Baş prokurorun keçmiş birinci müavini, sabiq deputat, Sosial Ədalət Partiyasının sədri Mətləb Mütəllimli ilə keçmiş daxili işlər naziri İsgəndər Həmidov arasında qarşılıqlı ittihamlar barəsində məlumat vermişdik (Bax: “Baş prokurorun keçmiş müavini İsgəndər Həmidovu reket adlandırıb” adlı məqaləyə). M.Mütəllimli “Yad qardaşlar” adlı məqaləsində politoloq Zərdüşt Əlizadənin AXC hakimiyyəti zamanında təzyiqlərə məruz qalmasını xatırladıb və İsgəndər Həmidovu o dövrdə reketçilik etməkdə suçlamış, İ.Həmidov isə öz növbəsində M.Mütəllimliyə qarşı ittihamlar irəli sürmüşdü.
M.Mütəllimli İ.Həmidovun ittihamlarına böyük bir məqalə ilə cavab verib. Partiya sədri “Sındırılmış adam” adlı cavab yazısını AzPolitika.info-ya göndərib və onu olduğu kimi dərc etməyi xahiş edib. İsgəndər Həmidovun cavab haqqını tanıdığımızı bəri başdan bəyan edərək, həmin məqaləni təqdim edirik.
İsgəndər Həmidov, deyirsən ki, mən Baş prokurorun birinci müavini olarkən, sənin jurnalist Zərdüşt Əlizadəyə qarşı qanunsuz hərəkətinə görə tədbir görməmişəmsə, cinayət etmişəm. Guya onunla söhbətə tək getmisən və məhkəmədə də əl verib ayrılmısınız.
Birincisi, sən tək getməmiş, qoçularınla ona hücum edərək, təhqir etmiş, maşının “bağaj”ına basmışdınız.
İkincisi, yaddaşın o qədər itib ki, törətdiyin əməllərin tarixini belə unudursan. Mən, 1992-ci ildə, cəmi 4 ay vəzifədə olmuşam, sən isə bu xuliqanlığı 1993-cü ilin aprel ayında törətmisən. Üçüncüsü, əgər sən 9 il zindan həyatı yaşayıb, növbəti məhkəmədə Z.Əlizadədən bağışlanmağını xahiş edibsənsə, onun sənə yazığı gəlib və şikayətçi olmayıbsa, bu onun alicənablığıdır, səni bağışlaması deyil. Sən özün səni maşın ”baqaj”ına basanı bağışlayarsanmı?
Özün də yaxşı bilirsən ki, bu sənin nazir kimi fəaliyyətində birinci reketçiliyin, xuliqanlığın deyildi.
Prezidentin fərmanı olmadan 370 məhbusu məhbəsdən açıb buraxmağın;
“Subtropik əməliyyatı” adı ilə Astara rayonunda günahsız bir ailəni, o cümlədən azyaşlı uşağı və iranlı qonağı məhv etməyin;
Cənub regionunda imkanlı adamların siyahısını tutdurub, arvadlarının boyunbağısına, sırğasına qədər zorla aldırmağın;
Azərbaycan Televiziyası və Radio Verlişləri QSC-yə hücum çəkməyin, canlı yayıma müdaxilə etməyin, verilişdə iştirak edənləri təhqir etməyin;
Rəhbərlik etdiyin DİN-nin kollegiyasında da xuliqanlıq edərək nazirlik əməkdaşına butulka atmağın;
Kənd Təsərrüfatı Nazirliyinin ünvanına göndərilmiş 260 “Jiquli” markalı avtomaşınları qamarlayıb, kefin istəyən adamlara paylamağın;
2 dəfə qoçularını prokurorluğa, mənim üstümə göndərməyin saysız hesabsız özbaşınalıqlarının cüzi bir hissəsi deyilmi?
