15.11.2021

Valeri Korovin:
— Ruslar Qafqazda, ümumiyyətlə postsovet məkanında dövlətçiliyi saxlayanlardır, dövlət ruhunun daşıyıcılarıdır. Məhz ruslar dövlətçiliyi Rusiyadan ixrac edərək Qafqaza uzatmışlar. Ruslar ilk əvvəl dövlətçiliyi özünün klassik, etalon mənasında Qafqaza gətirdilər, sonra onu burda formalaşdırdılar və qoruyub saxladılar. Rusların Qafqazdan getməsi ilə dövlətçilik də Qafqazdan get-gedə buxarlanır. İlk baxışda dövlətçiliyin zahiri əlamətləri və atributikaları qalır, düzdür, amma dövlətçilik ruhu özü yoxa çıxır. Əsl dövlətçilik get-gedə sönükləşir, surroqatı qalır. Sovet periodu dövründə, hətta ona kimi Qafqazda rusların məhsulu olan mədəni-sivil tip formalaşmışdı. İntelligensiya adlanan xüsusi təbəqə yaranmışdı. Bu təbəqə dövlətçilik yönlərini, mədəni kodları, elmi nailiyyətləri ruslardan qəbul etdi, mənimsədi və daşıyıcılarına çevrildi. Bütün bunları Qafqazda yaradanlar, Qafqaza gətirənlər, Qafqazda oturuşduranlar isə ruslar oldu. Elm, mədəniyyət, təhsil, tibb, industrializasiya, xüsusi iqtisadi standartlar, şəhərlərin urbanizasiyası – bütün bunları ruslar Qafqaza gətirdilər. Qafqaz xalqları bu modelə qoşuldular və ruslarla birlikdə dövlətçiliyin formalaşmasında iştirak etdilər. Beləcə intellektual və mədəni təbəqələr formalaşdı. Qafqaz intelligensiyasına Sovet vaxtı xüsusi diqqət ayrıldı. Nəticədə yerli milli elitalar ortalığa çıxdı. Mədəniyyətdə və elmdə kadrlar yetişdi, bütöv elmi məktəblər formalaşdı. Öz yerli xüsusiyyətləri olan milli təbəqələr yarandı. Bu adamlar Rus dövlətinin mədəni-sivil formatını qəbul edərkən özlərini ona bağladılar, onunla qaynayıb qarışdılar. Və ruslar Qafqazdan çıxıb gedərkən bu format yoxa çıxmağa başladı. Rus idarəçiliyinin, rus mədəniyyətinin ruhu ortalıqdan itdi. Bütün sahələrdə enişlər müşahidə olundu. Həm mədəni, həm təhsil, həm elmi, həm intellektual səviyyə aşağı endi. O cümlədən rus ruhunun daşıyıcısı olan intelligensiya da kənara sıxışdırıldı. Bu yerlərdə artıq əvvəlki komfort yoxdur, insanlar narahat və namünasib şəraitə düşüblər. Bütün sahələrdə çöküşlər müşahidə olunur. Artıq nə həmin format, nə həmin səviyyə, nə də həmin yanaşmalar var. Mədəni, intellektual, elmi deqredasiya baş vemişdir. Hətta rusların ardınca Qafqazdan rus mədəniyyətinin daşıyıcıları olan yerlilər də çıxıb getməyə başlamışlar. Rus dövlətini, rus mədəniyyətini, rus intellektual fikrini özününkü hesab eləyənlərə burda yer qalmayıb.

Комментариев нет:

Отправить комментарий