05.11.2021


Şair Arzu Asad:

“Özünüz də yaxşı bilirsiniz ki, düşüncə azadlığından əvvəl düşüncənin özünün müəyyən yetkinliyi olmalıdır. Bəs bu virtual məkanda hörrə kimi axan guya elmi, rasionallığı təmsil edən Allah düşmənçiliyi gəvəzəliklər sizi iyrəndirmirmi? Ateistlərin mənim minillik tarixi şüurumu danan vahhabilərdən nə fərqi var ki? Bu gün din dediyimiz təkcə namaz qılmaq deyil ki, bizim tarixi şüurumuzun bir hissəsidir, tarixi dövlətçilliyimizin bir rəngidir və s. Ona qarşı durmaq azad düşüncədən kənar məsələdir. Mən belə bir şəraitdə ateizmin təbliğini bu işləri yürüdən düşmənlərin dəyirmanlna su tökmək kimi qiymətləndirirəm. Postmodernist era keçdi.
Biz indi dəyərlərimizi dəyərsizləşdirməklə yox,
onları arındırıb qorumaqla məşğul olmalıyıq!

Комментариев нет:

Отправить комментарий