01.03.2011

Rasim Qaraca yeni kitabını təqdim etdi

“Azad Fikir İnstitutu”nda şair Rasim Qaracanın “Siz ey, ordakılar” kitabının təqdimat mərasimi olub. Tədbiri giriş sözü ilə açan müəllif qonaqları salamladı və təqdimat ənənəsindən danışdı. Daha sonra o, yeni şeirlərindən bir neçəsini səsləndirdi. Rasim Qaraca gələnlərə poeziyadan, ədəbiyyatdan danışmağı təklif etdi. İlk olaraq söz yazıçı Həmid Herişçiyə verildi.

 Həmid bəy müəlliflə tanışlığından söhbət açdı, ədəbiyyatımızda yeni fikrin yaranması prosesinin tarixindən bəhs etdi.

 Tərcüməçi Azad Yaşar konseptualizm və onun dünya ədəbiyyatındakı yerindən danışdı. O, ölkəmizdə ədəbi nəzəriyyənin zəif olduğunu söylədi.

Jurnalist Çingiz Sultansoy müasir Azərbaycan ədəbiyyatını , onun indiki durumunu dəyərləndirdi və “underground” ədəbiyyatın vacibliyini qeyd etdi.

 “Azad Yazarlar Ocağı”nın başqanı Aqşin Yenisey Rasim Qaracanı kitab münasibətilə təbrik etdi və ona yeni –yeni uğurlar arzuladı. O, ədəbiyyatşunaslığımızın nəzəri tərəfinin kifayət qədər araşdırılmadığını , onun dünya ədəbi prorsesi ilə ayaqlaşa bilmədiyini söylədi.

 Sonda müəllif oxucular üçün yeni kitabını imzaladı.

Комментариев нет:

Отправить комментарий