— Özəl banklar sistemini bağlamaq lazımdır. Sələmçiliyə rəvac verməyə nə ehtiyac var? Bundan başqa, özəl banklar aksioner təşkilatdırlar, yəni bu bankların aktivlərinin bir hissənin sahibi xarici vətəndaşlardır ki, onlar bankın siyasətinə heç də dövlətin və xalqın xeyrinə olmayan təsir göstərə bilirlər. İstənilən özəl müəssisə kimi bank da qarşısına qazanc əldə etməyi hədəf qoymuşdur. Bankir deyə bilər ki, guya o əhaliyə, biznesə, hətta dövlətə xidmət göstərir və sadəcə buna görə öz haqqını alır. Amma bu yalandır! Bizim depozitə qoyduğumuz pullarla bankın nə iş gördüyünü biz bilmirik. Bank fəaliyyətindən gələn gəlir istənilən digər sahələrin, hətta səhiyyənin xidmətlərinin dəyərini qat-qat üstələyir. İstənilən halda havadan – puldan pul qayırılmasına son vermək lazımdır. Ölkədə cəmi bir bank – dövlət bankı olmalıdır. Yalnız dövlət qərar verməlidir ki, nə qədər pul buraxmaq, onları hansı layihələrə yönəltmək, ssudaları hansı faizə vermək lazımdır. Dövlət bankının fəaliyyəti ciddi şəkildə reqlamentləşdirilməlidir, mütləq şəffaf olmalıdır və sırf iqtisadiyyatın inkişafına yönəlməlidir.
Комментариев нет:
Отправить комментарий