Bilderberg Qrupunun 2015-ci ildə keçiriləcək illik konfransı üçün yer təsdiq edilib. Böyük siyasətçilər, bank rəhbərləri və dünyada ən böyük şirkətlərin bəzi başçıları, tanınmış Qərb mediasının böyüklərinin iştirak etdiyi sammit Avstriyada yerləşən "Interalpen-Hotel Tyrolda" dəbdəbəli hotel və konfrans mərkəzində keçiriləcək.
"Interalpen-Hotel Tyrol" hoteli 5 ulduzludur. Hotel dağ meşələri və Seefeld xizək kurortunun əhatəsində yerləşir. O həm də İnsbruk aeroportuna yaxındır. Hotel alman əsilli milyarder Liebherr ailəsinə məxsusdur.
Qeyd edək ki, Bilderberg Qrupu 130 üzvündən ibarət qeyri-rəsmi toplantısı hər il keçirilir. Bu qrupun üzvlərinin əksəriyyəti siyasət aləminin tanınmış simaları, biznes və bank rəhbərləri, Qərb mediasının əsas simalarıdır.
Klubun ümumi üzvlərinin sayı 383 nəfərdir. Onlardan 128 nəfəri, yaxud 1/3-i amerikalılardan, qalanları isə Avropa və Asiyadan (Yaponiya, Koreya, Sinqapur, Tayvan, Honkonq və sair) ibarətdir.
“Britanniya” ensiklopediyanın bildirdiyinə görə, konfrans qeyri-rəsmi rahat vəziyyət yaradır. Mili siyasət və beynəlxalq işlərə təsir göstərən şəxslər bir birləri ilə daha yaxından tanış ola və məsuliyyət daşımadan ümumi problemləri müzakirə edə bilərlər. Hər bir konfransdan sonra görüşlər barədə qeyri-rəsmi hesabat hazırlanır, bu sənəd ancaq keçmiş və indiki iştirakçılar arasında yayılır. Hesabatda məruzəçilər ancaq öz ölkələri üzrə göstərilir. Beynəlxalq təşkilat komitəsi hər il adətən müxtəlif nümayəndələr seçir.
Konfransa giriş şəxsi dəvətnamə ilədir. Qurultayın günü qeyd olunmur. İclasların təşkili və iştirakçıların təhlükəsizliyini bilderberqlərin toplandığı ölkə təmin edir.
1954-cü ilin may ayında Hollandiyanın Osterberk şəhərində «Bilderberg» otelində ilk dəfə iclas keçirildiyi üçün həmin şəxslər bilderberqlər adlanır. Tam məxfiliyinə baxmayaraq, bilderberqlərin bütün görüşləri dünya ictimaiyyətinin böyük marağına səbəb olur. Aralarında prezident, kral, şahzadə, kansler, baş nazir, səfir, bankir, böyük müəssisələrin rəhbərləri kimi böyük şəxslərin bir yerə girişini gizlətmək mümkün deyil. Özü də onların hər biri çoxsaylı katibələr, aşpazlar, ofisiantlar, telefonçular və cangüdənlərin müşayiəti ilə gəlir. “Bilderberg” klubunun mənzil qərargahı Nyu-Yorkda, Karnegi fondunun müəssisəsində yerləşir. Bununla belə, keçirilən iclas barədə ictimaiyyət, ancaq toplantı bitdikdən sonra məlumat ala bilirlər. Görüşdə yad mətbuatın iştirakı qadağandır. Keçirilən görüşlər, müzakirə olunan məsələlər və verilən qərarlar dərc olunmur. Qrupun iclasında nəyi isə yazmaq qadağandır: mətbuat üçün açıqlama vermək və görüşdə olan diskussiyaların məzmunu barədə bəyanat vermək yasaqdır.
Xatırladaq ki, "Bilderberg" Qrupunun 2014 toplantısı Kopenhagendə yerləşən "Marriot" otelində keçirilmişdi. /faktxeber.com/
Комментариев нет:
Отправить комментарий