Politoloq Nəzakət Məmmədova Reallıq TV kanalına müsahibəsində Suriya prezidenti Bəşər Əsəd barədə maraqlı açıqlamalar vermişdir. Həmin fikirləri sizə təqdim edirik.
“Bəşər Əsəd Suriya Ərəb Respublikasının prezidenti olub. Faktiki Suriyada münaqişə başlayana qədər, yəni 2014-cü il Ərəb Baharı hadisələrinə qədər Bəşər Əsəd Suriyanın leqal prezidenti kimi dünya tərəfindən tanınırdı və qəbul olunurdu. Hətta Azərbaycanla da yaxşı münasibətləri vardı. Amma 2014-cü ildə birdən birə hansısa qüvvələr dedilər ki, biz Suriyada və digər ərəb ölkələrində demokratiya qururuq, bu adla Ərəb Baharına başladılar. Suriyada aranı qarışdırdılar ki, ərazisini parçalayıb orda müxtəlif aşirətlərə, tayfalara dövlət yaratsınlar. Bax o zaman birdən birə Bəşər Əsədə münasibət dəyişdi. Birdən birə kardeşim Bəşər Əsəd döndü oldu diktator, zalim Bəşər Əsəd! Və xarici qüvvələr gəldi, ora terrorçuları tökdülər, ölkəni parçalamaq üçün vətəndaş müharibəsinə başladılar. Bu zaman ölkənin prezidenti neyləməliydi ki? Təbii ki ölkəsinin ərazi bütövlüyünü qorumalıydı, parçalanmanın qarşısını almaq üçün ölkəsini müdafiə eləməliydi. İndi baxın, Bəşər Əsəd Suriya xalqına çox zərər vurdu, yoxsa ordakı teror qruplaşmaları? İŞİD insanların başını kəsib öldürməklə məşğul idi. Suriya vaxtilə azad və çiçəklənən ölkə idi. Ölkədə kifayət qədər iqtisadi azadlıqlar var idi. Suriya münaqişəyə qədər bölgənin ən inkişaf etmiş ölkələrindən biri sayılırdı. Suriya həm də qədim bir mədəniyyət mərkəzidir. Ölkə prezidenti neyləməliydi? Ya qoyub qaçmalıydı, ya da vuruşmalıydı”.
Комментариев нет:
Отправить комментарий