Dünyada baş verən inqilabi proseslər sürətlə genişləndikcə, özünü ayrı-ayrı məmləkətlərin günəşi hesab edən firon və tiranlar sönür, bir yandan da Allahın istilik stansiyası hesab edilən Günəş gecə-gündüz ətrafında fırlanan Yer kürəsindəki nodərəmət olaylara dözməyərək partlayıb dağılır. Üstəlik, həm dünyəvi, həm ilahi elmlər qarşıdan gələn 2012-ci ili dünyanın sonu kimi dəyərləndirirlər. Bu üzdən hal-hazırkı zaman və məkan kəsiyində bəşəriyyətin bir hissəsi diskomfort, digər hissəsi isterik durumdadır və durumuna uyğun performanslar sərgiləyir. Bəs görəsən, məmləkətimizdə vəziyyət necədir? Birbaşa qeyd edim ki, dünyada və təbiətdə baş verən proseslərin məmləkətimizə və məmləkət sakinlərimizə zərrə qədər də aidiyyatı-fılanı yoxdur. Yəni köhnə pasportstol, köhnə sobez, köhnə vayenkom, köhnə müxalifət… və köhnə taslar. Bir az dərindən düşünsək anlayarıq ki, hətta itirəcəklərimiz də var. Məsələn, sosial problemlərə yönəli etirazlar zamanı daha fəal və radikal mövqe sərgiləyən qadınlarımız reputasiyalarını sürətlə itirməkdə, daha çox ailədə polemika üçün bəhanə yarada biləcək hərəkət və hərəkətsizliklər nümayiş etdirməkdədirlər. Lap bu yaxınların söhbətidir. Qonşuluqda yaşayan 20 ilin ər-arvadı arasında elə bir “Əli qırğını” düşmüşdü. Beləsin təsəvvür etmək, sadəcə mümkünsüzdür. Söz yox ki, onların arasında ara-sıra baş verən “serial çəkişmələri”ndən xəbərdardım. Hətta arvadın “Qurdlar vadisi”nə, kişinin “Fatmagülün suçu nə?” serialına baxdığını da bilirdim. Nə qədər qəribə görünsə də, qlobalizm adlı bəlanın fəsadları zövq və xarakterlərimizə dağıdıcı təsirini davam etdirir və bu üzdən millətlər və xalqlar “Vahid Dünya Hökumətinin” əsarətinə doğru daha sürətlə sürüklənir. Artıq sonun başlanğıcıdır. Ümid qalıb Allaha, bir də abır və həyanın son qalası – İran İslam Respublikasına. Hələ ki, bu ölkədə baldır və açıq sinə tərəfdarları ilə mühafizəkarların amansız mübarizəsi davam edir. Əslində, Misir və Tunis fironlarını çökdürən də bu amil idi. Liviyada baş verən proseslərsə tamam fərqlidir və dünyanı idarə edən güclərin inqilabçı Qəddafiyə qarşı antisimpatiyasının nəticəsidir. Təkcə Qəddafinin yox, bütün inqilabçıların sonu yetişmişdir. Azərbaycanda inqilabi şəraitin yetişdiyini iddia edən antimilli müxalifətimizsə inqilab ritorikasından qurtulsa məsləhətdir. Çünki millətimiz də, hakimiyyətimiz də köhnə ampluasındadı: yuxarılar dədə-baba qaydası ilə idarə edir, aşağılar nənə-bala qaydasına uyğun rəftar sərgiləyir. Ən əsası isə millətimizin baldır və açıq sinə problemi yoxdur. Kimsə razılaşmaya bilər. Lap gözəl. Onda gəlin fərz edək ki, müxalifət qalib gəlmişdir. Mənim üçün çox maraqlıdır, əgər belə olarsa görəsən, dövləti kimlər idarə edəcək? Baldırı və sinəsi açıq qadınlar, yoxsa şortikli, lopabığ kişilər? Bəlkə “Yeni ulduz”, yaxud “De gəlsin” qəhrəmanlarından hansısa? Bəlkə girdirmə yeməkləri ilə televiziya ekranlarını doldurmuş aşpazlar və ya “Toy olsun”dan arvad almağa gəlmiş Səməndər abi?.. Bütün mənalarda anormal və zor durumdayıq. Adamın hansısa girdirmə demokratiya oyununa, yaxud kiminsə hakimiyyət hərisliyinə xatir qətiyyən döyüşmək həvəsi gəlmir. Məncə Xalq daha ağıllı və uzaqgörəndir. Demək, inqilabı sifariş etmək də onluqdur. İndilik isə inqilab istəyən, qisas hissi ilə alışıb-yanan müxalifətimizdir.
Bir də nə istədiyini anlamayan gəncliyin daha səmimi kəsimidir ki, onlar macəraçıdırlar. Mən və həmyaşıdlarım da 20 il öncə beləydik. Bizi tankın-topun qabağına, idarə-müəssisə qapılarını mismarlatmağa göndərib, ardınca bazarlığı özləri yapardılar. Hələ demək istəmirəm ki, başı-gözü əzilən, dırnağı çıxarılan… da bizlər idik. Əlqərəz, bu gün dünyada baş verən proseslərin mahiyyətini anlamadan yabançı və düşmən qüvvələrin əlində dəyənəyə çevrilmək olmaz. Birmənalıdır ki, imperializm dünyanı yenidən bölüşdürür.Artıq nəticələr də var. Necə ki, Liviya dövlətini Fransa prezidenti Nikola Sarkoziyə hədiyyə etdilər.
…Çalışıb Yaradanın bizlərə bəxş etdiyi ömür payını yaşayaq. Onsuz da azəri-türk insanı ömrü boyu iki seçim arasında avara-girincdi: ya azadlıq, ya çörək. Quru çörəyə də şükür, qardaşlar!

Yazının “DABAN”I:
…Əbdürrəhman Vəzirovun zamanında çörək vardı, azadlıq yox. Ayaz Mütəllibovun dövründə nə azadlıq vardı, nə çörək. Əbülfəz Elçibəyin vaxtında azadlıq qıcqırdı, çörək atın belinə qalxdı. İndi isə həm azadlıq var, həm də çörək. Amma çörək istəyənə azadlıq, azadlıq istəyənə çörək verirlər.
Deyirəm ay brat, ünvansız “ünvanlı sosial yardım”ın əvəzinə araq versəydilər, lap aləm olardı. Çünki eşşək kimi ağnamayan insan azadlığın mənasını anlaya bilməz. Azadlıq arzuların çin, arağın bol, təndirin isti və tüstülü olsun, Millət!!!

Комментариев нет:
Отправить комментарий