Rəsmiyyə Sabir Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olub. İnşaat Mühəndisləri Universitetini bitirib. İqtisad üzrə fəlsəfə doktoru, dosentdir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. DGTYB-nin yaradıcılarındandır. 2000-ci ildə Türkiyədə keçirilən 1-ci Beynəlxalq Füzuli şeir yarışmasının mükafatçısıdır. Yüzdən çox şeirinə mahnı bəstələnib. 2002-ci ildə sözlərinə yazılmış mahnılardan ibarət «Səni aradım» adlı audio kaset və disk işıq üzü görüb. 2003-cü ilin «Fəxri Gənc»i adını qazanıb. 2003-cü ildə çap olunmuş «Həbs olunmuş sükut» adlı şeirlər kitabının müəllifidir. Ədəbi mühitdəki uğuruna görə ilk şeirlər kitabı 2004-cü ildə Dünya Gənc Türk Yazarlar Brliyinin və Yeni Yazarlar və Sənətçilər Qurumunun diplomlarına layiq görülüb. 2006-cı ildə «Rəngsiz göz yaşları» və «Kölgəsiz dar ağacları» (İraqda), 2009-cu ildə “Unutdun məni”, 2011-ci ildə “Sahilsiz adam” (Türkiyədə) adlı şeir kitabları nəşr olunub. 2006-cı ildə KİBATEK və VEKTOR Beynəlxalq Elm Mərkəzinin “İlin Ədəbiyyat Mükafatına” alıb. Azərbaycanı müxtəlif beynəlxalq tədbirlərdə (Türkiyədə keçirilən II Beynəlxalq FÜZULİ Şeir Yarışmasında və Türk Dünyası Şeir Festivalında, Krımda keçirilən Türkcəsinin VI Beynəlxalq Şeir Festivalında, III Beynəlxalq Tokat Yeşilırmak Şeir Festivalında, Dünya Türk Gəncləri Birliyinin Rumıniyada keçirilən XI və Türkiyədə keçirilən XII Qurultaylarında və s.) təmsil edib. Türk, rus və ingilis dillərindən tərcümələrin müəllifidir. Şeirləri özbək və Türkiyə türkçələrinə, rus, ingilis, bolqar dillərinə tərcümə olunaraq Türkiyə, İraq, İran, İsveç, Almaniya, Bolqarıstan, Özbəkistan və başqa xarici ölkələrdə çap olunub. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür. 2014-cü ildə ədəbi nailiyyətlərinə görə Qırğızıstan Respublikasının “Coomert Bekenbaev” adına “Altın diplom”a və medalına layiq görülüb.
Ailəlidir. Bir qızı var.
GERÇƏKLİK
...biz çarəsizliyin şairləriyik,
dostum!
Bəlkə bir rüşvətxor məmur,
bəlkə vicdansız nazir,
bəlkə də yaltaq icra başçısı
ola bilmədiyimiz üçün
şair olduq.
Özünü aldatma, dostum!
Çalış özgələrini aldat.
Bu ölkədə
özgələrini aldatmaq dəbdədir.
Bəlkə də bu,
özünü aldatmaqdan
daha yaxşıdır.
Qulaqlarımızda -
nənələrimizin öyüdü,
gözlərimiz önündə -
gerçəklik.
Şübhələr can çəkişməsindədir –
olumla ölüm arasında...
SÖZLƏ SAVAŞ
Bir ilahi SÖZ bilir,
Özünə simsar məni.
Qoymur özümdən gedim,
Qoymur bu hasar məni.
Ömrümün gülşən çağı,
Qəm oldu başım tacı,
Dərdlərim dar ağacı,
İçimdə asar məni.
Qələm-külüng, söz-bir dağ,
Qazdıqca qazıyacaq,
Əldən düşəndə torpaq,
Bağrına basar məni.
«VƏTƏNDƏN MƏKTUBLAR» SİLSİLƏSİNDƏN DEMOKRATİYA
…biz burada ölümü gözləyirik.
Bahalı restoranların
qapısı üzərində
«Burada həyat var.
Kasıblar üçün
girmək qadağandır!»
lövhəsi asılıb.
Vətəndə yaşamaq yerinə
kasıblığın bədəlini ödəyirik.
Burada zirzəmilərin
ofis olmaq sevincinə
utanan günəşin şüaları
məxməri inqilablar rəngindədir.
Hər gün televiziyalar
ABŞ-ın xaricə
demokratiya ixracından danışır.
