05.11.2021

Şair Arzu Əsəd:

“Dinlə vuruşmaq havanı qılıncla doğramaq, xəlbirlə su daşımaq kimi bir şeydir. Sizin dinlə nə işiniz? Adını nə qoyursunuz qoyun; Əbu Ləhəb kimi lənət deyin, Marks kimi tiryəkə bənzədin, Axundov kimi puç və əfsanə hesab edin, Nitsşe kimi Allahı “öldürün”, Freyd kimi illüziya adlandırın, yəhudi bolşeviklər kimi asın, kəsin, doğrayın, məscidləri anbara döndərin, müasir feysbuk istifadəçiləri kimi aftafa-ləyən və s. obrazlarla lağlağı edin, məsxərəyə qoyun - yenə də bu din kəsilmir, azalmır, bitmir, itmir, getmir!.. Bu sizi heç düşündürdümü? Siz elə ha deyin ki, burda bir irrasionallıq yoxdur. Elə dönə-dönə təkrar edin ki, dünya rasionaldır. Onda niyə tarix boyu intellekt dinə uduzub? Kütlə şüuru filan da boş şeydir. Elə olsaydı, insanlığın ən ağıllı və istedadlı olanlarından Nizami Gəncəvi özünü Məhəmmədin atının ayaqları altındakı toza-torpağa bənzətməzdi, təsəvvüf minillik Azərbaycan ədəbiyyatının iliklərinə işləməzdi... Xülasə, cənablar, Allahla vuruşmayın!”

Комментариев нет:

Отправить комментарий