15.09.2021

"Bunlar sizin torpaqlarınızı oğurlamağa gəldilər"


Neil Armstronq və bir sıra digər ABŞ astronavtları Ayın səthinə bənzəyən Amerika səhralarından birində təlim keçirdilər. Bu ərazilər isə hinduların əsrlərdən bəri öz doğma torpaqlarından sürgün edilib məcbur gəlib yaşamağa məhkum olduqları yerlər idi.
Bir yaşlı yerli hindu qəbilə üzvü bunları görüb bir astronavtla ünsiyyət qurmaq imkanı əldə edir. Hindu burda nə iş gördüklərini soruşur. Astronavt isə Aya getmək üçün təlim keçdiklərini söyləyir.
Yaşlı hindu soruşur ki, mənə bir yaxşılıq edə bilərsiniz?
Astronavt nə istədiyini soruşduqda qoca hindu belə cavab verir ki, bizim qəbilədə insanlar Ayda müqəddəs ruhların varlıqlarına inanırlar. Bizdən Aya bir mesaj apara bilərsiniz?
Astronavt nə mesaj deyə soruşanda hindu qoca öz dillərində nəsə deyir.
Astronavt bunun nə demək olduğunu soruşduqda yaşlı hindu deyir ki, bunu sizə deyə bilmərəm. Bu bizim öz dilimizdəki bir sirrdir.
Bu hadisə astronavtlara maraqlı gəlir və tədqiqat mərkəzinə qayıtdıqda hinduların yerli dilini bilən bir insan tapırlar və qeyd edilən sözləri tərcümə etdirirlər.
Qoca hindunun dediyi o sirr bu sözlər idi:
"Bu adamların sizə söylədiyi heç nəyə inanmayın. Bunlar sizin torpaqlarınızı oğurlamağa gəldilər".

Aftandil Babayev

Комментариев нет:

Отправить комментарий