyirxah əməl adı altında pərdələnməsindən asılı olmayaraq biz insanların qanuni hüquqlarının pozulmasının istənilən formasına qarşı dözümsüzlük nümayiş etdirməliyik. Düşməni onun öz silahı ilə vurmaq lazımdır. İnsanlarımızı bu sahədə təbliğata çağırırıq, fəaliyyətə səsləyirik. Qoy bu yırtıcılar üstümüzdə həyata keçirməkdə olduqları həyasız təbliğatın dadını öz üzərlərində də hiss etsinlər. Vaksinə yox deyək! Hamımız qlobal yırtıcılara qarşı bir olaq!

Turan Ekspress teleqram kanalı
@turan_ekspressi

Комментариев нет:

Отправить комментарий