Demokratiya
bomba kimi partlayır
(Qəlpələr çox təhlükəlidir…)
neftlə zəngin torpaqlarda.
Burada
siyasilər danışır…
Bizsə susuruq…
Qarabağda açılası güllələr susur.
Susmağın bədəlini ödəyirik…
KÖLGƏ
Heç nə ölmür.
Hər şey şəklini dəyişir.
Mən doğulduğumdan bəri
şəklimi dəyişirəm.
İnsanın ölümü də
şəkildəyişmədir.
Əvvəlcə kölgənin
qısalmasından başlayır.
İkinci kursda oxuyarkən
Mənə fəlsəfə dərsi keçən
professorun öləcəyini
kölgəsinin qısalmasından
anlamışdım.
Öyrətdiyi fəlsəfə
şəklini dəyişmişdi.
Rüşvət fəlsəfəsi,
yaltaqlıq fəlsəfəsi,
yerlibazlaq fəlsəfəsi,
Hegel,
Kant,
Freyd fəlsəfəsiylə uzlaşmırdı.
Professorun boyu ilə
kölgəsi kimi…
Heç nə ölmür.
Hər şey şəklini dəyişir…
DƏRD
Satsam da alan tapılmaz,
Kimə verim mən bu dərdi?
«Dağın dərdindən dağ anlar»,
Qoca nənəm hey deyərdi.
(Deyib başına döyərdi)
Gözlərimdən yaş damladı,
Hey axıtdım boşalmadı,
Göy üzündə daş qalmadı,
Fələk özünü öyərdi.
Hünərə bax sən bu qəmdə,
Məni yaxır hər bir dəmdə,
Su səpdilər ürəyimdə,
Yenə də kədər göyərdi…
QAYITDIM
Hamı yer üzündə həyat yaşadı,
Mən isə dərdləri yığıb qayıtdım.
“İnsan ömrü axar sudur ” dedilər,
Dərya tək içimə axıb qayıtdım.
Sığışa bilmədim nə günə, aya,
Mənim yaşadığım gəlməz ki, saya,
Ömür dedikləri bu tamaşaya,
Uzaqdan eləcə baxıb qayıtdım.
Qəm məni sızlatdı, döndərdi neyə,
Yer mənə dar gəldi, üz tutdum göyə,
Yanar ürəyimi söndürüm deyə,
Gözümün yaşını sıxıb qayıtdım.
QOCA PALID
...sən kötük doğulmamışdın.
Əvvəllər
uzun-uzun budaqların,
yaşıl-yaşıl yarpaqların
vardı.
Geniş dünya sənə dardı.
Sənin sevdiklərin vardı.
Sənə sevənlərin yardı,
qoca palıd.
Hər baharda
sevinərdin, şadlanardın,
əl-qol açıb oynayardın.
Buludlardan su istərdin.
Su verərdi göylər sənə.
Yuyunardın şeh içində.
Qızmar yayda
qanad açıb
qoruyardın insanları
günəşin qəzəbli baxışlarından.
Həsrət ətirli payızda
kövrələrdin ayrılıqlara.
...aylar keçdi, illər ötdü.
Ömrünə dəli qış gəldi.
Dondu ayaqların,
buz bağladı əllərin.
Baxıb donan bədəninə
köks ötürdün dərin-dərin,
qoca palıd.
İllər çox yormuşdu səni.
Ayrılıqlar vurmuşdu səni.
Sarı yarpaqların
qırmızı xəyanəti
yandırmışdı ürəyini.
Yerindəcə quruyub qalmışdın,
qoca palıd.
O zaman kötüyə çevrilmişdin.
Ayrılıqlara alışanda,
hər payız taleyinlə barışanda.
Sən kötük doğulmamışdın.
Mən bilirəm,
qoca palıd.
BU GECƏ
Bu gecə payızın ölən günüdür,
Bu gecə doğulan qış ağlayacaq.
Ümidim öləcək bu son baharla,
Quru gözlərimdə yaş ağlayacaq.
Bu gecə kədərin dil açdı yenə,
Həsrəti qoxladım sənin yerinə,
Baxıb solan payız çiçəklərinə,
Bulaqlar susacaq, daş ağlayacaq.
Eh, bu gecə ərşə çəkilər yuxum,
Küləyə çevrilər çəkdiyim ahım,
Dünyanı dolaşar sərsəri ruhum,
Bir məzar qalacaq boş, ağlayacaq.
