06.11.2021

Politoloq Nəzakət Məmmədova:
BP Azərbaycan xalqının sərvətlərini oğurlayıb aparır

“Bizim kimi ölkələrdə onların bir məqsədi var: Azərbaycanın, Ukraynanın və başqa bu kimi ölkələrin xammalını daşıyıb aparsınlar, resurslarından istifadə etsinlər. BP bu gün Azərbaycanın sərvətlərini daşıyıb aparır. Neftdən Azərbaycan xalqına bir qəpik də xeyir yoxdu. Eynilə də Ukrayna, Belorus kimi postsovet respublikalarda da istəyirlər xalqı kölə halına salsınlar. Halbuki bu xalqlar Sovet vaxtında normal insan kimi yaşayırdılar. Bu gün isə həmin xalqlara onlar ikinci dərəcəli xalq kimi baxırlar. Bir xarici gəlib burda müəssisə qurur, gətirib azərbaycanlıları orda qul kimi ucuz qiymətə qabağında işlədir. Həmin xarici xalqa özü kimi baxmır, aşağı baxır, fəhlə qüvvəsi kimi baxır. Məqsədləri budur ki, xalqımızdan işçi qüvvəsi kimi istifadə etsinlər və ölkəmizin xammalını daşıyıb aparsınlar.
Xalq qul halına salınıb.
Hansı demokratiyadan söhbət gedir?
Hansı müstəqillikdən söhbət gedir?
Ukrayna xalqına baxın da, buna bir misaldı.
Baxın görün Ukrayna xalqı bizdən də beşbetər nə gündədi!”

Комментариев нет:

Отправить комментарий