29.03.2011

Unudulmuş qəbiristanlıq


Elşən İmaməliyev     eimamaliyev@yahoo.com

Hamıya məlumdu ki, "Xəzər Lənkəran"ın uğurlarında azərkeşlərinin böyük payı var. Elə klubun dünyaya tanıdılmasında da fanatların rolu çox böyükdü. Çoxları lənkəranlı azarkeşləri Azərbaycanın ən çılğın fanat ordusu olaraq tanıyır. Onların sıralarında yüksək intellektə sahib olan insanlar da az deyil. "Xəzər Lənkəran"ın nəyinki ev oyunlarına, hətta səfər matçlarınada çox sayda azarkeş yollanır. Bununla yanaşı, ölkə xaricində yaşayan, amma qəlbi "Xəzər Lənkəran"la döyünənlərin də sayı az deyil. Təbii ki, televiziya kanallarımızın yarıtmaz siyasəti nəticəsində ölkə xaricində yaşayan azarkeşlər sevimli komandalarının bütün oyunlarını izləyə bilmirlər və bacardıqları qədər oyunların nəticələrini internet saytlarından öyrənməyə çalışırlar. Amma bu saytlarda oyunlar haqqında bütün məlumatları tam dəqiqliyi ilə əldə etmək heə də asan olmur. Bu günkü mövzumuz elə bu haqda olacaq.
"Xəzər Lənkəran" futbol klubunun rəsmi veb səhifəsi ölkəmizin futbol tarixində istifadəyə verilmiş ilk saytlardan biridi. Bu sayt yarandığı gündən azərkeşlər tərəfindən çox sevilir və istifadə edilirdi. Amma son zamanlar sayt unudulmuş qəbirstanlığı xatırladır. Əvvəlcə elə bildim bu yalnız mənim fikirimdi, yəqin mən sayta azarkeş yox, dizayner gözü ilə baxıram. Amma apardığım sorğu nəticəsində fikrimin əksər azarkeşlərlə üst-üstə düşməsinin şahidi oldum. Buna görə də azarkeşlərin "Xəzər Lənkəran"ın rəsmi saytı haqqında dediklərinin bir neçəsini diqqətinizə çatdırıram:
- Heç bir operativlik yoxdu. Yerləşdirilən məlumatların əksəriyyəti statistika xarakterlidi. Saytın ingilis və rus versiyası demək olar ki, hazır deyil.
- Keçirilən sorğular yenilənmir. Ən yaralı yerimiz olan forum işləmir. Yəqin ki, forumun işləməsi kimlərəsə sərf etmir.
- Evdə internetim zəifdi. Saytda isə flaşdan çox istifadə edildiyinə görə aça bilmirəm. 
- Sayğaclar geydirmədi. Səhifəni hər yeniliyəndə bir nəfər artır. Bu düzgün deyil. Uşaq başı aldadırlar?
- Video bölməsində yalnız "Xəzər Lənkəran"ın qalib gəldiyi oyunlardan fraqmentlər var. Bəs məğlub olduğu  oyunlara necə baxaq? "Xəzər Lənkəran"ın qapısına vurulan qolları niyə sayta yerləşdirmirlər? Bu haqsızlıqdı. Ağacı acıdı, dambulu şirin?
- Oyunlar zamanı canlı yayım yoxdu. 
- Saytdan "Xəzər Lənkəran"ın şərəfinə açılmış digər saytlara keçid verilməlidi.
- Oyunçulardan müsahibə alınmır.
Düşünürəm ki, Azərbaycanın ən imkanlı klubunun ən bahalı saytında belə kiçik texniki səhvlərin mövcud olması yaxşı hal deyil. Tutaq ki, bu iradlar təkcə "Xəzər Lənkəran"ın saytına deyil, digər klubların saytlarına da aiddi. Amma... Sadəcə "qızım sənə deyirəm, gəlnim sən də eşit" misalı...

                                                                                                   fanat.az

Комментариев нет:

Отправить комментарий