"Azad istehlakçılar" İctimai Birliyi və "Əl-ələ" valideyn Cəmiyyətinin imza toplama aksiyasina sizdə qoşulun! Dövlət təminatında olan məktəbə qədər təhsil müəssələri ilə bağlı valideynlər dövlət başçısına müraciət hazırlayıblar.
Təşkilatımız hələ çox cavan olmasına baxmayaraq, son vaxtlar valideynlərdən bizə çoxlu şikayətlər gəlməkdədir. Bu şikayətlər əsasən əhalının az təminatlı və işci təbəqəsinin sıx yaşadıgı yerlərdə dövlət himayəsində olan uşaq bağçalarının azlığındandır. Daha dəqiq desək bağçalar var, lakin onlara qəbul yerləri çox məhduddur. Buna səbəb isə həmin bağçaların binalarında bu günə qədər də insanların məskunlaşmasıdır. Bu gün artıq heç kim deyə bilməz ki, Azərbaycan iqtisadi cəhətdən zəif bir ölkədir və öz gələcəyi olan uşaqlara lazımı qayğı göstərə bilmir. Bu əsla belə deyil. Biz bir Vətəndaş cəmiyyəti kimi buna təm əminik ki, Azərbaycanda dövlət tərəfindən uşaq bağçalarına lazımı diqqət yetirilir. Lakin bəzi yerli məmurların günahından dövlətin himayəsində olan məktəbə qədər təhsil ocaqları bilərəkdən çökdürülür ki, həmin o məmurlara və ya gizli sponsorlara məxsus özəl tədris müəssələri və uşaq bağçalarına tələbat çoxalsın. Məşhur bir filmimizdə deyilən kimi “buna sabotaj deyirlər, Kərbəlayı, yəni hökümətin təməlini qazmaq”dan başqa ad vermək olmaz. Hər bir vətandaş bu gün müvafiq vergiləri, istehlak etdiyi elektrik enerjisinin, qazın, suyun, təhsil xidmətlərinin və tibbi xidmətlərin haqqını ödəməklə, eləcədə gənclər hərbi mükəlləfiyyətə əməl etməklə vətəndaşlıq vəzifələrini yerinə yetirirsə, dəməli onun bir İstehlakçı kimi bu dövlətin ona verdiyi hüquqlardan istifadə etmək imkanı olmalıdır.
Odur ki elə biz də bu şikayətlərin iziylə, “Əl–Ələ“ Valideyn cəmiyyəti İB-nin könüllüləri ilə birgə, bu sahədə daha ağır vəziyyət yaranmış Bakı şəhərində yerləşən bəzi uşaq bağçalarına qeyri-rəsmi olsa da istimai baxiş keçirdik. Həqiqətən də Nəsimi rayonunda yerləşən 146, 14, 95 saylı uşaq bağçalarında uşaq yerlərinə növbə 100 nəfərdən çox olmasına baxmayaraq, bağçaların bir hissəsindən yaşayış yeri kimi istifadə olunur. Ən acınacaqlı vəziyyət isə Bakının Nizamı rayonu Keşlə qəsəbəsindədir. Belə ki, qəsəbədə uşaqlı ailələrin çoxluğuna və eləcə də mərkəzdən aralı olduğuna baxmayaraq, qəsəbədə cəmi 2 uşaq bağçası var. Onlardan biri, daha doğrusu 278 saylı uşaq bağçasında valideyn növbəsinin artıq 200 nəfəri keçməsinə baxmayaraq, bağçanın demək olar ki 2/3 hissəsindən yaşayış sahəsi kimi istifadə olunur. Bu isə tək məktəbə qədər təhsildən məhrum olunmuş uşaqların yox, eləcə də uşağını imkansızlıq üzündən Bakının bu başindan o başına özəl bağçaya apara bilmədiyi üçün evdə oturmağa məcbur olan valideynin və artıq 25 ilə yaxındır ki, özünə ev, yurd qura bilmədiyi üçün keçən əsrin ortalarında tikilmiş bağça otaqlarında məskunlaşmış insanların hüquqlarının tapdanmasıdır. Dövlətimiz təkcə elə Bakı ətrafında Qarabağ və Ermənistandan doğma yurdunu tərk etməyə məcbur olub Bakıya pənah gətirən insanlar ücün şəhərciklər saldıgı halda, axı nə üçün uşaq bağçalarında məskunlaşmış insanlara həmin şəhərciklərdə yer ayrılmır? Yox, əgər ayrılırsa, bəs onda bağçaların binalarının boşaldılmaması və bu insanların ağır həyat keçirməsi kimə xeyirdir?
Valideynlərin bütün bu şikayətlərini nəzərə alaraq, biz, bir İctimai təşkilat kimi iyun ayının 15-dən etibarən bir ay müddətinə təşkilatımızın baş ofisində və eləcə də yaxın dost münasibətlərimiz olan “Əl-Ələ Valideynlər Cəmiyyəti” İctimai Birliyinin Günəşli qəsəbəsindəki ofisində imza toplama aksiyasına start vermək fikrindəyik. İmza toplamanın əsas məqsədi, Azərbaycanda dövlət himayəsində və Təhsil nazirliyinin tabeçiliyində olan məktəbə qədər təhsil müəssələrində məskunlaşan qaçqın və məcburi köçkün ailələrinin müvafiq məskunlaşma yerlərinə köçürülməsinə və yenidən uşaqlara verilməsinə nail olmaqdır. Bu səbəbdən də üzümüzü hələ ki ancaq Bakı şəhər sakinlərinə və valideynlərə tutaraq və Dövlət Başçımızın İctimai nəzarət barəsində söylədiklərini əldə rəhbər edərək, bizim imza toplama aksiyamıza qoşulmağa dəvət edirik.
Hazırladığımız müraciətin tam forması ilə tanış olmaq və onu imzalamaq ücün aşagıdaki ünvanlara yaxınlaşa bilərsiniz. Eləcə də aşagıdaki elektron ünvanlara öz adınızı, soyadınızı və əlaqə nömrənizi göndərməklə, bizimlə əlaqə saxlayıb, müraciəti imzalaya bilərsiniz.
Ünvan: "Azad İstehlakcılar İctimai Birliyi" Az-1010, Bakı şəhəri, S.Rəhimov küçəsi. 201, mənzil 10. Professor11@list.ru. ahmed.rahmanov@facebook.com
Telefon: 012 441 28 33; 012 449 89 95. 077-7104644.
“Əl-Ələ” Valideyn Cəmiyyəti İctimai birliyi : Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi. Yeni Günəşli yaylası, döngə 2, ev 31.
Telefon. 055-347-99-51
autism_azeri@hotmail.com
Əhməd Rəhmanov
“Azad istehlakcilar İctimai Birliyi”nin nəznində yaradılmış “Müalicə və Bərpa müəssələrində İstehlakcı hüquqlarının müdafiə Komissiyası”.
Комментариев нет:
Отправить комментарий