04.11.2021

Rusiyalı politoloq Dmitri Rodionov Azərbaycan hökumətinin rüsumları artırmasına etiraz edib

Rusiyalı politoloq Dmitri Rodionov "Kavkazskiy rubej" saytına Azərbaycan hökumətinin dövlət rüsumlarının artırmasını şərh edib:

“Dövlət rüsumları əhalinin yaxşı vəziyyətdə olduğuna görə deyil, ona pul lazım olduğuna, bu pulu tapmağın başqa bir yolunu tapmadığına görə artırır. Belə vəziyyətlərdə isə pulu həmişə əhalinin və biznesin cibində tapmaq olar”.
***
“Xüsusilə də dərman preparatlarının qoyulan rüsumların artırılmasını başa düşmək olmur. Çünki dərman demək olar ki, ölkədə istehsal olunmur. Bu rüsumun artırılması məhsulun bahalaşması deməkdir və bu da əhalinin ən zəif müdafiə edilən hissəsinə zərbə olacaq. Biznesin başqa sahələrinə tətbiq edilən rüsumlar da həmin sahələrdə bahalaşmaya gətirib çıxaracaq. Bu isə paralel olaraq əhalinin həyat səviyyəsinin aşağı düşməsini şərtləndirəcək. Bahalaşma nəticəsində sənədlərin rəsmiləşdirilməsinə çəkilən xərc çoxalırsa, deməli qidalanma xərci azalır”.
***
“Axı neftlə “çimən” bir ölkənin neftin belə bahalaşdığı bir dövrdə pulu öz vətəndaşlarının cibindən çıxarması hansı məntiqə sığır? Bəlkə böyük pullar lazımi yerlərə gedib çatmır, ona görə də sadə vətəndaşların cibindəki qəpikləri də silkələyib çıxarmaq lazım gəlir?”
***
“2018-ci ildə Azərbaycan Dövlət Neft Şirkəti olan SOCAR Türkiyə iqtisadiyyatına 12,3 milyard dollar yatırım edib. Siz bir rəqəmə fikir verin! Görün bu qədər pulla nə qədər insanı rüsumlardan azad etmək olardı? Bu ilin may ayında isə Azərbaycanın 3 filiz yatağı Türkiyə şirkətlırinin istismarına verildi. Bəs bu nə deməkdir?”
***
“Qarabağ sürətli şəkildə bərpa edilir. Yollar, hava limanları, şəhərlər tikilir. Hansı pullarla? Bakı xərclənən bütün bu pulların yerini nə ilə dolduracaq? Bu yaxınlarda məlum oldu ki, Qafqazda ən böyük qızıl yatağı olan Kəlbəcər qızıl yatağını da britaniyalılara verilməsi planlaşdırılır. Ölkədən başqa dövlətlərə axacaq pulun həcmini yalnız ehtimal etmək olar. Azərbaycanın ehtiyaclarını isə onun sakinləri öz cüzi maaş və pensiyalarından ödəyəcəklər”.

https://t.me/turan_ekspressi

Комментариев нет:

Отправить комментарий