Laçın rayonundan məcburi köçkün, məşhur tənqidçi Müqabil Baxışov politika.az xəbər portalına şikayət məktubu ilə müraciət edib. politika.az həmin məktubun oxucular üçün maraqlı olacağını nəzərə alıb, olduğu kimi yayımlayır.
Hörmətli Redaksiya! 2012-ci ilin mart ayından başlayaraq bu günə kimi Laçın rayonunda baş verən qanun pozuntularından yazmadığım dövlət orqanı və KİV qalmayıb. Həmin tarixdən hal-hazıracan iki icra başçısı cənab Prezidentimiz tərəfindən cəzalandırılaraq görəvindən götürülsə də, rayonumuzdakı bərbad durum düzəlmək əvəzinə daha da biabırçı forma alır. Belə ki, rayonumuza təyinat alan icra başçıları hazırda Sumqayıt şəhərinin başçısı işləyən Z.Fərəcovun xeyir-duası ilə təyin olunduğu üçün təhsili, bacarığı, nifuzu nəzərə alınmır.
Rayonumuza yeni İcra Başçısı təyin olunmuş Aqil Nəzərlinin vikipediyasında göstərilir ki, 10 mart 1976-cı il tarixdə Laçın rayonunun Güləbird kəndində anadan olmuşdur. Elm və Təhsil Mərkəzi Təfəkkür Universitetinin hüquqşünaslıq, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını isə dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bitirmişdir.
1999-cu ildən Laçın rayonu İcra Hakimiyyətində müxtəlif vəzifələrdə çalışmış, 2008-ci ildən Laçın rayon İcra Hakimiyyəti Başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində işləmişdir.
3 mart 2016-cı ildən Laçın rayonu İcra Hakimiyyətinin başçısının vəzifəsini icra etmiş, 16 iyun 2016-cı ildə isə Laçın rayonu İcra Hakimiyyətinin başçısı təyin olunmuşdur.
2012-ci ildən Yeni Azərbaycan Partiyasının Laçın rayon Təşkilatının sədri, Ehtiyatda olan zabitdir.
Mən bir vətəndaş olaraq iddia edirəm ki, A.Nəzərli dolayı yollarla Ali məktəbə qəbul olunub və TQDK-nın bazasında hər hansı məktəbə qəbul olması haqda heç bir məlumat yoxdur. Və eyni zamanda A.Nəzərli həqiqi hərbi xidmətdə də olmayıb. O sənədlərini saxtalaşdıraraq özünü ehtiyatda olan zabit kimi təqdim edib. Odur ki, sizin portalınız vastəsi ilə Azərbaycan Respublikasının Baş Prokuroru cənab Z.Qaralova müraciət edərək Laçın rayon İcra Hakimiyyətinin Başçısı A.Nəzərlinin baza təhsilinin saxta olub-olmamasını, hansı balla ali məktəbə qəbul olunmasını və xüsusən həqiqi hərbi xidməti borcunu verməkdən qorxaraq yararsız hərbi bilet almasına baxmayaraq necə ehtiyatda olan zabit olmasını araşdırmaqa dair aidiyyatı qurumlara göstəriş verməsini böyük ümüdlərlə xahiş edirəm.
Mən inanıram ki, bundan öncəki kimi Azərbaycan hökuməti bu məsələnin araşdırılmasına maraqlı olacaq və sonda ədalətli qərar qəbul ediləcək.
Yazıda adları çəkilən şəxslərin mövqeyini yayımlamağa hazırıq...
politika.az

Комментариев нет:
Отправить комментарий