Mərdan Dadaşlı "Çərçivəsiz" ədəbi qrupu
Danışmaq istəməsən
Heç çıxartma səsini
Aç telefonu, yalnız
Dinləyim nəfəsini
Təsəllim olsa gələr
Barmaq boyda kağızın
Xəbərdarsan halımdan
Niyə gəlmir yazığın
Ürəyim rahatlanar
Siz tərəfdən meh əssə
Bir səni duya bilsəm
Bir ətrin mənə gəlsə
Qayıtsan ayaqyalın
Qaçaram yollarına
Qəlbimi açar kimi
Açaram yollarına
Hər dərdini çəkərəm
Təki könlüm şad olsun
Dağ vuram yollarına
Can evin abad olsun
Danışmaq istəməsən
Heç çıxarma səsini
Aç telefonu yalnız
Dinləyim nəfəsini
Комментариев нет:
Отправить комментарий