Bir müddət əvvəl SOCAR-ın 441 N-li meydançasında baş verən qəza nəticəsində orda çalışan 41 fəhlənin 4-ü həlak olub. Həlak olanların üçünün meyidi tapılsa da birinin meyidi sonradan tapılıb.
Qafqaz Xəbər Agentliyi bu xəbəri araşdırarkən məlum oldu ki, təkcə keçən il SOCAR-da iş yerində 10-dan artıq fəhlə həlak olub. Və heç bir rəhbər işçi məsuliyyətə cəlb olunmayıb. Araşdırma nəticəsində o da məlum olub ki, həmin meydançanın qəzalı vəziyyətdə olması əvvəlcədən şirkətin rəhbərliyinə məlum imiş. Belə olan halda fəhlələri “faciənin ağzına” atmaq heç bir qanun-qaydaya sığmır, insanlığa ziddir. Bu, unsanları minalanmış sahəyə qovmağa oxşayır…
Onlarla ailə öz başçısını itirir… SOCAR-ın məsul işçisi isə müxbirimizə deyir ki: “İş yerində ölüm olar dəə..”.
Bəli, Rövnəq Abdullayev və onun rəhbərliyində olan şəxslər üçün fəhlələrin ölümü adi statistikadır. Azərbaycanın “neft kralı” üçün əsas olan ciblərinə daxil olan yüz milyonlardır. Gözü yaşlı ailələr, yetim uşaqlar, əlil olan neftçilər və s. Rövnəq Abdullayev üçün çox xırda detallardır.
Əlbəttə, millətə məxsus sərvət bir dəstə adamın əlində cəmləşəndə belə münasibət olmalı idi. Ən dəhşətlisi odur ki, bu bir dəstə bir kəndin “uşaqları”dır.
Axı, balaca bir Xıncov kəndinin adamlarının hamısı “neftyannik”, “qazovşik” ola bilməz…Həm də bu kəndin “uşaqları”nın çoxu müxtəlif neft-qaz idarələrinin rəisləridir. Görəsən neftin-qazın içində doğulub boya-başa çatan Balaxanı, Suraxanı sakinlərinin bircə nəfəri neft-qaz idarəsində fəhlə işinə düzəldə bilmədiyi halda dağın kəlləsindən düşən və ömründə bircə dəfə neft buruğu görməyən Xıncov uşaqları bu vəzifələri necə tutublar.
Şübhəsi olanlar üçün Azərbaycanın neft-qaz səltənətini hörümçək toru kimi bürümüş “Xıncov uşaqları”nın siyahısını cəmiyyətə təqdim edirik.
1. Rövnəq Abdullayevin dayısı oğlu — Anar Əliyev — ən böyük neft maqnatlarından biri,
2. Rövnəq Abdullayevin digər dayısı oğlu — Bədəl Əliyev — SOCAR Informasiya Texnologiyaları Departamentində satınalmalar üzrə menecer vəzifəsində çalışır,
3. Rövnəq Abdullayevin başqa dayısı oğlu — Nihad Əliyev -SOCAR-da satış direktoudur,
4. Rövnəq Abdullayevin dayısı — Nüsrət Əliyev — Neft Emalı zavodunda Qaz sektorunun müdiridir,
5. Rövnəq Abdullayevin digər dayısı Azad Əliyev — Neft Emalı zavodunda Kislorod sektorunun müdiridir,
6. Rövnəq Abdullayevin digər dayısı oğlu ( Azad müəllimin oğlu ) Rəsul Əliyev — SOCAR-da mühüm vəzifə daşıyır,
7. Rövnəq Abdullayevin dayısının baldızı oğlanları Suraxanı OYL Əməliyyat Şirkətinin və Balaxanıneftin rəhbərlərdir,
8. Rövnəq Abdullayevin dayısının nəvələri — Ramil və Nail Əliyev qardaşları uyğun olaraq “EKOL”-un rəisi və Neft-Yağ Emalı zavodunun rəisidir,
9. Rövnəq Abdullayevn qaynatası (həm də doğma əmisi ) Adəm müəllim — SOCAR-da Demontaj sektorunun rəisidir,
10. Rövnəq Abdullayevin bacanağı Mehman SOCAR-ın Təchizat Departamentinin rəisidir.
Bu siyahını kifayət qədər uzatmaq olar. Amma buna qəti ehtiyac yoxdur. Çünki oxucu da görür ki, həqiqqətən də neft-qaz sektorumuz “bir kəndin uşaqları” tərəfindən idarə olunur. Və qazancı da özləri bildiyi kimi bölüşdürürlər.
Və bir dəstə Xıncov məhləsinin uşaqlarında o dərəcədə sərvət, pul cəmləşib ki, bunlar üçün 3-4 fəhlənin ölümü adi statistikadır. Bunlar lazım gələrsə fəhlələri qəzalı sahəyə də göndərə bilərlər, lazım gəlsə “fronta” da göndərərlər…
Təsəvvür edirsiniz bu məhlənin uşaqlarında elə bir sərvət cəmləşib ki, Rövnəq Abdullayevin dayısı oğlu, adı beynəlxalq təşkilatların siyahısından düşməyən Anar Əliyev şəhərdə 15-20 avtomobildən ibarət kortejlə gəzir. Soruşan yoxdur ki, bu cavan oğlan kimdir, hansı vəzifənin sahibidir..?
Biz hələ SOCAR-ın Marketinq departamentinin müdiri Ədnan Əhmədzadənin dəyəri yüz minlərlə ölçülən xarici avtomobil karvanından bəhs etmirik. Bu adamlar adicə çay içməyə də avromobil karvanı ilə, bir “dviziya cangüdənlə” gedirlər…Bunları hansı əmək haqqı ilə əldə etmək olar?
İndi özünüz deyin. Eşşəkdən düşüb 150 minlik avtomobilə minənlər üçün fəhlənin nə dəyəri ola bilər?
Bizcə, artıq şərhə ehtiyac yoxdur…
Mahmud Rasimoğlu qafqaznews.az

Комментариев нет:
Отправить комментарий