Şəbnəm Həsənəlizadə yuva.az
Ayravani, ayravani çandrika... Kintamani, kintamani işvaara...
Ehh.. xatirələr, xatirələr... Bizim şirin çağlarımızdan yadda qalan xatirələr. Bu gün yenə də o vaxtlardan bir meh əsdi. Mən də uşaqlığımın xatirimdə qalan unudulmaz məqamlarını bir daha dəyərli arxivimdən çıxarıb, gözlərimin önündə bu gün yaşayırammış kimi canlandırıb, qısaca olaraq sizlərlə bölüşmək istədim. Bütün “YUVA” oxucularını “sehrli xalatımın” içinə toplayıb, deyirəm:
Ayravani, ayravani çandrika
Kintamani, kintamani işvaara...
Hamı kimi mən də böyüklərdən özüm (uşaqlığım) haqqında olan əhvalatları dinləməyi sevirəm. Anamgil deyir ki, mən körpə vaxtı çox sakit olmuşam. Günün hansı vaxtı olur-olsun musiqi sədaları altında yuxuya gedər, mışıl-mışıl yatarammış. Yəqin ki, musiqini sevməyim o vaxtdan bəlli imiş. Başqa körpələr ac olub, yata bilməyib ağladıqları zaman mən o qədər çox yatırammış ki, yemək vaxtı belə keçirdi və məni yemək yemək üçün oyadarlarmış.
Uşaq ikən şirniyyatları, konfetləri çox sevərdim. Nə yalan deyim, elə indi də sevirəm. Xatırlayıram ki, mən süfrədəki konfetlərdən bəyəndiklərimi yeyib qurtarardım. Bundan sonra da qollarımı çırmalayıb başlayırdım bir-bir çəkməcələri gəzməyə. Konfetləri tapar, hər gün onların içindən bəyəndiklərimdən bir ovuc götürər və yeyərdim. Beləcə qab boşalardı. Ümumiyyətlə, evdə hər şeyi asanlıqla eşələyib tapardım. Buna görə məni “goreşən” də adlandırırdılar.
Quşları sevməyimə baxmayaraq, onlardan, əsasən də onların qanad çalmasından çox qorxardım. Xüsusilə o quşlar alçaqdan uçursa və mən o qanad səslərini eşidirdimsə çox qorxurdum. Elə bilirdim ki, indi gəlib, məni dimdikləyəcəklər. Heyvanlara, həşəratlara da toxunmağa çəkinirdim.
Mənim Aytən adında bir dayım qızı var. Onlar Sabirabad rayonunda yaşayırdılar. O, mənə bacılıqdan əlavə həm də dost idi. Xatırlayıram ki, hər rayona gedən qohum mənim poçtalyonum, hər rayondan gələn isə onun poçtalyonu idi. Bir-birimizə məktublar yazar, şəkillər yapışdırar, rəsmlərlə bəzəyər və yollayardıq. O məktubları hələ də saxlayırıq. Bəzən açıb oxuyuruq. Onlar çox məzəli və şirin xatirələrimizdir.
Qardaşımla mənim bir velosipedimiz var idi. Biz 4 mərtəbəli binanın 4-cü mərtəbəsində yaşayırdıq. Bir dəfə mən su içmək istədim və qardaşıma dedim ki, sən dayan burda, mən su içim gəlirəm. Mən ondan aralanıb pilləkənləri qalxırdım ki, ona da susuzluq gəldi və velosipedi həyətdə qoyub qaçdı dalımca. Bir yerdə evə çıxıb su içdik və qayıtdıq həyətə. Həyətdə nə velosiped gördük, nə də başqa bir şey. Velosipedimizin oğurlanmasına çox üzülmüşdük.
Bəzən “filan şey nə vaxt olacaq, nə vaxt baş verəcək?” deyə bir şey soruşanda atam “Dəvənin quyruğu yerə dəyəndə” – cavabını verərdi. Mən də uşaq ağlımla dəvənin quyruğunun yerə dəyməsini gözləyərdim, ta o vaxtacan ki, mənə dəvənin quyruğu məsələsini başa saldılar.
Məktəb çağlarının ilk illərində avqust ayının 31–ni və sentyabr ayının 1-ni çox sevərdim. Çünki avqustun son günü bizim məktəb ləvazimatlarımız səliqə ilə bütün otağı bürüyərdi. Hər il bu vaxt geyimlərimiz, çatanlarımız, dəftər və qələmlərimiz hərəsi bir tərəfdə yerləşdirilmiş, səhərədək bizi gözləyirdilər. Uşaq üçün bu bir yenilik, yeni həyəcan idi təbii ki...
Babalarım bu dünyadan tez köçüblər. Uşaq vaxtı istəyirdim ki, babam olsun, məni oynatsın.
Atamgilin qədim bir kamerası var idi. Bir dəfə evimizi kinoteatra çevirdik, divara ağ parça saldıq, əmim çətinliklə də olsa o kameranı bir təhər qurdu və mən ilk dəfə olaraq o cızıq-mızıq olan lentdə həmin o səssiz filmdə babamı gördüm. O an keçirdiyim hissi anlada bilmərəm. Babam, atam, anam, səhv etmirəmsə nənəm də orda idi və bir də təzəcə ayaq açmış, həyətdə o yana, bu yana fırlanan balaca Şəbnəm. Valideynlərim mənə danışırlar ki, babam məni gəzdirərdi, oynadardı. Amma mən xatırlamıram. Kaş ki, babalarım çox yaşayardılar. Neçə yaşım olur-olsun yəqin ki, bu həsrətim heç qocalmayacaq.
Əslində, o qədər məqamlar, xatirələr var ki...

Комментариев нет:
Отправить комментарий