Və yaxud «Bir bazar açılıb ki, Sədərək bazarı kimi»
Hörmətli redaksiya, Gəncə Dövlət Universitetinin professor- müəllim heyətinin mətbuatda gedən şikayətlərini universitetin rəhbərliyi və GDU-nun mətbuat katibi Maqbet Əhmədov təkzib edir və bunları böhtan adlandırır. Halbuki, həmin mətbuat katibi Maqbet Əhmədov vəzifəyə qoyulmamış özünün facebook səhifəsində görün nələr yazıb. Bu yazılar universitet rəhbərliyinə məlum olduqdan sonra onu məcbur edib bunları götürtdülər və daha yazmasın deyə özlərinə şərik etdilər. Hörmətli redaksiya, bizdə GDU-nun rektorunun yaxın ətrafı ilə sensasiya xarakterli söhbətinin və "ogru sxodkası" nı xatırladan davalarla, bir-birini təhqirlərlə keçən elmi şurasının gizli videoçəkilişləri var, yaxın günlərdə onları Sizə göndərəcəyik.
GDU-nun REKTORU VİCDANLI MÜƏLLİMİ NƏ CÜR SUSDURDU, yaxud«Bir bazar açılıb ki, Sədərək bazarı kimi». Yusif Yusibovun rektor olduğu Gəncə Dövlət Universitetində misli görünməmiş rüşvət, korrupsiya baş alıb gedir. Gəncə Dövlət Universitetinin bu vicdanlı müəllimi buna ilk açıq etiraz edənlərdən oldu. Ancaq onun haqq səsini GDU rəhbərliyi batıra bildi. Özünəməxsus üsulla... Həmin müəllimin sosial şəbəkələrdə paylaşdığı bu statuslar və yazdığı ürəkparçalayan şeirlər isə GDU-da dillər əzbəri olaraq qaldı. Qoy həmin müəllim də hamının xatirəsində bu cür qalsın. Həmin statuslar Təhsil nazirinin nəzərlərindən uzaq bugünki GDU-nu, onun mərkəzləşdirilmiş imtahan sessiyasını güzgü kimi, necə varsa, o cür də göstərir. Ancaq Nizami Gəncəvi demişkən, güzgü kimi pis göstərirsə, onu “düzəltdirmək” lazımdır, güzgünü yox!
Maqbet Əhmədov: Ey müsəlman qardaş və bacılarım! Ey oxumaq həvəsi ilə GDU-ya üz tutan ətcə balalar. Millətin gələcəyi hesab edilən siz tələbələrin hələ bərkiməmiş, büdrək addımlarının səmtini dəyişdilər. Bizim bu təhsil ocağında da yenidən möhtəşəm bir bazar açıb artıq sizin oxumaq, elmlənmək həvəsinizi qeyd-şərtsiz dəfn etdilər. Burda bir salavat çevirin... Allah rəhmət eləsin!.. Qəbri elm nuru ilə dolu olsun! ”Amin!”.
EfsaneQ-lı: Artiq Atalarimiz hazirlaşır imtahana... Tələbələr yoxxx.
Ellada A-lı: Elm oxumaq, bilik, GDU-da Yadigar müəllimlə getdi. Bu təzə rektor gələndən bazar açıb..., GDU-ya Yadigar müəllimi kaş yenidən rektor qaytaralar. Belə getməz...
Maqbet Əhmədov:
4 saat önce · Düzenlendi
MƏLUMAT.
