27.09.2021

Türk lider Türkiyədən qovuldu

Türkiyə Çindən qorxduğu üçün bu ölkədə türklərin soyqırımına qarşı çıxan uyğur lideri ölkəsindən qovub.
Dünya Uyğur Konqresinin sədri Dolkun İsa dünən gecə Ankaraya daxil olduqdan sonra Türkiyədən deport edilib.
Onun vəkili bildirib ki, Dolkun İsanın girişinə yasaq qoyulması ləğv edilmişdi, ancaq Ankara aeroportunda Türkiyə dövlətinin onun əleyhinə yeni qərar çıxardığı ilə üzləşdik.
D. İsa bununla bağlı öz Tvitter səhifəsində video paylaşaraq deyib: “Türkiyə dövləti 2006-cı ildən mənim girişimi yasaqlamışdı. Ancaq 6 iyul 2021-ci ildə bu ölkənin Ali Məhkəməsi həmin yasağı ləğv etdi. Lakin dünən gecə Ankara aeroportuna daxil olan kimi məni deport etdilər”.
Uyğur lider Türkiyə rəsmilərinə səslənərək deyib: “Mən heç vaxt Türkiyənin qanunlarını pozmamışam və pozmayacağam. Ancaq məni Çinin basqısına görə deport etdilər. Ancaq Çin Şərqi Türküstanda soyqırım həyata keçirir. Bilirdim ki, Türkiyədə də nüfuzları vardır, ancaq bu həddə nüfuzlarının olmasını düşünmürdüm. Sanki Türkiyənin Ali Məhkəməsinin hökmünün heç bir dəyəri yoxdur. Deməyə söz qalmayıb. Ancaq mən bu barədə hökm etməyi türk millətinin öhdəsinə buraxıram”.

Комментариев нет:

Отправить комментарий