Kim təsadüfi adam oldu?. İ.Həmidov, deyirsən ki, mən o vəzifəyə “təsadüfən sahiblənmiş, yerində olmayan adam idim. Qısa zamanda sübut olundu ki, M.Mütəllimli o vəzifəyə uyğun gəlməyən adamdır.” Çoxları kimi sən də yaxşı bilirdin ki, mən o vəzifəyə göydən gəlməmişdim, milli-azadlıq hərəkatında hüquqşünas kimi xidmətlərimi, deputatlıq fəaliyyətimi nəzərə alan prezident məndən xəbərsiz belə bir qərar vermişdi. Mən Baş prokurorun birinci müavini təyin olunandan sonra, çox keçmədi ki, yüksək çinli komanda üzvlərindən müxtəlif təzyiqlər oldu, Ağ Binada – prezident aparatında oturan bəzi vəzifəli şəxslər öz istədikləri, lakin, layiq olmayan insanları prokuror təyin etdirməyə çalışırdılar. Mən isə birinci müvin kimi, qısa bir müddət Baş prokuroru əvəz edən şəxs kimi, buna razılıq vermirdim və bu da özünü çox gözlətmədi. Yeni Baş prokuror gələn kimi, himayədarlarının xeyir-duası ilə heç bir səbəb göstərilmədən vəzifədən uzaqlaşdırıldım. Bu, mənim vəzifədən çıxarılmağımın əsas səbəblərindən biri idi. Bundan başqa, siz və sizin kimi “qanun mənəm” deyənlər məni həm də ona görə həzm edə bilmirdiniz ki, prezident seçkilərində cəmi iki rayonda – mənim təhkim edildiyim Astara rayonunda, bir də Migəçevir rayonunda prezidentliyə namizəd Əbülfəz Elçibəy qalib gələ bilməmişdi. Bununla belə, sonradan cılız hisslərdən uzaq olan prezident özü də mənə qarşı edilən haqsızlığı etiraf etmişdi. Canlı şahidlər vardır ki, mərhum Əbülfəz Elçibəy dəfələrlə bir neçə nəfərlə söhbətlər zamanı bildirmişdir ki, “Biz o vaxt Mətləb bəyə qarşı böyük ədalətsizlik etmişik.”
Sən həbs edilməli idin! Prokurorluq sistemində çox az – cəmi dörd ay işləməyimə baxmayaraq, sənin özbaşınalıqlarına göz yummamış, vəzifə səlahiyyətlərini aşdığına görə haqqında ölçü götürülməsi üçün ölkə rəhbərliyinə dəfələrlə müraciət etmişdim. Azərbaycan Respublikasının Xalq deputatı, Azərbaycanın İtaliyadakı Fövqəladə və Səlahiyyətli səfiri R.Ağayevi qanunsuz saxladığına görə səninlə mübahisəmiz olmuş, sən üstümə silahlı qoçu dəstəsi göndərmiş, mən isə prezidentə müraciət edərək sənin haqqında ölçü götürülməsinin vacib olduğunu bildirmişdim. Səlahiyyət həddini aşaraq, prezidentin fərmanı olmadan 370 məhbusu cəzaçəkmə yerindən azad etdiyinə görə 1992-ci ilin sentyabr ayında da səninlə kəskin mübahisəmiz olmuş, yenə məni həbs etmək üçün silahlı banda göndərmişdin. Mən də növbəti dəfə prezidentə, eləcə də Milli Məclisə müraciət edərək deputat və nazir olduğuna görə sənin haqqında cinayət işi başlanmasına, həbs edilməyinə razılıq vermələrini tələb etmişdim.
Biz hakim deyildik! İ.Həmidov, deyirsən ki, mən 4 iyun qiyamı ilə bağlı yaradılmış deputat-istintaq komissiyasının sədri kimi, Ə.Elçibəy hakimiyyətinin zərərinə iş aparırdım və Əbülfəz bəyi, İsa bəyi, səni mühakimə edən adamlardan biri idim.
Birincisi, deputat-istintaq komissiyası heç kimi mühakimə etmirdi, sadəcə baş vermiş hadisəni olduğu kimi deputatlara çatdırmağa, hadisəyə siyasi qiymət verilməsinə çalışırdı.