Ağzıgöyçəklər yenə “Poliqonda” ağızlarına yiyə durmayıb, göyçək-göyçək bəzi-bəzi şeylər yazıblar. Bu bir qrup professor-müəllimlər də heç ağızlarına yiyəlik etmirlər ha. A başına dönüm, professorsan, professorluğunu et. Müəllimsən, get sillabusunu hazırla. Nəyinə lazımdır universitet belə dağılır, elə dağılır. Guya onun dağılmasını bircə bu ağzıgöyçəklər görürlər. Cek-Pot Uniiversitetinin səs-sorağı dünya ilə bir olub, heç gözün qaşın üstə qaşın var deyən tapılıbmı? Yox! Bəs sizə nə düşüb? Guya o dünyada inkir-minkirlər Cek-Pot Uniiversitetinin haqq-hesabını bunlardan soruşacaqlar.Tələbələrə də üz tuturam. Görürəm onlar da qurcuxurlar. Yazı-pozu ilə məşğul olurlar. Elə məni də yandıran budur. Ay rəhmətliyin nəvələri, pulunuzu verdiniz, qiymət aldınız, gedin də balam, gedin, kənd-kəsəkdə istirahət edin. Nə hay-həşir salıbsınız? Cek-Pot Uniiversitetinin bazar səmtini hara yönəltmək fikrindəsiniz? Qoysanız, allah verən bircə tikə qismətdir, rahat yesinlər.
İndi keçək mətləbə. Cek-Pot Uniiversiteti Cek-Potyanı Şura keçirib. Gündəlikdə də bircə məsələ olub. Babalı deyənlərin boynuna, deyirlər Cek-Pot Universitetinin başçısı dekanlara bərk əsəbiləşib. Deyib ki, bəs sizin heç biriniz mənim kadrım deyilsiniz. Gözə girmək üçün də fundamental addımlar atmırsınız. Xəbəriniz varmı, bir xeyli tələbə nəzərimizdən oğurlanıb müftəcə qiymətlər alıblar. Sizinlə ilk sezonumdur deyə xətrinizə dəyməkdə bir o qədər dərinə getmirəm. Amma qulağınızda sırğa edin ki, xeyli mərifətlə nəzərinizə çatdırdım.
Tələbələrin təqaüdləri artıb və bu artım qarşısında Universitetimizin cari və uzunmüddətli vəzifəsi nədən ibarətdir? Tələbələrin təqaüdünün artırılması bir başa məhz bizə, göstərilən qayğıdır. Biz bütün qüvvələrimizi səfərbər edib ilk gündən, yəni sentyabr ayının 16-sına keçən gündən fəaliyyətə başlamalıyıq. Uşaqlar-yəni tələbələr öz hüquq və ilk növbədə haqqlarını dərindən dərk etməlidirlər. Onlar bilməlidirlər ki, təqaüdlərin artımı ilə bağlı yeni tarifimizə uyğun olaraq sarlışınlar (50-lik) ləğv edilməli, narışınlarla (100-lük) təhsil məqsədimizi həyata keçirməliyik. Bu sadə məsələ deyil. Bunun üçün tələbələr sağlam ideyaya malik olmalıdırlar. Sizin vəzifənizdir. Gecəni gündüzə qatıb bu qlobal məsələnin metodiki-elmi prinsiplərini hazırlamalısınız ki, daşdan keçən olsun. Hər birinizin əlində cari və perspektiv planlar olmalıdır ki, onları rəhbər tutub məqsədimizə doğru dümdüz gedəsiniz. Day yolun altını, üstünü basmayasınız. Bu Sizin üçün bir sınaqdır. Arxayınam ki, bu sınaqdan üzü ağ, necə deyərlər alnı-açıq çıxıb mənim də başımı uca, ciblərimi…Bağışlayın.
Bununla da hamı bir ağızdan “Allah təhsilimizə və tələbələrimizin təqaüdünə yar olsun deyib” Cek_Pot Universitetinin Cek-Potyanı Şurasının taleyüklü işini yekunlaşdırdılar.
Lamiya Ahmedova: Ela.
Masima Huseynova: Babazada Ela Maqbet muellim. beyenilsin.
Maqbet Əhmədov:
Əziz müəllim və tələbələr!
