21.02.2015

Ayətullah Xamenei: İran xalqı da sanksiya tətbiq edə bilər və bunu edəcək

Ali Lider Ayətullah Seyid Əli Xamenei bu gün Tehranda İranın Şərqi Azərbaycan əyalətindən olan minlərlə Azərbaycanlı ilə görüşüb. 
Maide.az-ın məlumatına görə, görüşdə Ayətullah Xamenei ABŞ və Avropa tərəfindən İrana qarşı tətbiq olunmuş sanskiyalar və onların naz etmələri və şərtlər irəli sürmələri haqda danışıb və deyb ki, İran xalqı həmişə göstərib ki, güclü iradəyə sahibdir və sanksiyalar məsələsində də İran xalqı onların planlarını uğursuz edəcək. 
Ayətullah Xamenei İran xalqına İslam İnqilabının 36-cı ildönümü münasibəti ilə keçirilən mitinqlərdə aktiv iştirak etdikləri üçün təşəkkürünü bildirib. “İslam İnqilabından 36 il keçməsinə baxmayaraq xalqın bu ilki mitinqdə əzəmətli iştirakı dünyada misilsiz bir mitinq idi”
Ali Lider xalqın İslam İnqilabının ildönümündə aktiv iştirakının səbəbini xalqın ölkənin bütün proseslərində iştirakının olması ilə əlaqəli olduğunu bildirib. “Hər zaman xalq ölkədəki proseslərdə aktiv iştirak edib və bu kimi möcüzələr göstərib”.
Ayətullah Xamenei ölkədəki iqtisadi problemlərə toxunub və bildirib ki, İran-İraq müharibəsindən sonra hegemon güclər İranın regionda və dünyada təsiredici iqtisadi bir gücə çevrilməsinin qarşısını almaq üçün planlar cızıblar. “Qərb ölkələri xüsusi ilə Amerika müxtəlif planlar cızmaq və İranın region ölkələri ilə birlikdə iqtisadi layihələrinə əngəllər törətməklə, neft-qaz boru kəmərləri layihələrində, hava və quru nəqliyyat yolları layihələrində və dəmir yol layihələrində İranın iştirakını əngəlləməklə, uzun illər öncə, hələ nüvə məsələlərindən də qabaq İrana qarşı səssiz sanksiyalar tətbiq edirdi və bu iqtisadi mübarizə bu günə kimi davam edir”. 
Ayətullah Xamenei bildirib ki, ölkədəki iqtisadi problemlərin vəziyyətini analiz edərkən düşmənin, xüsusi ilə ABŞ və bir neçə Avropa ölkələrinin proqramları da hesaba alınmalıdır. “Düşmənin və İran xalqını istəməyənlərin planları qarşısında çalışmaq lazımdır ki, onların planları təsirsiz olsun”.
Ayətullah Xamenei ölkədəki iqtisadi problemlərin ən böyük səbəbi kimi ölkə iqtisadiyyatının “neftə bağlılığı” və “özəl sektorun” fəaliyyətinin az olmasını göstərib. “Neftin xam satılması və onun gəlirlərinin ölkədəki cari işlərə istifadə olunması şah rejiminin irsidir və onun ziyanı isə düəzlməz bir ziyandır. Bu qayda pul qazanmağın ən asan yoludur və bəzi rəsmi şəxslər müxtəlif dövrlərdə bu asan pul qazanma yolundan istifadə etməyə üstünlük veriblər”.
Ali Lider Ayətullah Xamenei ölkə iqtisadiyyatının dövlət müəssisələrinin əlində olması probleminə toxunub və Konstitusiyanın özəlləşdirmə ilə bağlı 44-cü maddəsinin icrası ilə bağlı çalışmaların kifayət qədər olmadığını bildirib. “Ölkə rəsmiləri özəlləşdirmə ilə bağlı çalışırlar, lakin bu çalışmalar qənaətbəxş deyil və iqtisadi çalışmalarda yeni səhifə açılmalıdır”. 
Ayətullah Xamenei bildirib ki, əgər ölkə iqtisadiyyatının əsası xalqın gücü və daxili istehsal potensialı ilə möhkəmlənərsə, daha sanksiyalar və neft qiymətinin aşağı düşməsi ilə əza saxlanılmayacaq və narahatçılığa əsas qalmayacaq. “Ölkə iqtisadiyyatının neftə bağlılıqdan qurtarması üçün əsas işlərdən biri ilk öncə ölkə büdcəsinin neft gəlirlərinə bağlılığını  kəsməkdir. Biz bu işi görməliyik və düşünürəm bu çətin işi xalqa, gəncələrə, daxili investiya gücünə və hamısından önəmlisi Allahın yardım vədinə güvənməklə görəcəyik”.  
Ayətullah Xamenei ölkədəki sərmayədarların, vergidən yayınanların cinayət törətdiyini vurğulayıb. “Vergi verməyən iş adamları cinayət törədirlər, ona görə ki, ölkəni neft pulundan asılı olmağa məcbur edir və problemlərin yaranmasına şərait yaradırlar”.
Ayətullah Xamenei verginin ödənilməsini önəmli və vacib olduğunu vurğulayıb. 
Ayətullah Xamenei ölkədəki iqtisadi problemlərin həlli üçün digər amil kimi istehsal xərclərinin azaldılması və keyfiyyətin yaxşılaşdırılmasını göstərib. 
“Biz düşmənlərin sanksiyalarla bağlı səs-küyləri qarşısında dayana bilər və onları öz məqsədlərinə çatmağına imkan verməyə bilərik. Əgər iqtisadi sahədə ciddi səylər və lazimi işlər görülməzsə nəticə indiki kimi olacaq və düşmən, nüvə məsələsində bizə şərt qoyduğu kimi edəcək və deyəcək ki, əgər qəbul etməsəz sanksiya tətbiq edərik.”
Ayətullah Xamenei deyib ki, onların əsas məqsədi İran xalqını təhqir etmək və islam rejimi və xalqın böyük hərəkətinin qarşısını almaqdır. “Mən düşünürəm ki, əgər nüvə məsələsində onların istədikləri şərtləri qəbul etsək belə, onlar yenə də sanksiyalardan əl çəkməyəcəklər, ona görə ki, onlar əslində İslam İnqilabı ilə müxalifdirlər”.
Ayətullah Xamenei deyib ki, əgər məsələ sanksiya tətbiqidirsə, İran xalqı da sanksiya tətbiq edə bilər və bunu edəcək. “İran xalqı həmişə göstərib ki, güclü iradəyə sahibdir və sanksiyalar məsələsində də İran xalqı onların planlarını uğursuz edəcək”.
Ayətullah Xamenei İranın İŞİD-lə ciddi mübarizəsini güclü iradəsinin olmasına nümunə kimi göstərib. “ABŞ və onun müttəfiqləri bu terrorçu qruplaşma ilə mübarizədə yalan danışırlar. Amerikalılar bizim Xarici İşlər Nazirliyinə məktub yazdılar və dedilər ki, biz İŞİD-i dəstəkləmirik, amma bir neçə gün sonra ABŞ-ın İŞİD-ə hərbi yardımları ilə bağlı kadrlar yayımlandı”. /maide.az/

Комментариев нет:

Отправить комментарий