İkincisi, əlbəttə, çoxları istəyirdi ki, təhqiqat onların xeyrinə aparılsın, biz isə araşdırmanın obyektiv aparılmasına çalışırdıq. İstisna deyil ki, bu təhqiqatda bizim də müəyyən nöqsanlarımız, səhvlərimiz olsun, amma bu heç vaxt bilərəkdən, düşünülmüş səhv ola bilməzdi. Bir də hamı bilirdi ki, bizdən əvvəl Gəncə şəhərinə getmiş komissiya 61 nəfərin öldürüldüyünü elan etsə də, bizim komissiya sənədlər əsasında öldürülənlərin 61 nəfər yox, 23 nəfər olduğunu göstərirdi. Komissiya üzvlərinin tərəfsiz olduğunu sübut edən onlarla faktlar vardır ki, bu da sizin fikirlərinizin yanlış olduğunu göstərir.
Sən kimsən ki? İ.Həmidov,deyirsən ki, “Mətləb Mütəllimli deputat mandatı payı almaq istəyir. Azərbaycanda bir sıra adamların çörəyi İsgəndər Həmidovu, İsa Qənbəri şərləməkddən çıxır…” Yaşının bu çağında yazının bu bəndini oxumaq sənə daha ağır olacaq İ.Həmidov, amma mən demək istəməsəm də, sən bunu deməyi özün xahiş edirsən. Bəlkə də bu yazı hansısa mənada sifarişdir, amma sənin özünün sifarişindir. Keçən yazıda sənin reket əməlin haqqında bir fakt ötəri qeyd edilmişdisə, bu sənə azlıq etdi, gerisini deməyi xahiş etdin. Əslində hakimiyyətdə olmayan, müxalif yönlü insanların bir-biri ilə çəkişməsi, didişməsi, bir-birini ittiham etməsi ürəkaçan mənzərə deyildir, bir növ, iqtidarı sevindirməkdir. Amma Allah şahiddir ki, mən bunları heç vaxt danışmazdım, sən danışmağa məcbur etdin. Buna görə də, səndən başqa hamıdan, xüsusən də, həqiqi müxalifət nümayəndələrindən üzr istəyirəm.
İndi hakimiyyət üçün sən kimsən ki, o, səni söydürmək istəsin? Heç kim, sındırılmış sıradan birisi!
Bir də sən heç özünə sual verirmisən ki, bu hakimiyyətin indi səni şərləmək nəyinə lazımdır? Sən, 9 il zindanda əzab verildikdən sonra heykəlin qabağında baş əydirilməklə (bu ifadə el dilində daha pis səslənir) dizə vurulub sındırıldın və bununla da məsələn bitdi. Sən özün haqqında həmişə mif yaratmağı xoşlamısan və guya, sən çox ədalətlisən, qorxmazsan, nə bilim, sabiq SSRİ daxili işlər naziri Bakatinə əl verməmisən, ”uçaskovı”, ”oboxeis” işləyəndə heç vaxt rüşvət almamısan və sair və ilaxır.. Çoxları bilməsə də, sən özün yaxşı bilirsən ki, indiki hakimiyyət kimi, sən də vaxtilə nə qədər insanın haqqını tapdalamış, mülkünü əlindən alıb ürəyini partlatmısan, bəlkə istəyirsən onların adların sənə xatırladım? Sənin haqqında yaranan mif çoxdan sabun köpüyü kimi partlamışdır və Bakatin məsələsi də, rüşvət almamaq nağılı da hamısı boş söhbətlərdir. Səninlə çiyin-çiyinə uzun müddət yol gedən, dost olmuş birinin sənin haqqında “O, sahə müvəkkili olanda “simişqa” satandan da pul alırdı” deməsi də çox şeydən xəbər vermirmi? Səni tanıyanlar yaxşı bilirlər ki, sən vəzifəyə keçəndən sonra gözün ayağının altını görmürdü, vəzifənə, general paqonuna, Cəbhə hakimiyyətinin adına yaraşmayan özbaşınalıqlara, xuliqanlıqlara yol verirdin. Bir çox hallarda sən özünü idarə edə, ağzının danışığını bilməyən birisən və bu xüsusiyyətlərin də vaxtilə Xalq Cəbhəsi hakimiyyətinin nüfuzuna böyük zərbələr vururdu. İndi səlahiyyətlərin əlindən alınandan sonra niyə o dəlilikləri etmirsən, butulka atmırsan, jurnalistləri “bağaj”a soxmursan, televiziyaya hücum etmirsən, hakimiyyətin öz xalqına qarşı sərgilədiyi ədalətsizliklərə qarşı mübarizə aparmırsan? Sən indi bu rejimə qarşı mübarizə aparmaq əvəzinə, başqalarının ünvanına tərbiyəsiz, qanacaqsız, mərifətsiz ifadələr işlədirsən. Bir də bilirsən ki, Cəbhə dövründən fərqli olaraq, indi törədəcəyin xuliqanlıq əməlləri, ərköyünlük cavabsız qalmayacaq, məhz ona görə də “siyasətdən getmisən.”