ÖMÜR
Sən buna ömür dedin,
Mən yuxumu yozuram.
Alnımın yazısını,
Silib başdan yazıram.
Vaxt ötür aram-aram,
Çətin bir yerdə duram,
Gedirdim, qayıdıram,
İzlərimi pozuram.
Yük oldu ayım-ilim,
Daşıdım zülüm-zülüm,
Dur, qapını aç, ölüm,
Mən gəlmişəm, hazıram.
KÜÇƏ UŞAQLARINA HƏSR OLUNMUŞDUR
Sənə bir don alsam,
ulduzlar qədər parlaq.
Geyinsən
əynində işığı sönər.
Sənə bir yaylıq alsam,
günəş qədər isti.
Başını örtsən,
ürəyinin soyuğu
üşüdər səni.
Sənə bir ayaqqabı alsam,
zindan kimi
ağır gələr
yalın ayaqlarına.
Bakı şəhərinin
ağ işıqları
nurlandıra bilməz
qara günlərini.
Çox sevdiyin
fontanların suyu belə
soyuda bilməz
yanar ürəyini.
Sən hər şeydən çox
sevgiyə möhtacsan.
Haqqın olub
bahalı paltarlar kimi
ala bilmədiyin sevgiyə...
UNUDULAN ADAMA
...Həyatı elə də mürəkkəb zənn etmə!
Yol polisinin
rüşvət almasından
sadə nə var?
Yaşamaq istəyirsən?
Yazılmamış qanunları əzbərlə,
unudulan adam.
Yazılanlar yalnız görüntüdür,
imkansızlığın görüntüsü...
(Görüntünün aldadıcı
ola bildiyini unutma!)
Səni xatirə-xatirə unutdular.
Sən xatırlaya-xatırlaya yaşayacaqsan.
Xəstəxanada olduğun zaman
şəfqət almaq üçün
həkimlərə,
tibb bacılarına,
hətta xidmətçilərə belə
verdiyin rüşvəti xatırlayıb
acı-acı gülümsəyəcəksən.
Qaz idarəsində
arayış verən
məmurun
səni parantez içində görməsinə
qazdan betər yanacaqsan.
Seçkilərdə səsini iki manata satan
bacı-qardaşlarını unutmayacaqsan.
Unudulan adam.
Sən azadlığın əsirisən.
Məmləkət səsini satanların.
Bunu unutmasan,
yaşayacaqsan...
HƏYATIN DİBİNDƏN
Biz həyatın dibindəyik,
Tanrı da görmür bizləri.
Çəkdiyimiz ah qurutdu,
Keçilməyən dənizləri.
Nə ölüyük, nə də varıq,
Dərd əlindən ahu-zarıq,
Əldə çıraq axtarırıq,
Tapmayırıq gündüzləri.
Bu dərin, ipsiz quyudu,
İçində qəmin suyudu,
Gözümüzün yaşı yudu,
Biz qoyduğumuz izləri...
SÖZ
Axan isti göz yaşlarım,
Soyuq əllərimdə solur.
Mən min il də gözləyərəm,
Ancaq gözlərim yorulur.
Əl üzmüşəm dünənimdən,
Bəxtim baxıb keçir gendən,
Heç bir xəbər yoxdur səndən,
Xəyalın təsəllim olur.
Sevinc mənə olub haram,
Qəm yeyirəm aram-aram,
Ürəyimi boşaldıram,
Axıb yerinə söz dolur.
Ailəlidir. Bir qızı var.
GERÇƏKLİK
...biz çarəsizliyin şairləriyik,
dostum!
Bəlkə bir rüşvətxor məmur,
bəlkə vicdansız nazir,
bəlkə də yaltaq icra başçısı
ola bilmədiyimiz üçün
şair olduq.
Özünü aldatma, dostum!
Çalış özgələrini aldat.
Bu ölkədə
özgələrini aldatmaq dəbdədir.
Bəlkə də bu,
özünü aldatmaqdan
daha yaxşıdır.
Qulaqlarımızda -
nənələrimizin öyüdü,
gözlərimiz önündə -
gerçəklik.
Şübhələr can çəkişməsindədir –
olumla ölüm arasında...
SÖZLƏ SAVAŞ
Bir ilahi SÖZ bilir,
Özünə simsar məni.
Qoymur özümdən gedim,
Qoymur bu hasar məni.
