Bu kitabda fransız yazıçısı Jül Renarın müxtəlif ictimai quruluşlara, həyata, ədəbiyyata, incəsənətə və sənətkarlıq məsələlərinə aid fikirləri yer alıb. “Gündəlik” əsəri sənət adamları üçün əsl ustad dərsi hesab edilə bilər. J.Renar aparılan araşdırmalara görə fikirləri ən çox sitat çəkilən müəllifdir. Bəzən qalın-qalın kitablardan ala bilmədiyimiz bəşəri informasiyanı, yüksək ədəbi-bədii fikirləri Renarın bir cümləsindən oxuyuruq.
1887-1910-cu illəri əhatən edən "Gündəlik" əsəri Renarın ölümündən sonra, 1927-ci ildə işıq üzü görüb. Bu əsər çap olunan kimi böyük səs-küyə səbəb olub. Müxtəlif qəzetlərdə bu əsər haqqında "səmimiliyin son həddi" kimi yüksək qiymətlər verilib. Renar "Gündəlik"dəki qeydlər barədə belə yazır: "Bu qeydlər mənim gündəlik dualarımdır". Ədəbi-ictimai fikir, məhz "Gündəlik" əsərindən sonra Renarın ağır həyatını və yazıçı taleyini qəbul edir və yüksək qiymətləndirir. Göründüyü kimi, Renar da ölümündən sonra qiymətini alan yazıçılardan olur.
Bu kitabda yazıçının həyata, siyasətə, ədəbiyyat, incəsənətə və sənətkarlıq məsələlərinə aid fikirləri əsas yer tutur.
Tərcüməçi respublikanın əməkdar jurnalisti, publisist və tərcüməçi Rəfail Nağıyevdir. 11 oktyabr 1931-ci ildə Salyan şəhərində anadan olmuş R.Nağıyevin ailəsi sonradan Bakıya köçüb. Gecələr çörəkbişirmə zavodunda işləyib, gündüzlər isə ali təhsil alıb. Müxtəlif məzmunlu kitabları və dövri mətbuatı mütaliə etməyi çox sevib. Universitetin məntiqi-psixologiya fakültəsini bitirsə də, jurnalistikaya daha çox meyl göstərib və keçmiş “Kommunist“ qəzetinə işə düzəlib. Kiçik ədəbi işçi, baş ədəbi işçi, məsul katibin köməkçisi, redaktor müavini vəzifəsində çalışıb. R.Nağıyevin “Bakı“ və “Baku“ qəzetlərinin təşkilində və ərsəyə gəlməsində böyük xidməti olub. Tərcüməçi kimi 30-a yaxın kitab tərcümə edib. V.Ovçinnikovun “Sakura budağı“, İ.Drutsenin “Payızın son ayı“, A.Belyayevin “Amfibiya adam“ və s. bunlara misaldır. “Əsrin müqaviləsi“ materiallarını tərcümə edib hazırlayan qrupda da R.Nağıyevin əməyi çoxdur. R.Nağıyev ailəcanlı və qonaqcanlı olub. 1955-ci ildə universitetin jurnalistika fakültəsini bitirən və uzun zaman bir yerdə işlədikləri Firuzə xanım Nağıyeva ilə ailə qurub. Onların 2 qızı, 3 nəvəsi və 3 nəticəsi var.
Комментариев нет:
Отправить комментарий