01.03.2011

İSRAİL: "ÇEVRİLİŞLƏRİN ARXASINDA İRAN DAYANIR"

İsraildə dərc olunan "Yediot Aharanot" qəzetinin iddiasına görə, İran dövləti Livanda Hizbullah təşkilatını, Misirdə isə "Müsəlman Qardaşlar" Birliyini hər növ dəstək göstərir 

FaktXeber.com-un "Yediot Aharanot" qəzetinə istinadən verdiyi məlumata görə, Orta Şərqdə İsrail maraqlarına xidmət edən ölkələrdə bir-birinin ardınca dövlət çevrilişlərinin baş verməsi rəsmi Təl-Əvivi qorxuya salıb. İsrail rəsmilərinin fikrincə, baş verən qiyamlarda əsas səbəbkar İran dövlətidir. Məhz rəsmi Tehranın fəaliyyəti nəticəsində regionda ardıcıl olaraq inqilablar baş verir.

Qeyd edək ki, İsraildə dərc olunan "Yediot Aharanot" qəzetinin iddiasına görə, İran dövləti Livanda Hizbullah təşkilatını, Misirdə isə "Müsəlman Qardaşlar" Birliyini hər növ dəstək göstərir. Təşkilatların regionda aparıcı qüvvə olması üçün rəsmi Tehran, hər ikisini həm silah, həm də maliyyə yardımı edir.

Nəzərinizə çatdıraq ki, ekspertlərin fikrincə, işğalçı dövlət olan İsrailin regionda ardıcıl müttəfiqlərini itirməsi, bu rejimin tezliklə müharibə ilə qarşılacağından xəbər verir. Elə bu səbədəndir ki, İsrail hər bir təzyiq növündən istifadə edərək, Hizbullah təşkilatı və "Müsəlman Qardaşlar" Birliyinin güclənməsinə maneələr yaradır.

Samir Əliyev

Комментариев нет:

Отправить комментарий