Ömrümün gülşən çağı,
Qəm oldu başım tacı,
Dərdlərim dar ağacı,
İçimdə asar məni.
Qələm-külüng, söz-bir dağ,
Qazdıqca qazıyacaq,
Əldən düşəndə torpaq,
Bağrına basar məni.
«VƏTƏNDƏN MƏKTUBLAR» SİLSİLƏSİNDƏN DEMOKRATİYA
…biz burada ölümü gözləyirik.
Bahalı restoranların
qapısı üzərində
«Burada həyat var.
Kasıblar üçün
girmək qadağandır!»
lövhəsi asılıb.
Vətəndə yaşamaq yerinə
kasıblığın bədəlini ödəyirik.
Burada zirzəmilərin
ofis olmaq sevincinə
utanan günəşin şüaları
məxməri inqilablar rəngindədir.
Hər gün televiziyalar
ABŞ-ın xaricə
demokratiya ixracından danışır.
Demokratiya
bomba kimi partlayır
(Qəlpələr çox təhlükəlidir…)
neftlə zəngin torpaqlarda.
Burada
siyasilər danışır…
Bizsə susuruq…
Qarabağda açılası güllələr susur.
Susmağın bədəlini ödəyirik…
KÖLGƏ
Heç nə ölmür.
Hər şey şəklini dəyişir.
Mən doğulduğumdan bəri
şəklimi dəyişirəm.
İnsanın ölümü də
şəkildəyişmədir.
Əvvəlcə kölgənin
qısalmasından başlayır.
İkinci kursda oxuyarkən
Mənə fəlsəfə dərsi keçən
professorun öləcəyini
kölgəsinin qısalmasından
anlamışdım.
Öyrətdiyi fəlsəfə
şəklini dəyişmişdi.
Rüşvət fəlsəfəsi,
yaltaqlıq fəlsəfəsi,
yerlibazlaq fəlsəfəsi,
Hegel,
Kant,
Freyd fəlsəfəsiylə uzlaşmırdı.
Professorun boyu ilə
kölgəsi kimi…
Heç nə ölmür.
Hər şey şəklini dəyişir…
DƏRD
Satsam da alan tapılmaz,
Kimə verim mən bu dərdi?
«Dağın dərdindən dağ anlar»,
Qoca nənəm hey deyərdi.
(Deyib başına döyərdi)
Gözlərimdən yaş damladı,
Hey axıtdım boşalmadı,
Göy üzündə daş qalmadı,
Fələk özünü öyərdi.
Hünərə bax sən bu qəmdə,
Məni yaxır hər bir dəmdə,
Su səpdilər ürəyimdə,
Yenə də kədər göyərdi…
QAYITDIM
Hamı yer üzündə həyat yaşadı,
Mən isə dərdləri yığıb qayıtdım.
“İnsan ömrü axar sudur ” dedilər,
Dərya tək içimə axıb qayıtdım.
Sığışa bilmədim nə günə, aya,
Mənim yaşadığım gəlməz ki, saya,
Ömür dedikləri bu tamaşaya,
Uzaqdan eləcə baxıb qayıtdım.
Qəm məni sızlatdı, döndərdi neyə,
Yer mənə dar gəldi, üz tutdum göyə,
Yanar ürəyimi söndürüm deyə,
Gözümün yaşını sıxıb qayıtdım.
QOCA PALID
...sən kötük doğulmamışdın.
Əvvəllər
uzun-uzun budaqların,
yaşıl-yaşıl yarpaqların
vardı.
Geniş dünya sənə dardı.
Sənin sevdiklərin vardı.
Sənə sevənlərin yardı,
qoca palıd.
Hər baharda
sevinərdin, şadlanardın,
əl-qol açıb oynayardın.
Buludlardan su istərdin.
Su verərdi göylər sənə.
Yuyunardın şeh içində.
Qızmar yayda
qanad açıb
qoruyardın insanları
günəşin qəzəbli baxışlarından.
Həsrət ətirli payızda
kövrələrdin ayrılıqlara.
...aylar keçdi, illər ötdü.
Ömrünə dəli qış gəldi.
Dondu ayaqların,
buz bağladı əllərin.
Baxıb donan bədəninə
köks ötürdün dərin-dərin,
qoca palıd.
İllər çox yormuşdu səni.
Ayrılıqlar vurmuşdu səni.
Sarı yarpaqların
qırmızı xəyanəti
yandırmışdı ürəyini.
