Korrektorluq hər kəsin bacarmadığı xüsusi sənətdir. Korrektor redaktor deyil. O yazar da deyil. O sadəcə korrektordur. O mətnin məzmununa, üslubuna, əbəbi keyfiyyətinə yox, məhz leksik orfoqrafik səhvlərinə diqqət yetirir və onları aradan qaldırır. Əlbəttə oxu prosesində o redaktə məsələlərinə də diqqət yetirə bilər, ancaq məhz korrekturaya fokuslanmalıdır, çünki buna görə məsuliyyət daşıyır. O redaktə səhvlərini sadəcə qeyd və redaktoru xəbərdar edə bilər. Korrektorluq texniki funksiyadır, redaktorluq isə yaradıcı. Redaktor özünü korrekturaya qapdıranda "kiçilir", yaradıcıdan icraçıya çevrilir. Əlbəttə hər bir savadlı redaktor orfoqrafik qaydaları da bilməli və qüsurları aradan qaldırmalıdır. Ancaq buna görə əsas məsuliyyət korrektorun üzərindədir.
Əvvəlllər, yəni "Kommunist", "Azərbaycan gəncləri" qəzetləri çıxan vaxtlarda çox güclü korrektorlar vardı. Özü də onlar yaşlı və təcrübəli adamlar idi. Bir dəfə onlardan birinə tərcümə kitabımı oxutmaq istədim. Bazara görə çox yüksək qiymət (100 Şirvan) dedi. Bir az aşağı düşməsini istədim. Dedi, qardaş, ucuz ətin şorbası olmaz. Mən sizə səhvsiz mətn təhvil verəcəyəm.
Söhbətimiz alınmadı. Mən kitabı "20 Şirvana" müasir korrektor xanımlardan birinə verdim, ancaq sonradan kitabı oxuyanda xeyli səhv qaldığını gördüm.
Təəssüf ki, indi korrektor məktəbi yoxdur. Odur ki qüsursuz mətnlər də yoxdur. Nə qədər diqqətlə oxusaq da, gözümüz "bağlanır". Onların gördüyünü görə bilmirik və bu çox təbiidir. Hər kəs hər şeyi görə bilməz və hərənin öz sənəti, ixtisası, püxtələşdiyi sahə var. Universallıq, əlbəttə, yaxşı şeydir, ancaq onun keyfiyyətə mənfi təsir etdiyi məqamlar da az deyil. Əli aşı, Vəli aşı məsələsi. Dar ixtisas hökmən vacib və zəruridir...
Комментариев нет:
Отправить комментарий