Mən isə yenə əvvəlki adamam: deputat olanda da, prokurorluqda qısa müddətdə işləyəndə də, indi də mövqeyimi dəyişməmişəm, haqq-ədalət, millətin xoş gələcəyi, günahsız zindanlara atılmış cəsur oğul və qızlarımızın azadlığı uğrunda bacardığım qədər mübarizə aparır, represiyaların baş alıb getdiyi bir vaxtda siyasi məhbusların siyahısına imzamı atır, heç kimdən çəkinmədən sözümü deyirəm. O ki qaldı mənim mandat payı almaq istəyimə, burda da çox böyük səhvə yol verirsən. Millətinin dərisini soyan, sərvətlərini talayan, sayma-seçmə oğullarını, qızlarını şərləyərək zindanlara dolduranlara şəxsi mənafeyinə görə xidmət etməkdən də böyük şərəfsizlik olarmı? Mənim nə indiki dünya görüşüm, nə yaşım, nə də bu hakimiyyətə qarşı barışmaz mövqeyim imkan verməz ki, onunla mandat alverinə çıxım.
Halalla haramı çoxdan qarışdırıbsan! İ.Həmidov, deyirsən ki, “torpaq sahələri, obyektləri var, camaatın məhkəmədə dükanlarını əlindən almışdı. İndi ola bilsin həmin mülkləri saxlamaq istəyir.” Özün hacı olsan da, növbəti dəfə imanını bada verirsən.
Birincisi, mənim heç vaxt gəlir gətirən ticarət obyektim olmayıb və indi də yoxdur.
İkincisi, mənim evim-mülküm, maşınım, sənin sərvətlərinin heç bir faizi də ola bilməz.
O ki qaldı məhkəmə məsələsinə, bunda da şər-böhtan atırsan, bilmədiyin şey haqqında danışırsan. Həqiqət isə ondan ibarətdir ki, partiyaya icarəyə verilmiş qərargah yeri 11 il bundan əvvəl -2003-cü ildə bir ”türemşik”ə, pullu adama satılmış, bizim məhkəmələrə müraciətlərimiz isə heç bir nəticə verməmişdir.
Son əvəzi. Sənin digər reket əməllərin haqqında daha danışmaq istəmirəm, amma, bir əməlinin günahını yadına salmağı vacib hesab edirəm. Eşitdiyimə görə, indi sən özünü hacı hesab edirsən. Əgər bu doğrudan da belədirsə, onda nazir olan kimi reket yolu ilə Mərkəzi Komitənin tikdirdiyi, Nazirlər Kabinetinin yaxınlığında, dənizə panoraması olan yerdə yerləşən binada zəbt etdiyin və indi də yaşadığın mənzilin sahibini tap, ondan halallıq al. Əks halda orda qıldığın namazın Allahın dərgahında heç vaxt qəbul olunmayacaq…
Mətləb Mütəllimli azpolitika.info

Комментариев нет:
Отправить комментарий