Yerindəcə quruyub qalmışdın,
qoca palıd.
O zaman kötüyə çevrilmişdin.
Ayrılıqlara alışanda,
hər payız taleyinlə barışanda.
Sən kötük doğulmamışdın.
Mən bilirəm,
qoca palıd.
BU GECƏ
Bu gecə payızın ölən günüdür,
Bu gecə doğulan qış ağlayacaq.
Ümidim öləcək bu son baharla,
Quru gözlərimdə yaş ağlayacaq.
Bu gecə kədərin dil açdı yenə,
Həsrəti qoxladım sənin yerinə,
Baxıb solan payız çiçəklərinə,
Bulaqlar susacaq, daş ağlayacaq.
Eh, bu gecə ərşə çəkilər yuxum,
Küləyə çevrilər çəkdiyim ahım,
Dünyanı dolaşar sərsəri ruhum,
Bir məzar qalacaq boş, ağlayacaq.
ÖMÜR
Sən buna ömür dedin,
Mən yuxumu yozuram.
Alnımın yazısını,
Silib başdan yazıram.
Vaxt ötür aram-aram,
Çətin bir yerdə duram,
Gedirdim, qayıdıram,
İzlərimi pozuram.
Yük oldu ayım-ilim,
Daşıdım zülüm-zülüm,
Dur, qapını aç, ölüm,
Mən gəlmişəm, hazıram.
KÜÇƏ UŞAQLARINA HƏSR OLUNMUŞDUR
Sənə bir don alsam,
ulduzlar qədər parlaq.
Geyinsən
əynində işığı sönər.
Sənə bir yaylıq alsam,
günəş qədər isti.
Başını örtsən,
ürəyinin soyuğu
üşüdər səni.
Sənə bir ayaqqabı alsam,
zindan kimi
ağır gələr
yalın ayaqlarına.
Bakı şəhərinin
ağ işıqları
nurlandıra bilməz
qara günlərini.
Çox sevdiyin
fontanların suyu belə
soyuda bilməz
yanar ürəyini.
Sən hər şeydən çox
sevgiyə möhtacsan.
Haqqın olub
bahalı paltarlar kimi
ala bilmədiyin sevgiyə...
UNUDULAN ADAMA
...Həyatı elə də mürəkkəb zənn etmə!
Yol polisinin
rüşvət almasından
sadə nə var?
Yaşamaq istəyirsən?
Yazılmamış qanunları əzbərlə,
unudulan adam.
Yazılanlar yalnız görüntüdür,
imkansızlığın görüntüsü...
(Görüntünün aldadıcı
ola bildiyini unutma!)
Səni xatirə-xatirə unutdular.
Sən xatırlaya-xatırlaya yaşayacaqsan.
Xəstəxanada olduğun zaman
şəfqət almaq üçün
həkimlərə,
tibb bacılarına,
hətta xidmətçilərə belə
verdiyin rüşvəti xatırlayıb
acı-acı gülümsəyəcəksən.
Qaz idarəsində
arayış verən
məmurun
səni parantez içində görməsinə
qazdan betər yanacaqsan.
Seçkilərdə səsini iki manata satan
bacı-qardaşlarını unutmayacaqsan.
Unudulan adam.
Sən azadlığın əsirisən.
Məmləkət səsini satanların.
Bunu unutmasan,
yaşayacaqsan...
HƏYATIN DİBİNDƏN
Biz həyatın dibindəyik,
Tanrı da görmür bizləri.
Çəkdiyimiz ah qurutdu,
Keçilməyən dənizləri.
Nə ölüyük, nə də varıq,
Dərd əlindən ahu-zarıq,
Əldə çıraq axtarırıq,
Tapmayırıq gündüzləri.
Bu dərin, ipsiz quyudu,
İçində qəmin suyudu,
Gözümüzün yaşı yudu,
Biz qoyduğumuz izləri...
SÖZ
Axan isti göz yaşlarım,
Soyuq əllərimdə solur.
Mən min il də gözləyərəm,
Ancaq gözlərim yorulur.
Əl üzmüşəm dünənimdən,
Bəxtim baxıb keçir gendən,
Heç bir xəbər yoxdur səndən,
Xəyalın təsəllim olur.
Sevinc mənə olub haram,
Qəm yeyirəm aram-aram,
Ürəyimi boşaldıram,
Axıb yerinə söz dolur.
cenubxeberleri.com
Комментариев нет:
Отправить комментарий