04.11.2021

Aşkar təxribat


İlk öncə qeyd edim ki, Quran heç bir milləti lənətləmir, heç bir milləti aşağılamır. Quranın məntiqi millət-tayfa anlayışlarından çox uzaqdır. Quran “Yəhudilər (الْيَهُودُ) və Nəsranilər (النَّصَارَىٰ)” dedikdə Həzrət Musaya (ə) və İsaya (ə) nazil olan dini təhrif edən xaxamları və rahibləri, bir sözlə din böyüklərini hədəf secir. Bu hədəfin özü də elmi müstəvidə meydan oxumaqdır. Bundan başqa İslamla aşkar vuruşanları da bura əlavə etmək olar. Bu barədə onlarla ayə mövcuddur. 
Niyə “İudaizm” deyil, “Yəhudilər” deyilməsinə gəldikdə isə nəzərə alınmalıdır ki, Quran 1500 il bundan əvvəl yazılıb. Quranın özünəməxsus ritorikası var. Elə hazırda da yəhudi dininin üç adı mövcuddur: “Musəvilik”, “iudaizm”  və “Yəhudilik”. Yəhudilər özləri də öz dinlərinə “yəhudilik” deyir. Bax: “יַהֲדוּת‎ - Yahadut”. “İudaizm” kəlməsi isə yunan dilindədir. Bu söhbət geniş olduğu üçün bu qədərilə kifayətlənirəm.
Amma Miri bütün bunları bldiyi halda aşkar təxribata əl atır. Bir milləti digər millətin və dinin üzərinə qaldırır. Bu hərəkəti ilə əslində İslamı gözdən salmağa çalışır. Quranın orjinal dilini belə təhrif edərək sözləri ürəyi istədiyi məcraya yönəldir. Amma nədənsə ona “gözün üstündə qaşın var” deyən yoxdur. Ən pis halda aiddiyati rəsmilər ondan küsür...

RED: Nümunə olaraq sizə Quran-Kərimdən iki ayə təqdim edirəm:
Yəhudilər: “Xaçpərəstlər heç bir şeyə əsaslanmırlar!”– deyir, xaçpərəstlər isə: “Yəhudilər heç bir şeyə əsaslanmırlar!”– deyirlər. Halbuki onlar Kitab oxuyandırlar. Cahillər də onların danışdığı kimi danışırlar. Allah ixtilafa düşdükləri şey barəsində Qiyamət günü onların arasında hökm verəcəkdir. (2/113)

İsrail oğullarından kafir olanlara həm Davudun, həm də Məryəm oğlu İsanın dili ilə lənət oxundu. Bu onların üsyan etmələrinə və həddi aşmalarına görə idi. (5/78)


Səyavuş Yəhyayev

Комментариев нет:

Отправить комментарий