Universitetimizdə baş verən hadisələr hamımıza məlumdur. Artıq elə bir şərait yaranıb ki, müəllimlərin tələbələrlə münasibətləri tamamilə adiləşib. Tələbələrin oxumaq həvəsini davamlı şəkildə məhv etdikdən sonra müəllim hörməti sıfıra enib. Bir yerdə ki, müəllim tələbələrinin biliyini sərbəst qiymətləndirə bilmir, o yerdə nə savad ola bilər, nə müəllim şərəfi. Tələbələrə də aydındır ki, oxumadan da çox asanlıqla istədikləri qiyməti ala bilərlər. Faciə ondadır ki, oxumaq həvəsi ilə fərqlənən tələbələr pul verməyə məcburdurlar.Təkcə bir fakt. Filologiya fakültəsində 27 tələbədən biri 18 bal toplayıb, qalanı kəsilib. Həmin qrupda dərs demişəm. Savadlı uşaqlar çoxdur. Onlar şikayət etdilər ki, müəllim, nədən biz kəsilməliyik? Əgər hamısı kəsilibsə, müəllim necə dərs deyib? Bəs sorğu zamanı bunlar yüksək bal toplayıblar. Dərs deyən müəllimin isə testlərdən xəbəri olmur. Bu iş başqa müəllimə həvalə edilir. İndi dərsə də hansı pafosla oxuyun, oxuyan qiymət alacaqdır deyə biləcəyik? Müəllim öz müəllim vəzifəsini ləyaqətlə icra edə biləcəkmi? Digər tərəfdən, hansı möcüzə ilə testlə kompyüterdə imtahan verib kəsilmiş tələbələrin qiymətləri həmin gün düzəldi? Bu da hamımıza məlumdur. Bəs bu gənclər yad millətinmi övladlarıdır? Biz xalqın gələcəyini həmin gəncliyə həvalə etmirikmi? 5 minə qədər tələbə gör neçə ailəyə universitetdən narazılıq aparır. Cənab Prezidentimiz gəncliyə, onun təhsilinə, inkişafına xüsusi qayğı göstərir. Universitetdə baş alıb gedən bu vəziyyət cənab Prezidentimizin təhsil siyasətinə necə cavab verdiyi göz qabağındadır. Biz ziyalılar Prezidentimizə dəstək verərək Universitetimizin şərəfini qorumaq məqsədilə “Tələbə və müəllimlərin hüquqlarını qoruma birliyi” yaradırıq. Birlik neqativ hallarla mübarzə aparacaq, lazımi orqanları burada baş verən proseslərlə məlumatlandıracaq. Arzu edənlər bu birliyə qoşula bilərlər.
Gültəkin Novruz: Çox sağ olun Maqbet müellim yazılarınızla ürəyimizdən xəbər verirsiniz. GDU-nun telebesi olaraq mən də bu birliye üzv olmaq isterdim.
Maqbet Əhmədov:
14 deqiqe önce · Düzenlendi
AY MAŞALLAH
GDU-muz məşhur olub,
Təhsilin gülzarı kimi.
Dastana dönüb indi,
Qızılca azarı kimi.
Bir bazar açılıb ki,
Sədərək bazarı kimi.
Şəninə “əhsən!” dedim,
“Tərifin” yazarı kimi.
Qandınız?
Qandıq, ay allah.
Ay maşallah!
Tələbə şirin-şəkər,
Nə şirindir adı kimi.
Dadına dad tapılmaz,
Pullarının dadı kimi.
Gözümüz də dikilib,
Tanrının imdadı kimi.
Gəl, gülüm, gəl, bir yolaq,
Quşların qanadı kimi.
Qandınız?
Qandıq, ay allah.
Ay maşallah!
Testlə girdin məktəbə,
Halal xoşundur, ay bala.
Əziyyət çəkmə daha,
Dünya ki beş günlük ola.
Neynirsən o diplomu,
Can üzülə, xəstə qala.
GDU-ya layiqli ol,
Söz eşidən, üzü yola.
Qandınız?
Qandıq, ay allah.
Ay maşallah!
http://sonolay.org/index.php?newsid=15614
Комментариев нет:
Отправить комментарий