08.11.2021

Sovet vaxtı kasıbından varlısına qara ikra, osetrin balığı yeməyən çox az adam tapmaq olardı


Səbinə Mirzəyeva
 
Aslan İsmayılov "SSRİ bərpa olunur" başlıqlı yazı yazıb.
Aslan müəllimin yazdığı yazıların öz "müştərisi"  var, onu dəstəkləyən həmfikir olduğu xeyli izləyicisi var. Amma mən statusun altında yazılan kommentlərdən şoka düşdüm düzu.
Müxtəlif nəslin nümayəndələri sanki SSRİ-nin bərpasın həsrətlə gözləyirmiş.
Düzdü mənim özüm qəti olaraq müstəqill dövlətimizi istənilən başqa formada görmək  istəmirəm. İstər yarımağıllı siyasətçilərin "Türkiyəyə birləşək" fikrini, istərsə də SSRİ və ya başqa bir şəkildə avantüra ideyaları qəbul etmirəm.
Çox narahat olduğum başqa bir məsələdi.
Kommentlərdə SSRİ nostalgiyası ilə yaşayanları əks düşünənlər ruspərəst, satqın və s. adlandırırdı.
Hara kimi bölünəcəyik biz?
Bir qismimizi irançı,  turançı, ruspərəst, Qərbpərəst deyərək bölməklə nə qazanacağıq?
Üstəlik milli etnik, dini zəmində əkstərəfi təhqir etməklə nə qazanacağıq axı?
Məgər biz deyildik 44 gün müharibədə hamımız yumruq kimi bir olub düşməni əzən?!
SSRİ nostalgiya ilə yaşayanları başa düşürəm. Heç kim SSSRİ zamanında olduğundan daha üstün yaşadığı halda o dövrü arzu etməz, vallah ki etməz. 90-larda müstəqillik əldə edəndə deyirdik ki, rusu qovub sərvətimizə sahib çıxırıq. Kasıbından varlısına qara ikra, osetrin balığı yeməyən çox az adam tapmaq olardı.
Tapıb yeyə bilirsiz indi?!
Qara qızılımızı İvan daşıyır dedik. İndi də Con daşıyır. Səhiyyə, təhsil sistemi Sovet dövrünə uduzur. Sovet iş verirdi, ev növbəsində ev verirdi, kurort verirdi və s.
Tutaq kı Sovet vaxtı Bakıda mer bir urus olub. Əlimizi vicdanımıza qoyaq. Urusla milli merimiz Hacıbalanı müqayisə edə bilərik?! Bakını hansı abad, hansı bərbad edib? Hava limanında şef Cahangir müəllim urusdan daha yaxşı, daha vicdanlı işləyib?!
Siz Allah, Sovet vaxtı hansı məmur bu həddə özbaşınalıq edə bilərdi?
Sovet vaxtı boşanma bu həddə idi məgər?
Dinsiz, ateist Sovet hökumətində bu qədər əxlaqsızlıq vardı?
Məgər 30 il yetmədi ki, Sovetdən daha üstün cəmiyyət, dövlət quraq? 
Necə olur ki, 41-45 dən çıxan 80%-i dağılmış Sovet dövləti cəmi 20 ilə tam bərpa olub özünün tam pik dövrünü yaşadı 60-larda?
İttiham etmək asandı. İnsanları bu cür düşünməyə vadar edən səbəblər olmasa əmin olun ki, 1 nəfər də Sovet dövrünü arzulamaz.

Комментариев нет:

Отправить комментарий