16.11.2021

Rusiya və Suriya arasında əməkdaşlıq müqavilələri imzalanacaq


Rusiya və Suriya elm və sənaye, tibb və təhsil  sahələrində əməkdaşlığa dair bir saziş və 11 razılaşma imzalayacaqlar. Bu barədə Qaçqınların qaytarılması üzrə Rusiya-Suriya İdarələrarası Əlaqələndirmə Qərargahının rəhbəri Mixail Mizintsev məlumat verib.
"Bu gün federal icra hakimiyyəti orqanlarının xətti ilə hazırlanmış və Suriya Ərəb Respublikası ilə əməkdaşlığın müxtəlif sferalarını, təhsil, tibb, mədəniyyət, elm və sənaye sahələrini əhatə edən bir saziş və 11 razılaşma imzalanmaq ərəfəsindədir. Suriya xalqının rifahı naminə imzalanacaq anlaşmalar qarşılıqlı faydalı əlaqələrin inkişafı və tərəfdaşlığın gücləndirilməsi üçün yeni imkanlar açacaq”, - o qaçqınların Suriyaya qayıtması ilə bağlı keçirilən beynəlxalq konfransda deyib.
Mizintsev xatırladıb ki, ümumilikdə Rusiya və Suriyanın dövlətlərarası komissiyası işə başlayandan bəri Rusiya və Suriya dövlət strukturları arasında strateji xarakter daşıyan və uzunmüddətli dövr üçün nəzərdə tutulan yeddi saziş bağlanıb.
Onun sözlərinə görə, 2018-ci ildən bəri Suriya Ərəb Respublikasının müxtəlif bölgələrində 5 mindən çox yaşayış binası, 260 tibb müəssisəsi, 995 təhsil müəssisəsi, 275 su təchizatı obyekti, 328 çörək zavodu, 854 elektrik yarımstansiyası və 14,45 min sənaye müəssisəsi təmir və bərpa edilərək istifadəyə verilmişdir.

Комментариев нет:

Отправить комментарий